Icma.az
close
up
RU
“525 manat sosial yardım alan ailə 600 manat alacaq” DEPUTAT

“525 manat sosial yardım alan ailə 600 manat alacaq” DEPUTAT

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov gələn ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının artırılması ilə bağlı açıqlama verib. Deputat bildirib ki, 2026-cı ildən yaşayış minimumu və ehtiyac meyarının 300 manat müəyyənləşdirilməsi ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı aylıq vəsaitin artmasına səbəb olacaq.

Vüqar Bayramov deyib ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi həm yardım məbləğinin artırılması, həm də müraciət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Bu kontekstdə ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək,” – deputat bildirib.

İqtisadçı aydınlıq gətirib ki, ehtiyac meyarının artması real nümunə üzərindən də aydın görünür. “Tutaq ki, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1425 manat (5 nəfər x 285 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat (1425 – 900) olur. Həmin ailə ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, ayda dövlətdən 525 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq,” – deyə o qeyd edib.

Deputat əlavə edib ki, gələn ildən ailənin ehtiyac meyarı 1500 manat (5 nəfər x 300 manat) olacaq və nəticədə gəliri dəyişmədiyi halda həmin ailənin aldığı aylıq yardım 600 manata yüksələcək. “Yəni, ehtiyac meyarının hər 15 manatlıq artımı ünvanlı sosial yardım alan ailələrin gəlirlərinə birbaşa təsir göstərir. Bu, aztəminatlı təbəqənin sosial rifahına dəstək baxımından mühüm addımdır”.

Deputat qeyd edib ki, hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Onun sözlərinə görə, bu, artımlardan faydalanacaq ailələrin sayının kifayət qədər çox olduğunu göstərir.

“Ünvanlı sosial yardım mexanizmi sosial siyasətin ən vacib komponentlərindən biridir. Bu sahədəki hər bir artım vətəndaşlarımızın rifahına birbaşa təsir edir və sosial müdafiə tədbirlərinin əhatə dairəsini genişləndirir,” – iqtisadçı bildirib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri