Icma.az
close
up
RU
Prezident Ofisinin müşaviri: Ukrayna hərbçiləri Rusiya üçün yeni sürprizlər hazırlayır MÜSAHİBƏ

Prezident Ofisinin müşaviri: Ukrayna hərbçiləri Rusiya üçün yeni sürprizlər hazırlayır MÜSAHİBƏ

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Report”un Ukraynanın Prezident ofisinin müşaviri Pavel Palisa ilə müsahibəsi:

- ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması barədə məlumatlar yayıldı. Doğrudur, sonradan yardımın bərpa olunduğu da bildirildi. Əgər yardım dayandırılarsa, Ukrayna müharibəni təkbaşına davam etdirə biləcəkmi?

- Əlbəttə, Ukrayna bu cür riskləri nəzərdən keçirir və belə şeylərə hazırlaşır. Biz tərəfdaşlarımızın və müttəfiqlərimizin dəstəyinə güvənirik. Bu, bizim üçün çox vacibdir. Lakin hətta müəyyən bir məqamda müəyyən növ yardım dayandırılsa belə, bizim "B" planımız var və biz mübarizəni davam etdirəcəyik.

- Ukrayna tərəfi Rusiyanın itkiləri haqqında məlumat yaydı. Bu məlumatlara görə, Rusiya tərəfi 1 milyondan çox hərbçisini itirib. Bu, Rusiyanın döyüş qabiliyyətinə nə dərəcədə təsir göstərir? Ukrayna ordusunun itkiləri haqqında nə deyə bilərsiniz?

- Rusiyanın itkiləri bir milyon hərbçini keçdi. Böyük itkilərə baxmayaraq, onlar Ukraynaya qarşı təcavüz strategiyalarını inadla həyata keçirməyə çalışırlar. Ukraynanın itkilərinə gəlincə, onlar müqayisəolunmaz dərəcədə azdır. Hər bir əsgərin həyatı şübhəsiz ki, qiymətlidir. Hamı yadda saxlamalıdır ki, hər bir əsgərin ölümü kiminsə dağılmış dünyasıdır. Mənim fikrimcə, indi silahla ölkəmizi qoruyan insanlar, yəqin ki, uğrunda mübarizə apardıqları dəyərlərə malik olan dövlətdə yaşamağa ən çox layiq olanlardır. Şübhəsiz, bizim itkilərimiz Rusiyanın itkiləri ilə müqayisəolunmaz dərəcədə azdır. Ruslar işçi qüvvəyə malik 1 milyon vətəndaş itiriblər. Təəssüf ki, bəlkə də onları əvəz edə biləcək çox sayda əmək qabiliyyətli əhalisi var.

- Rusiya qoşunlarının ən böyük itkiləri cəbhənin hansı istiqamətindədir? Ayrı-ayrı dövrlər və istiqamətlər üzrə itkilərlə bağlı statistika varmı?

- Biz artıq genişmiqyaslı işğalın dördüncü ilində olduğumuzu başa düşməliyik. Burada ruslar böyük itkilərə baxmayaraq, irəliləməyə çalışırlar. Onlar Kursk vilayətində böyük itkilər veriblər. Müəyyən dövrdə onlar Baxmut, Pokrovsk istiqamətində böyük itkilər veriblər.

- Rusiyada miqrantların məcburi şəkildə cəbhəyə göndərilməsi haqqında xəbərlər yayılıb. Ukrayna kəşfiyyatının bu cür hallar haqqında daha ətraflı məlumatı varmı?

- Biz tez-tez Rusiya Federasiyası tərəfində Asiya, Afrika, Latın Amerikası dövlətlərinin vətəndaşlarının döyüşdüyü hallarla qarşılaşırıq. Çox vaxt onlar əsir düşürlər və əslində, təsdiq bizə oradan gəlir. Bundan əlavə, hamımız Rusiya Federasiyasının dövlət daxilində miqrantlara münasibətini başa düşürük. Biz bu barədə tez-tez eşidirik. Rusiyadakı miqrantlar əhalinin ən müdafiəsiz təbəqələrindən biridir. Buna görə də onlara inzibati təzyiq vasitəsilə, həmçinin Silahlı Qüvvələrə cəlb edilmək və ya həbsxanaya getmək arasında seçim etmək məsələsi ilə təsir etmək daha asandır.

- Almaniyanın xarici işlər naziri Kiyevə səfəri zamanı Ukrayna ilə birgə müdafiə müəssisələrinin yaradılması barədə bəyanat verdi. Bu, müharibənin gedişinə necə təsir edəcək?

- Əslində, müdafiə-sənaye kompleksi üzrə birgə müəssisələri biz təkcə Almaniya ilə deyil, həm də Rusiyanın tammiqyaslı işğalının əvvəlindən bizə kömək edən digər tərəfdaş ölkələrlə də yaradırıq. Almaniya onlardan biridir və Ukraynaya göstərilən yardımın həcminə görə liderlərdən biridir. Onlar bizim müdafiə-sənaye kompleksimizlə, ideyalarımızla, texnologiyalarımızla maraqlanırlar.

Biz bir çox tərəfdaşlarla hava hücumundan müdafiə silahları, zirehli texnika və əlbəttə ki, pilotsuz uçuş kompleksləri sahəsində əməkdaşlıq edirik. Ukrayna müdafiə-sənaye kompleksi avropalı tərəfdaşlar və ABŞ üçün, ilk növbədə, əldə edilmiş təcrübə və texnologiyaları real döyüş şəraitində yoxlamaq imkanı səbəbindən maraqlı oldu. Biz öz təcrübəmizi tərəfdaş ölkələrlə bölüşməyə, birgə silah istehsal etməyə hazırıq və əlbəttə ki, bu, bizə mübarizəmizdə kömək edəcək.

- Ukraynanın xarici işlər naziri bəyan edib ki, ölkə hazırda hərbi sənayenin ehtiyaclarının 40%-ni öz istehsalı hesabına təmin edir...

- İndi müharibə üçün lazım olan hər şeyin təxminən 50%-ni ölkə daxilində istehsal edirik. Biz bu həcmləri artırmağa hazırıq. Əminəm ki, yaxın zamanda Ukrayna dünyanı bir neçə dəfə təəccübləndirəcək. Əlbəttə, biz hava məkanının müdafiəsi, müxtəlif mənzilli və müxtəlif hədəflərə qarşı spesifik işləyən komplekslər üzərində işləyirik. Bütün bunlar ərazimizi, hava məkanımızı ballistik raketlərdən, müxtəlif növ qanadlı raketlərdən, həmçinin "Shahed" tipli dronlardan qorumaq üçün edilir.

Artıq tamamlanma mərhələsində olan bir çox texnoloji həllərimiz var və yaxın zamanda onları işdə görəcəyik. Döyüş şəraitində uğurla sınaqdan keçmiş və düşmənin hiyləgər planları şəraitində real tapşırıqların yerinə yetirilməsi üçün istifadə edilən həllər də var. Biz öz zenit-raket komplekslərimizin hazırlanmasına böyük səylər göstəririk, ballistik raketləri vurmaq üçün səmərəli həll üzərində işləyirik, həmçinin "Shahed"ləri məhv etmək üçün səmərəli və ucuz üsul üzərində çalışırıq.

- Rusiya tərəfi bildirdi ki, Ukrayna Donetsk və Luqanska Britaniya “Storm Shadow” raketləri ilə hücum edib. Bunu necə şərh edə bilərsiniz?

- Demək istərdim ki, Ukrayna tərəfdaşlar tərəfindən təmin edilmiş yüksək dəqiqlikli silahları bu ölkələrlə razılaşdırılmış qaydalara uyğun tətbiq edir və onlarla zərbələr yalnız legitim hərbi hədəflərə endirilib. Qeyd etmək istəyirəm ki, bizim yüksək dəqiqlikli silahlarla zərbələrimiz Rusiya hərbçiləri üçün çox təsiredicidir. Əminəm ki, bu zərbələr ağrılıdır. Onların tətbiqinə davam edəcəyik.

- Ukrayna "Hörümçək toru" əməliyyatı ilə Rusiyanı çətin vəziyyətə saldı. Ukrayna tərəfi Rusiya qoşunları üçün yeni sürprizlər hazırlayırmı?

- "Hörümçək toru" əməliyyatı Ukraynanın asimmetrik şəkildə, strateji dərinlikdə hərəkət etmək və çox həssas zərbələr endirmək qabiliyyətini nümayiş etdirdi. Bəli, əminəm ki, gələcəkdə də mütləq buna bənzər məqamlar görəcəyik.

- Atəşkəslə bağlı danışıqlar hansı mərhələdədir? İstanbul danışıqları dalana dirənib? Əgər belədirsə, hansı səbəbdən?

- İndi xronologiyanı izah etməyə çalışacağam. Ukrayna bundan sonra da Səudiyyə Ərəbistanında Birləşmiş Ştatlarla razılaşdırılmış şərtsiz atəşkəs planı üzrə irəliləməyə hazırdır - yəni, ədalətli və davamlı sülhə doğru yolda növbəti addımları müzakirə etmək üçün ilkin şərtlər olmadan atəşkəs. İstanbulda keçirilən son danışıqlar raundunda (2 iyun - red.) hər şey əslində bizim üçün də çox vacib olan humanitar mövzuya gətirildi. Biz hərbi əsirləri mübadilə etdik, bu, bizim üçün çox vacibdir.

Biz həlak olmuş döyüşçülərin cəsədlərini mübadilə etdik. Bu proses zamanı DNT ekspertizası aparılarkən məlum oldu ki, Rusiya tərəfi bizim döyüşçülərimizin cəsədləri arasında bizə öz vətəndaşlarının, öz əsgərlərinin ehtimal olunan cəsədlərini də verib. Buna görə də identifikasiya ilə bağlı bütün məsələlər bizi daha diqqətlə yanaşmağa məcbur edir və bu, daha çox vaxt tələb edəcək.

Biz ruslar tərəfindən oğurlanmış ukraynalı uşaqların, həmçinin mülki şəxslərin qaytarılması məqsədilə danışıqlar apardıq. Bu da çox vacib aspektdir. Təəssüf ki, biz ruslarla atəşkəs barədə razılığa gələ bilmədik. Ruslar İstanbula daha çox təslim olma bəyannaməsinə bənzəyən öz şərtləri ilə gəlmişdilər. Rusiya indi belə şərtləri diktə edə biləcəyi mövqedə deyil. Bu, mənim fikrimcə, ilk növbədə, Rusiya tərəfinin atəşkəslə bağlı həqiqətən səmərəli və konkret danışıqlar aparmaq istəməməsi ilə bağlıdır. Vurğulamaq istərdim ki, Ukrayna bu danışıqlar real nəticələrə gətirib çıxaracağı təqdirdə, istənilən platformada, istənilən formatda danışıqları davam etdirməyə hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 İyul 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see214

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see178

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see166

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see142

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see136

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see127

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see122

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see115

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

11 İyul 2025 21:50see113

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see112

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see112

Pentaqon öz siyasətini kökündən dəyişir...

12 İyul 2025 00:26see111

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

12 İyul 2025 01:03see111

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see111

Qarabağ Portuqaliyadan daha birini transfer etdi

12 İyul 2025 00:06see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri