525ci qəzet Azərbaycanlı futbolçu Çempionlar Liqasında oyun keçirdi
Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilov Malayziyanın “Johor” klubunda növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin komandası Asiya Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda doğma meydanlarında Tailandın "Buriram Yunayted" klubunu qəbul edib. Görüş qolsuz heç-heçə ilə bitib.
İsrafilov bu matça əsas heyətdə çıxıb və 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, "Johor" Asiya Çempionlar Liqasının turnir cədvəlində 6 turdan sonra 8 xalla 6-cı yerdədir.
Baxış sayı:23
Mənbə:https://525.az