Icma.az
close
up
RU
Xalq şairinin xatirəsi ehtiramla anıldı

Xalq şairinin xatirəsi ehtiramla anıldı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Doğmaları, dostları, qədirbilən oxucuları  Zəlimxan Yaqubun  anadan olmasının 75-ci ildönümü günündə xalq şairinin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. 

Mərasimi giriş sözü  ilə açan Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçsi Musa Nəbioğlu görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında  məlumat verib, son illərdə nəşr olunan kitablarından danışıb. O bildirib ki, bugünlərdə şairin daha 2 kitab nəşr olunub. “Məqalələr, müsahibələr” toplusunda onun ömrünün son illərində yazdığı məqalələri və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, “Zəlimxan özü var xatirələrdə” adlı kitabda isə   ölümündən sonra  haqqında yazılmış məqalələr və ona ithaf olunmuş şeirlər yer alıb.

Sonra çıxış edən AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstititunun direktoru Misir Mərdanov, görkəmli dövlət xadimi Həsən Həsənov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, professor Vidadi Orucov, Əməkdar jurnalist İsmayıl Ömərov, şairlərdən Qılman İman, Sabir Sadaxlı, Təbriz İman, Binəli Bayram və Sənan Hüseynov şairlə bağlı xatirələrini bölüçüblər, onun milli poeziyamızın inkişafına göstərdiyi sanballı ­xidmətlərindən söz açıblar.  

Aşıqlardan Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı və Ramin Qarayev müxtəlif saz havaları üstündə şairin şeirlərini səsləndiriblər.

 Şairin oğlu Bəhlul Yaqubov ailələri adından tədbirin təşkilatçılarına və iştirak edənlərə minnətdarlığını  bildirib.

XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see337

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see258

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see255

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see243

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see230

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see229

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see220

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see219

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see217

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see217

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see213

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see213

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see212

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see209

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see198

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see196

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see194

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see190

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see179

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri