525ci qəzet Avropa Komissiyası Suriyadakı yeni hakimiyyətlə təmas qurmaqdan i mtina etdi
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa Komissiyası (AK) Suriyadakı yeni hakimiyyətlə əlaqə saxlamır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə AK-nin sözçüsü Anouar El-Anouni bildirib. O qeyd edib ki, hələlik onlar terrorçu hesab olunurlar.
El-Anouninin sözlərinə görə, Suriyada hakimiyyətin ələ keçirilməsinin ən fəal iştirakçılarından birinə çevrilən “Həyat Təhrir əl-Şam” qruplaşması Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilib. Bu qərar blokun bütün ölkələrinə şamil edilir.
“Qərara yalnız yekdilliklə yenidən baxıla bilər. Ancaq bunun üçün radikalların sözlərini deyil, hərəkətlərini qiymətləndirmək lazımdır. Buna görə də, gələcək addımlar barədə spekulyasiya etmək tezdir”, - deyə Anouar El-Anouni bildirib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Dekabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















