525ci qəzet Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə olunmasında əməkdaşlığı gücləndirir
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə olunmasında əməkdaşlığı genişləndirəcək.
525.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, Agentliyin əməkdaşları Əfsanə Əsgərova, Elmar Orucov, Ruslan Salmanov, İlqar Həsənov və Elnur Nəsirov su ehtiyatlarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi məqsədilə Türkiyəyə səfər çərçivəsində Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta və qurumun aidiyyəti şöbələrinin mütəxəssisləri ilə görüşlər keçiriblər.
Görüşlərdə su ehtiyatlarının idarə olunması və mühafizəsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb, təqdimatlar təqdim edilib və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Tərəflər hər iki ölkənin su ehtiyatlarının idarə olunması sahəsində təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyini xüsusi vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















