525 ci qəzet Ukrayna Prezident Ofisinin rəhbəri: Ədalətli və dayanıqlı sülh bizim üçün prioritetdir
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla telefon danışığı zamanı onun Kiyevə səfərini müzakirə edib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə paylaşım edib.
"ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsinin ölkəmizə planlaşdırılan səfərini müzakirə etdik. Ədalətli və dayanıqlı sülh Ukrayna üçün prioritetdir", - A.Yermak qeyd edib.
Bundan əlavə, o, K.Kelloqla cəbhədəki vəziyyəti və Ukrayna mülki əhalisinin təhlükəsizliyi məsələsini, həmçinin fevralın 14-16-da keçiriləcək Münxen Təhlükəsizlik Konfransında gözlənilən görüşlər barədə müzakirə apardığını bildirib.
A.Yermakın sözlərinə görə, Ukrayna tərəfi konfransda münaqişənin başa çatdırılması ilə bağlı öz baxışını təqdim edəcək, lakin bundan əvvəl ABŞ ilə məsləhətləşmələr aparmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Fevral 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















