Icma.az
close
up
RU
525ci qəzet Bakıdakı Suraxanı Atəşgah məbədi

525ci qəzet Bakıdakı Suraxanı Atəşgah məbədi

Icma.az, 525.az saytına istinadən bildirir.

Həsən HƏSƏNOV
Tarix elmləri doktoru

Azərbaycanda m.ə. VI-IV minilliklərə aid edilən ən qədim neft quyusu Bakının Binəqədi kəndinin yaxınlığında aşkar edilib (Bax: Məhfuzə Zeynalova). Bakıətrafı əsrlər boyu sönməz odların olduğu ərazi kimi mənbələrdə qeyd olunub.

VI əsrdə yaşamış Bizans müəllifi Paniumlu Prisk özünün "Qotik tarixi" əsərində Xəzər dənizinin qərb sahilindəki mənzərəni belə təsvir edir: "Daşdan dənizə qalxan alov görünürdü".

M.Kalankatuklu, əl-İstəxri, Məsudi, və başqaları yanan qazın Abşeronda mövcudluğu barədə VII-X əsrlərdə qeyd etmişdilər.

XV əsr Rus səyyahı Afanasi Nikitin Dərbənddən "odu sönməz Bakıya" getdiyini və təbii yanğınlara rast gəldiyini bildirib.

XV əsr azərbaycanlı müəllif Bakuvi yazır: "Bakıdan bir fərsəx aralıda elə yer var ki, oradan heç vaxt sönməyən od püskürür".

Avropalı Adam Oleari, Səfəvilər sülaləsi dövlətində Şlezviq-Holşteyn hersoqluğunun iki səfirliyinin iştirakçısı olaraq, 1633-1635, 1635-1639-cu illər hadisələrini təsvir edir: "Bakı ətrafındakı və Barmax dağı (Beşbarmaq - H.H.) yaxınlığındakı quyulardan çıxarılan neft xüsusi yağdır. Barmax dağının yanından keçdik və neft quyularını gördük. Bunların sayı 30-a qədər olan müxtəlif şəkilli çuxurlar idi, onlardan gur çeşmə kimi neft axırdı (Oleum Petroleum). Çeşmənin sanki qaynayaraq necə pıqqıldadığı eşidilirdi; onların qoxusu kifayət qədər kəskin idi, həm də ağ neft daha xoş iylidir".

Azərbaycanda olmuş XVII əsr müəllifi Engelbart Kempfer yazır: "Suraxanı kəndi yaxınlığındakı çoxsaylı quyulardan od tökülürdü".

İohann Lerx, Rusiya səfirliyinin həkimi olaraq, 1735-ci ildə yazır: "Mən 30 iyun 1735-ci ildə sönməz atəşdən Balaxanıdakı qara neft quyularına qədər beş verst (verst - 1,05 km-ə bərabər uzunluq ölçüsüdür - tərc.) yol getdim... Yerli sakinlər yerin altında kiçik bir çuxur qazır, ora gil boru qoyur və yerdən gələn buxarını yandırırlar. Bu oduzun müddətcə yanan bir oddur: "Onu ya bezlə, ya da torpaqla söndürərlər".

1858-ci ildə Aleksandr Düma yazırdı: "Təsəvvür edin ki, təxminən bir kvadratmil olan ərazidə alov axınları yüzə qədər qeyri-müntəzəm dəlikdən püskürür".

Beləliklə, müasir Suraxanı Atəşgahı təbii abidə olaraq, qədim dövrlərdən orta əsrlərin sonlarına qədər mövcud olub. Azərbaycanda "Oda sitayiş məbədi"nin qədim və ən əzəmətli nümunəsi, Bakı Qız Qalasıdır (Bax: H.Həsənov. "Qız Qalası").

Suraxanı ətrafında təbii odların mövcudluğu, onların müqəddəsləşdirilməsi və XVIII-XIX əsrlərdə burada hind amilinin mövcudluğu haqqında qısa məlumat verim.

Hind amilinin Suraxanıda iki mərhələsi var. Birinci mərhələ 1713-cü ildən 1810-cu ilə qədər sırf ticarət fəaliyyəti ilə əlaqədardır (Bakının Multani karvansarasında yaşayan hind tacirlərini müşayiət edən hindlilər üçün burada yaşayış yerləri tikilmişdi). İkinci mərhələ isə Azərbaycanın Rusiya imperiyasının tabeliyinə keçdiyi və İslamın hakimiyyətə təsirinin azaldığı 1810-cu ildən 1880-ci ilə qədər olan dövrdə hindlilərin Bakıda oda sitayiş dövrü əhatə edir.

Makedoniyalı İskəndərin bioqrafları, Əhəmənilər imperiyasını fəth edən zaman onun Midiya valisi Atropatın müşayiəti ilə qadın döyüşçülərlə görüşü barədə məlumat verirlər. Bu görüş İskəndərin Hindistana yürüşü ərəfəsində Cənubi Qafqazın şərq hissəsi də daxil olan Midiyada baş vermişdi. Bu ərazidə Kür-Araz çayları arasındakı hissəni antik müəlliflər Plini və Arrian Sakasena (Sakların torpağı) kimi qeyd edirlər. Makedoniyalı İskəndərin burada görüşdüyü qadın döyüşçülərin (amazonların) başçısını isə antik müəlliflər Arrian və Yustin Talestris adlandırırlar. Yerli qadın hökmdarla Makedoniyalı İskəndərin görüşü barədə süjeti Nizami Gəncəvi (XII əsr) də təqdim edir. O, görüş yerini Bərdə, Aran hökmdar qadını isə Nüşabə adlandırır. Bu hadisə bizim müasirlərimiz olan M.Mundinqin, E.Baynhamın, A.Mayorun xüsusi tədqiqat predmeti olub və onlar aşağıdakıları müəyyən etmişlər: birincisi, İskəndərin amazonlarla görüşü, həqiqətən də, olub; ikincisi, onlar klassik amazonlar deyil, Sak cəmiyyəti üçün ənənəvi olan qadın döyüşçülər dəstəsidir; üçüncüsü, antik mənbələrdə xatırladılan "Talestris" adı yerli ənənələrə görə, Nüşabə adlandırılan hökmdar qadının adının yunan versiyasıdır.

Nüşabə ilə görüşün İskəndərdə hansı təəssürat yaratdığını İskəndərin Hindistanda olması barədə məlumat verən mənbələrdən öyrənə bilərik. Orta əsr tarixçisi Mahomed Kasim Ferişta 1831-ci ildə Bombeydə nəşr olunan, özünün "Tarikhi-Ferishta hıstory of the rise of the Mahomedan power in İndia" adlı farsdilli əsərində (1612-ci ilə qədər yazılıb) yazır ki, Makedoniyalı İskəndər Hindistanın şimalındakı Kangra şəhərində yerləşən hind məbədini ziyarət edərək, mövcud bütü sındırıb, Nüşabə adlı sevdiyi qadının şəklini/bütünü məbədə hədiyyə etmişdi. Büt hindlilər tərəfindən qəbul edilmiş, həmçinin onlar Nüşabəni öz dillərində "Cvaalaci" ("Alov ilahəsi") adlandırmışlar. İskəndər zamanından bəri hindlilər xatırlayırlar ki, onların Nüşabə adlı qəbul etdikləri "Alov ilahəsi" şahzadə olmuş və Xəzər dənizinin qərb sahilində yaşamışdı. Hindistanda və Pakistanda çoxlu sayda qadının Nüşabə adını daşıması təkcə bizim oxucular üçün deyil, əslində mənim üçün də təəccüblüdür (maraqlananlar üçün deyirəm ki, ingilis dilində bu ad orada "Nowshaba" şəklində yazılıb).

Nizami poetik əsərlər yaratsa da, tarixi salnamələri diqqətlə öyrənmişdi. Xüsusilə, Nizaminin İsgəndərin Azərbaycana səfəri haqqında məlumatlarla İsgəndərin bioqraflarından biri olan Roma tarixçisi Kvint Kurti Ruf arasında mən tam oxşarlıq aşkar etdim. Nizami əsərində Hindistanda İsgəndərin Nüşabəyə həsr etdiyi bütün quraşdırılmasına işarə edir. Nizami deyir ki, belə bir rəvayət var ki, İsgəndər hansısa məbədi ziyarət edərək köhnə bütü dağıdıb yenisini ucaldır. Nizaminin dediyinə görə, onun üzərində belə yazırlar: "Bu hədiyyənin üstündə İsgəndərin damğası var". Biruni "Hindistan" kitabında İsgəndərin bütlərə olan marağı haqqında yazıb.

XV-XVI əsrlərdə, hind tacirlərinin Azərbaycana səfərləri çoxaldığı zaman onların ilahəsi olan Nüşabənin vətənindəki "Əbədi alovlar" haqqında məlumatlar konkret təsdiqini tapıb. Bakının ətrafında türk-azərbaycanlıların islamı qəbul edənə qədər sitayiş etdikləri atəş ziyarətgahları olmuşdu. Bu, türklərin özlərinin birbaşa skif əcdadlarından miras aldığı atəş kultu idi (Bu, Zərdüştlük deyildi, çünki onlar atəşə deyil, öz ali ilahilərinə Axura-Mazdaya sitayiş edirdilər. Həmçinin Suraxanı Atəşgahı Zərdüşti məbədi deyil!). Abşeronda təbii alovlar bol idi. Bu səbəbdən də İslamaqədərki dövrdə Atəşgaha bənzər məbədlər çoxluq təşkil edirdi.

Təxminən 1810-cu ildən başlayaraq hind zəvvarları burada təbii alovlar üzərində Cvaalaci (Nüşabə) şərəfinə dua edirdilər. Müstəsna olaraq, hindlilər Suraxanı məbədinin mərkəzi mehrabın yenilənməsini,  əlbəttə ki, imperiya hakimiyyətinin icazəsi ilə həll etdilər. Mütəxəssislər iddia edirlər ki, Atəşgah memarlıq abidəsi yerli ənənələrə uyğun tikilib, kənar divarı və giriş portalı var. Həyətin mərkəzində əsas məbəd - mehrabın dördbucaqlı döngəsi ucalır. Giriş portalının üstündə ənənəvi Abşeron qonaq otağı - "balaxana" yerləşir.

Beləliklə, İskəndərin hindlilərə təqdim etdiyi Nüşabə və hindililərin onu özlərinin Cvaalaci ("Alov ilahəsi") ilə eyniləşdirilməsinin xatirəsini əks etdirən Suraxanı Atəşgah məbədi yenilənib. Bu, ondan irəli gəlirdi ki, bu məbəd onların da sitayiş etdikləri ilahənin, əslində isə, Bərdə hökmdarı Nüşabənin vətənində yerləşirdi. Bununla da Bakı və Hindistanda hindlilər tərəfindən bir-birinin analoqu olan iki məbəd mövcud idi. Hindlilər Hindistandakı məbədlərini "Kiçik Cvaalaci", Bakıdakı Atəşgah məbədini isə "Əsas" və ya "Böyük Cvaalaci" hesab edirlər. Deməli, hindlilər əslən özlərinin "Od tanrıları" olan "Cvaalaci" ilə əslən Azərbaycandan olan ilahiləşdirilmiş və Od tanrısı olaraq qəbul olunmuş Nüşabəni eyniləşdirib Suraxanıdakı Atəşgah məbədinin üzərində ona sitayiş haqda mətn həkk etmişlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:330
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri