525ci qəzet Baydenə görə dəfn mərasimləri təxirə salındı
Icma.az, 525.az saytına istinadən bildirir.
Anqolanın Benqala bölgəsində ABŞ prezidenti Co Baydenin səfəri ilə əlaqədar bütün dəfn mərasimləri təxirə salınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Anqolada nəşr olunan "Novo Jornal" məlumat yayıb.
Katumbela və Luonqo bölgələrində də dəfn mərasimləri qadağan edilib. Dekabrın 4-ə planlaşdırılmış bütün dəfn mərasimləri 1 gün sonraya ertələnib.
Nəşrin rəsmi saytında həmçinin, bir neçə əsas yolun bağlanacağı və küçə ticarətinin yığışdırılacağı barədə də xəbər yerləşdirilib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden dünən Anqolaya 2 günlük rəsmi səfərə çıxıb. Sabah Baydenin Benqala bölgəsində gedəcəyi və Konqo DR ilə yanaşı Zambiyanın filiz mədənləri yerləşən bölgələrini birləşdirən dəmir yol xətti ilə tanış olacağı gözlənilir.
L.Tağıyeva
Baxış sayı:112
Bu xəbər 04 Dekabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















