525ci qəzet Berbok Rusiyaya kömək etdiyi üçün Çini hədələyib
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok Çini Ukraynada xüsusi əməliyyatlar zamanı istifadə üçün Rusiyaya pilotsuz təyyarələr verməkdə ittiham edib.
525.az xəbər verir ki, bu barədə N-TV telekanalı məlumat yayıb.
Berbokun sözlərinə görə, Berlin hesab edir ki, Pekin dronlar göndərməklə Moskvaya kömək edir.
“Bunun nəticələri olmalıdır və olacaq da”, - deyə Almaniyanın xarici işlər naziri bildirib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri vəzifəsinə keçəcək Kaya Kallas qeyd etmişdi ki, Çin Ukrayna münaqişəsində Rusiyaya verdiyi dəstəyə görə daha yüksək “qiymət ödəməlidir”.
Kallas vurğulayıb ki, Çinin dəstəyi olmasaydı, Rusiya Ukraynaya qarşı müharibəni bu cür intensiv şəkildə davam etdirə bilməzdi.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















