Icma.az
close
up
RU
525 ci qəzet Silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılması mümkün deyil Ekspert

525 ci qəzet Silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılması mümkün deyil Ekspert

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və saziş layihəsində göstərilən müddəaların razılaşdırılması prosesi gedir. Səlahiyyətli şəxslərin açıqlamalarına görə, tərəflər sülh sazişi layihəsindəki 17 bənddən 15-ni razılaşdırıblar, ikisi isə razılaşdırılmamış qalıb.

Bu barədə 525.az-a ötən gün baş nazir Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı fikirlərini şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib.

O xatırladıb ki, Azərbaycan tərəfi Ermənistanın konstitusiyasını dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciət edilməsi şərtlərini irəli sürüb.

“Ermənistan Avropa İttifaqının müşahidə missiyası ilə bağlı Bakının tələbləri qarşılığında “silahlara nəzarət mexanizmi”ni gündəmə gətirib. Göründüyü kimi, Ermənistan sülh sazişinin müzakirələrində yenə də səmimi deyil, bu səbəbdən fərqli fikirlər səsləndirir.

Silahlara qarşılıqlı nəzarət və yoxlanılması mexanizminin yaradılması mümkün deyil. Ermənistan sırf bunun olmaması üzərindən sülh sazişinin imzalanmamasını səbəb göstərərək vaxt  qazanmağa çalışır, üstəgəl özü sürətli şəkildə silahlanmanı həyata keçirir. Eyni zamanda, Ermənistandan revanşist bəyanatlar səsləndirilir. Təbii ki, əgər bir ölkə sürətlə silahlanırsa, bu o deməkdir ki, müharibəyə hazırlaşır. Bu, bütün zamanlarda belə olub. Xüsusən də bir məqamı qeyd etmək lazımdır ki, Ermənistanın aldığı silahların içində müdafiə silahlarından daha çox hücum silahları var.

Ermənistan Azərbaycan ərazilərinə 20 km-dən 500 km-dək məsafədə zərbələr endirə biləcək hərbi texniki avadanlıqlar almaq niyyətindədir, düzdür, artilleriya vasitələrini Hindistandan, Fransadan təmin edib. Amma indi yenə də Hindistandan orta və uzaqmənzilli balistik raketlərin alınması müzakirə olunur. Bu səbəbdən Ermənistanın silahlanmada niyyəti aydındır və sülh sazişinin imzalanmasına hazırlaşmır”, - ekspert söyləyib.

Avropa İttifaqının müşahidə missiyası ilə bağlı məsələyə diqqət çəkən E.Şıxəliyev deyib ki, bu missiya başlanğıcda Azərbaycanla razılaşdırılmışdı, amma sonra Ermənistan bitərəfli qaydada razılaşmanı pozdu, yəni missiyanın vaxtını uzatdı və say tərkibini artıraraq 209 nəfərə çatdırdı. Bu il missiyanın mandatı 2027-ci ilə kimi artırıldı.

Bəs Aİ missiyası sülh sazişindəki müddəa əsas götürülərək, 2027-ci ildən tez Ermənistanı tərk edə bilər, yoxsa İrəvan onun davamlı qalmasında maraqlıdır?

Ekspert bu suala cavab olaraq bildirib ki, Ermənistanın Aİ missiyasının burdan çıxarılmasına razı olacağını düşünmür:

“Ona görə ki, İrəvan hakimiyyəti artıq avroatlantik məkana inteqrasiya üzrə yol xəritəsini qəbul edir və gələcəkdə Avropa İttifaqına, mümkün olsa NATO-nun çətiri altına keçmək planları var. Avropa İttifaqının mülki missiyası şərti sərhəddə binokl diplomatiyası həyata keçirir. Kəşfiyyat məlumatlarını, o cümlədən bölmələrimizin yerləşməsi haqqında məlumatları toplayaraq Ermənistanın Baş qərərgahına, daha sonra NATO-nun Brüsseldəki qərargahına ötürürlər. Bunda məqsəd isə özlərinin gələcək təcavüzkar planlarını qurmaqdır. Təbii ki, indi müzakirələr bunun üzərindədir ki, Avropa İttifaqının müşahidə missiyası Ermənistan ərazisini tərk etsin. Ermənistan guya sülh sazişinin imzalanmasında maraqlı olduğunu və  özünü sülh göyərçini kimi göstərmək istəsə də, sahədə baş verənlər bunun tam əksini göstərir”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri