Icma.az
close
up
RU
525 ci qəzet Xaçmazda Xalq şairinin xatirəsi anıldı

525 ci qəzet Xaçmazda Xalq şairinin xatirəsi anıldı

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Xaçmazda artıq 65 ildir fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin 16 fevralda təşkil edilən toplantısı mərhum Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmişdi.

525.az bayraqdar.info-ya istinadən xəbər verir ki, Xaçmaz MKS-də Məclisin sədri Fərzalı Ziyanurun başçılığı ilə keçirilən tədbirdə “Ulduzlar”ın üzvləri ilə yanaşı rayonun təcrübəli dövlət adamı, ictimai xadim və Zəlimxan Yaqubun ailə dostu Abdulla Didarov da iştirak edirdi.

“Ulduzlar” ənənəvi dinləmə və müzakirələrə başlamazdan öncə Abdulla Didarov Azərbaycanın və türk dünyasının sevimli şairi, böyük Turançı və sözün həqiqi mənasında xalq adamı olmuş Zəlimxan Yaqubla bağlı xatirələrini bölüşdü. O, eyni zamanda şairin zəngin ədəbi irsindən danışdı, onun şeirlərindən parçalar səsləndirdi.

Abdulla Didarov eyni zamanda Zəlimxan Yaqubla şəxsi təmasları, onun şirin zarafatları, hətta xəstə yatağında olduğu zaman belə qıvraqlığını qorumağa çalışması haqqında xoş xatirələrini paylaşdı.

Daha sonra Məclis üzvləri öz yeni əsərlərini təqdim etdilər.

Təcrübəli şair, yazar, fəlsəfə doktoru və çoxsaylı kitabların müəllifi Gülümbala Nəsirli həm Zəlimxan Yaqubla bağlı xatirələrini, həm də yeni əsərlərini təqdim etdi.

Bundan sonra Məclisin xanım üzvləri – Mehparə Sadıqova, Rübabə Mustafayeva, Pakizə Zalova və Gözəl Azayeva şeirlərini oxudular, iştirakçıların fikir və mülahizələrini dinləyib suallara cavab verdilər.

Şair-rəssam Qərib Aşkari və qəzəlxan Mövlan Şahidin çıxışları da xüsusi şövqlə dinlənildi, şeirləri böyük marağa səbəb oldu.

Məclisin üzvlərindən olan istedadlı şairlər Cümşud Aydəmir, Səxavət Ənvəroğlu, Firudin Həvəskar, İbrahim Ağçaylı da şeirlərini səsləndirməklə bərabər böyük şair Zəlimxan Yaqub haqqında xoş sözlər söylədilər.

Zəlimxan Yaqubla bağlı Abdulla Didarovun təqdimatının böyük təsir yaratdığı Məclisdə fəal üzvlərdən olan filoloq-müəllim Tahir Musayev hər zamankı kimi maraqlı təhlillərini təqdim etdi.

Məclisdə, həmçinin “Ulduzlar”ın 65 illik yubileyinin keçirilməsi ilə bağlı ilkin fikir mübadiləsi aparıldı, ötən bir ay ərzində görülən işlərdən danışıldı.

Əlavə edək ki, toplantıda BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət də iştirak və çıxış etdi. O, Zəlimxan Yaqubla bağlı xatirə və fikirlərini bölüşməklə yanaşı səslənən şeirlərə də münasibət bildirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri