Rutte: 90 milyard avroluq kredit Ukraynanın təhlükəsizliyinə ciddi təsir göstərəcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
NATO-nun baş katibi Mark Rutte Avropa İttifaqını Ukraynanın silah alışında 90 milyard avroluq kreditdən istifadəsinə məhdudiyyətlər qoymamağa çağırıb.
APA xəbər verir ki, Rutte bu barədə Avropa Parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sözügedən kredit Ukraynanın təhlükəsizliyinə və iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Baş katib vurğulayıb ki, bu vəsaitlərin istifadəsində çeviklik təmin olunmalıdır.
NATO baş katibi qeyd edib ki, Avropa hazırda öz müdafiə sənayesini gücləndirir və bu, mühüm əhəmiyyət daşıyır.
Rutte əlavə edib ki, Ukraynaya dəstəyin əsas prioriteti ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi olaraq qalmalıdır.
Onun sözlərinə görə, ABŞ-dan silah tədarükü olmadan Ukrayna “sözün əsl mənasında” mübarizəni davam etdirə bilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Yanvar 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















