Icma.az
close
up
RU
525ci qəzet Azərbaycan və Türkiyə turizm sahəsində əməkdaşlığa dair saziş imzalayıb

525ci qəzet Azərbaycan və Türkiyə turizm sahəsində əməkdaşlığa dair saziş imzalayıb

525.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb.

525.az-a bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Sənədi Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Türkiyə tərəfindən isə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıb.

Sazişdə ölkələr arasında qonaqpərvərlik, turizm sahəsi və qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələlər xüsusi vurğulanır.

Həmçinin sazişdə mediatur, infotur, tədbir və seminarların təşkili, birgə səyahət marşrutunun inkişaf etdirilməsi, qarşılıqlı təbliğat və marketinq fəaliyyəti ilə turist axınını artırmaq, təbii və mədəni irsin qorunması, eləcə də tanıdılması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı mövzular əksini tapır.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 357 615 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Birgə hərbi təlimlərin İrana faydası yoxdur Politoloq

12 Mart 2025 06:48see134

Bir aylıq atəşkəs sonunda sülh gətirəcəkmi?

12 Mart 2025 08:11see122

Rusiya Odessa limanına zərbə endirdi: 4 əcnəbi öldü

12 Mart 2025 01:40see121

11 yaşlı uşağa sahibsiz itlər hücum ETDİ

11 Mart 2025 21:18see119

Meyxanaçı Samirə yenə estetik əməliyyat etdirdi VİDEO

13 Mart 2025 01:12see118

Ağsuda Azərişıq əməkdaşını cərəyan vurub öldürdü

12 Mart 2025 10:06see117

Günün HAVASI: 23 dərəcə isti...

12 Mart 2025 09:12see115

Əks istiqamətə çıxan 89 yaşlı sürücü saxlanıldı, vəsiqəsi əlindən alındı VİDEO

11 Mart 2025 21:02see114

Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub VİDEO

11 Mart 2025 21:05see114

Parlament Portuqaliya hökumətinə etimad göstərməyib

12 Mart 2025 04:55see113

“İnter” hesabı açdı YENİLƏNİR

12 Mart 2025 00:12see113

ABŞ və Ukrayna Ciddədə Zelenskinin istefasını müzakirə etməyib KİV

12 Mart 2025 09:15see113

Trampın Rusiyanın Ukrayna ilə bağlı tələblərindən birinə qarşı çıxdığı məlum olub

12 Mart 2025 08:08see112

“Bu məsələyə mütləq baxılacaq” Mərdəkandakı yumruq davasına görə kimlər cəza alacaq?

12 Mart 2025 11:56see112

Bürcünüzə görə hansı seriallardansınız? Astroloji testlə kəşf edin

12 Mart 2025 06:04see112

Sakinlər bu əyləncə mərkəzindən ŞİKAYƏTÇİDİR VİDEO

12 Mart 2025 09:54see112

Rusiya bunu heç vaxt qəbul etməyəcək

13 Mart 2025 00:49see110

Hər yerim ağrayır... Yaz sindromu nədir, kimlərdə olur?

12 Mart 2025 05:34see110

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

12 Mart 2025 10:06see108

Ronaldonun sevgilisi moda nümayişinə elə geyimdə gəldi ki... FOTO

12 Mart 2025 02:02see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri