Icma.az
close
up
RU
“Ermənistan isə tam şəkildə Azərbaycanın tabeliyinə düşəcək”

“Ermənistan isə tam şəkildə Azərbaycanın tabeliyinə düşəcək”

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan Zəngəzur dəhlizi ilə bağlı şərhini özünün teleqram kanalına yerləşdirib.

KONKRET.az həmin şərhi təqdim edir:

“Misirdə bu proses necə baş verdi və Ermənistanda necə olacaq.

1. Misirdə 1858-ci ildə Süveyş Kanalı Şirkəti ( La Compagnie Universelle du Canal Maritime de Suez və ya Universal Suez Ship Canal Company ) təsis edildi. Səhmlərin 52–54%-i Fransaya, 44%-i isə Misirə, Said Paşaya məxsus idi. Nəzarət paketi Fransanın əlində idi.
Ermənistanda isə 2025-ci ildə Zəngəzur TRIPP-Korridoru şirkəti yaradıldı. Səhmlərin 74%-i amerikalılara, 26%-i isə Ermənistana məxsusdur.

2. Misirdə 1875-ci ildə İsmayıl Paşa özünə məxsus 44%-lik payı İngiltərəyə satdı və İngiltərə Süveyş kanalının ən böyük sahibi oldu. Fransanın payı isə ikinci yerdə qaldı.
Ermənistanda isə X məqamında ABŞ öz payının müəyyən hissəsini üçüncü ölkəyə sata bilər, böyük ehtimalla Azərbaycana və ya Türkiyəyə. Beləliklə, onlar Zəngəzur dəhlizinin sahiblərinə çevriləcəklər.

3. 1882-ci ildə İngiltərə Misiri müstəmləkəyə çevirdi və Süveyş kanalı boyunca öz qoşunlarını və hərbi istehkamlarını yerləşdirdi. İngilis qüvvələri Misirdə 1956-cı ilə qədər 74 il ərzində qaldı. Ermənistanda isə X məqamında Azərbaycan və Türkiyə qoşunları Zəngəzurda yerləşdirilə bilər və onlar orada daimi olaraq qalacaqlar.

4. 1956-cı ildə Misir öz suverenliyini bərpa etmək və kanalı geri almaq tələbini irəli sürdü. Bundan sonra İngiltərə, Fransa və İsrail “Muşketyor” əməliyyatına başladılar və qoşunlarını Misirə yeridərək 9 gün davam edən müharibəyə start verdilər. Yalnız ABŞ və SSRİ-nin müdaxiləsi müharibəni dayandırdı və Misiri xilas etdi.
Ermənistan isə tam şəkildə Azərbaycanın və Türkiyənin tabeliyinə düşəcək və Zəngəzur dəhlizi üzərində nəzarəti bir daha heç vaxt geri qaytara bilməyəcək. Buna ediləcək istənilən cəhd Türkiyə və Azərbaycanın hərbi cavabı ilə nəticələnəcək və bütün Ermənistanın udulmasına gətirib çıxaracaq. Nə ABŞ, nə də Avropa Ermənistana müdaxilə etməyəcək və onu müdafiə etməyəcək, çünki onların burada strateji maraqları yoxdur.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri