Icma.az
close
up
RU
BDU nümayəndə heyəti Pekində Ümumdünya Çin Dili Konqresində iştirak edir

BDU nümayəndə heyəti Pekində Ümumdünya Çin Dili Konqresində iştirak edir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Vanq Haoqiang noyabrın 14-15-də Pekin şəhərində keçirilən Ümumdünya Çin Dili Konqresində iştirak edirlər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Pekin Milli Konqres Mərkəzində tədbirin açılış mərasimi keçirilib. Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Çinin Baş nazirinin müavini Dong Xuexiang, təhsil naziri Huai Jinpeng çıxış edərək, Çin və dünya xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məqsədilə Çin dilində beynəlxalq təhsilin təşviqinə hərtərəfli dəstəyin davam etdiriləcəyini bildiriblər.

Tədbirdə dünyanın Çin dili tədris olunan ölkələrindən nazirlər, ali məktəb rəhbərləri, tanınmış elm xadimləri iştirak edirlər. Konqresdə beynəlxalq təhsil əlaqələrinin intensivləşdirilməsi, Çin dilinin tədrisində qabaqcıl təcrübənin öyrənilməsi, birgə innovativ proqramların işlənib hazırlanması kimi məsələlər müzakirə olunur.

BDU-da Çin dilinin tədrisinə, Çin universitetləri ilə əlaqələrin inkişafına xüsusi diqqət göstərilir. BDU-da 2004-cü ildən Çin üzrə regionşünaslıq ixtisası açılıb. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili, Çin mədəniyyətinin təbliği və öyrənilməsi sahəsində mühüm işlər görülür. “Çin körpüsü” adlı Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. Yarışın qalibi Çində ölkəmizi təmsil etmək fürsəti əldə edir. 2022-ci ildən isə Şərqşünaslıq fakültəsində Çin filologiyası ixtisası açılıb. 2023-cü il dekabrın 8-də BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri