525ci qəzet 10 dəfə ürəyi dayansa da, sağ qaldı
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Rusiyanın Nijnekamsk şəhərində həkimlər infarkt keçirən xəstəni 10 dəfə ürəyi dayanmasına baxmayaraq, həyatda saxlaya biliblər.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Tatarıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Sinəsində kəskin ağrılar hiss edən 54 yaşlı kişi təcili tibbi yardım çağırıb.
Həkimlərin gəlişindən az sonra xəstənin ürəyi dayanıb. Həkimlər onun ürək ritmini bərpa etsələr də, bu hal 3 saat ərzində daha 9 dəfə təkrarlanıb.
Hər halda kişini əməliyyat masasına kimi çatdırmaq mümkün olub.
Açıq ürək əməliyyatı keçirən xəstənin indi vəziyyəti kafidir. Ağxalatlıların sayəsində həyati təhlükə aradan qalxıb.
L.Tağıyeva
Baxış sayı:143
Bu xəbər 28 Dekabr 2024 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















