Icma.az
close
up
RU
525ci qəzet ADUnun nümayəndə heyəti Pekində Çin dili üzrə beynəlxalq konfransda iştirak edib

525ci qəzet ADUnun nümayəndə heyəti Pekində Çin dili üzrə beynəlxalq konfransda iştirak edib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Şəfəq Şahməmmədovanın başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyinin keçirdiyi Ümumdünya Çin Dili Konfransında iştirak edib. Çin dili və mədəniyyətinin təbliği üzrə təhsil mərkəzləri şəbəkəsinin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş konfransa ÇXR-in hökumət və aparıcı ali təhsil müəssisələrinin nümayəndələri, Konfutsi institutlarının rəhbərləri, tanınmış elm xadimləri və diplomatlar da daxil olmaqla 160 ölkə və regiondan 2 mindən çox iştirakçı qatılıb.

Bu barədə 525.az-a ADU-nun Konfutsi İnstitutundan məlumat verilib. Əsas mövzusu “Ünsiyyət, inteqrasiya, varislik və innovasiya” olan konfransın açılış mərasimində ÇXR sədrinin müavini Han Çjen və təhsil naziri Huay Tszinpen çıxış ediblər. Onlar Çin və dünya xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məqsədilə Çin dilində beynəlxalq təhsilin təşviqinə hərtərəfli dəstəyin davam etdiriləcəyini bildiriblər. Qeyd olunub ki, Çin dilinin öyrənilməsi dünyada daha çox insanın Çin haqqında çoxşaxəli və geniş biliklər əldə etməsinə imkan verir.

Açılış mərasimində Han Çjen Çin Xalq Respublikasının Sədri Si Cinpinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbir çərçivəsində ADU-nun nümayəndə heyəti HSK 3.0 Çin dili bilik imtahanının yeni test proqramına, xaricdə Çin dilinin tədrisi standartlarına, süni intellektdən istifadə edərək tədrisdə innovativ tendensiyalara, xaricdə Çin dili müəllimlərinin hazırlanmasına, Konfutsi institutlarının inkişaf perspektivlərinə, HSK test mərkəzlərinin işinin təşkilinə həsr olunmuş bir sıra panel iclasları və paralel konfrans forumlarında müzakirələrdə iştirak ediblər.

Konfransın tematik seminarında ADU-nun Konfutsi İnstitutunun direktorları Li Zihua və Rafiq Abbasov iştirak ediblər. R.Abbasov seminar iştirakçılarını tarixi İpək Yolunun dirçəldilməsi üçün “Bir kəmər, bir yol” qlobal Çin layihəsinin həyata keçirilməsi üzrə ixtisaslaşmış ADU-nun Konfutsi İnstitutunun elm, tədris və maarifləndirici fəaliyyəti ilə tanış edib. O bildirib ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də hər iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə, Konfutsi institutlarının inkişafına dəstək verilməsinə ehtiyac olduğu qeyd edilib.

Sonra seminar iştirakçılarına ADU-nun Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr olunmuş “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı (2003-2023)” və “Heydər Əliyev və Çin” kitabları hədiyyə edilib.

Konfrans çərçivəsində ADU-nun nümayəndə heyəti Çin dilinin tədrisi və testində yüksək texnologiyaların tətbiqi və Çin dilinin tədrisi sahəsində innovativ təcrübələrə həsr olunmuş sərgi ilə tanış olub.

Səfər zamanı ADU-nun nümayəndə heyəti ilə ÇXR-in Huçjou Universitetinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə yeni elm və təhsil layihələri əsasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İkitərəfli təhsil və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsində iki ölkənin dil və mədəniyyətinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri