Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

525ci qəzet Bizim dağlar yerindəmi?!

525ci qəzet Bizim dağlar yerindəmi?!

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri

İndi neçə illərdir ki,

hər görüşümüzdə daha

məndən Xızı dağlarını

xəbər alan yoxdur...

(Əvvəli ötən sayımızda)

Aradan on il keçəndən sonra o vaxtlar Siyəzən rayonunda çıxan, baş redaktoru olduğum "Çıraq" qəzeti üçün, sevimli şairimizin 60 illik yubileyi ilə bağlı onunla görüşüb müsahibə almışdım, haqqında yubiley yazısı dərc etmişdik. 1993-cü il 30 mart tarixli qəzetin o səhifəsini kövrələ-kövrələ oxuyuram. Elə bil unudulmaz şairimizlə yenə üz-üzəyik.

Cabir Novruz: "Bu yerlər mənə əzizdir"

- Cabir müəllim, ədəbiyyata gəlişinizi necə xatırlayırsınız?

- Belə sualla mənə müraciət edən çox olur. "O kim idi" adlı bir şeirim var. Həmin şeirimdə sualınıza cavab tapa bilərsiz:

Heç bilmirəm haçan idi...

Heç bilmirəm nə olmuşdu?

Bir də gördüm öz-özümə

Misra düzdüm xırda-xırda.

Şeir dedim orda-burda.

Şair dedi kimsə mənə,

Heç bilmədim kim idi, kim?

Min-min dağdan ağır yükü,

Necə asan qəbul etdim?!

Bəli, şair olan "İlham adlı bir zindanın, zəhmət adlı pəhlivanın pəncəsində əzilir", "Şair olan ən qüdrətli ilham ilə, ən gərgin əmək ilə şair olur".

İndi iyirmidən çox kitabın müəllifiyəm. Respublika Gənclər Təşkilatı Mükafatı laureatıyam, respublikanın Əməkdar incəsənət xadimiyəm, Azərbaycan Yazıçılar İttifaqının katibiyəm.

- Uçdu Kərbəlaya xəyal ordumuz,

Keçdi ocağımız, söndü odumuz,

Yanıb nalə çəkdi muğamatımız.

Tellərin sonası düşdü hər yana,

Gətirin şairi Azərbaycana!

Füzuliyə həsr etdiyiniz "Gətirin şairi Azərbaycana" şeirindən klassik irsə münasibətiniz oxuculara məlumdur...

- Xalqımızın qüdrətli şairi Sabirə pərəstiş edirəm. Kiçik oğluma isə Müşfiqin adını vermişəm.

- Cabir müəllim, oxucularınıza, öz həmyerlilərinizə ürək sözləriniz...

- Qızılburuna gələndə, onun simasını, mənə doğma əziz adamları görəndə, tanış üfüqlərə, təpələrə, yollara baxanda, öyrəndiyim abu-havanı udanda elə bil ki, ilk gənclik illərimə qayıdıram, elə bil təzədən cavanlaşıram və dünyada doğmalıq duyğusunun, hissinin nə qədər əbədi olduğuna bir daha inanıram. Bir daha inanıram ki, doğmalar həmişə adamın arxasında dağlar kimi dururlar. Mən bu doğmalığı uzaq ölkələrdə olanda daha çox hiss etmişəm. Yaşasın əziz, mehriban, qəlbimə həmdəm yerlər, yaşasın bu gün çox dəyişən və gözəlləşən Qızılburun, Cəfər Cabbarlını, Müşfiqi öz sinəsində heykəl kimi ucaldan bir yer, Siyəzən şəhəri!

lll

Cabir Novruz həm də nəğməkar şair idi. Sözlərinə neçə-neçə mahnılar bəstələnmişdi. Hər dəfə "Gözüm görə-görə qocalır anam"ı dinləyəndə qəhərlənir, gözlərimiz dolur, bağrımızın başı göynəyir, pəjmürdə olub haldan-hala düşürük.

İndi də efirdən Elmira Rəhimovanın lent yazılarındakı ifasında məhşur nəğmənin:

- Sızlar yada düşəndə ürəyimin telləri,

O mehriban, o əziz tələbəlik illəri...

- misralarını eşidəndə hələ də neçə-neçə gözlər dolub boşalır, ömrün o unudulmaz illərini xatırlaya-xatırlaya kövrəlib ah çəkir: "Ötən günə gün çatmaz, calasan da günü günə..."

lll

Bakının qara gözlü qızları,

Şirin dilli qızları,

Gözəldir Bakı qızları...

Xoş avazı, səsi oldu-olmadı, rayondan gələn tələbə oğlanlar bu mahnını dodaqaltı guya özləri üçün zümzümə edirmiş kimi qrup yoldaşları olan şəhərli qızların yanında oxuyur, onlarla zarafatlaşıb söz atardılar...

lll

"Bir ana qucağında bir körpə aparırdı..." adlı şeirini şair özü lövhə adlandırmışdı.

Yalçın Rzazadənin unudulmaz ifasında bu şeirin sözlərinə yazılmış nəğməyə qulaq asa-asa dinləyicilər həm də sanki mahir bir rəssamın fırçası tərəfindən yaradılan bir tabloya heyran-heyran baxırdılar.

Küçələrdən keçənlər

durub boylanırdılar,

Cavan qızlar, gəlinlər

gizlicə yanırdılar,

Göz qoyurdu qarılar

köks ötürüb dərindən,

Seyr edirdi uşaqlar,

seyr edirdi gəlinlər,

Bütün şəhər elə bil

bu lövhəyə dalırdı,

Bir ana qucağında

bir körpə aparırdı.

lll

Bütün görkəmli sənətkarlar kimi, Cabir Novruz da öz vətəninin böyük vətəndaşı idi.

Ötən əsrin hərc-mərcliyin hökm sürdüyü qarışıq 90-cı illərində, bir tərəfdən də havadarlarının şirnikləndirdiyi erməni qəsbkarlarının doğma torpaqlarımıza diş qıcadıqları ağır, çətin bir vaxtda vətəndaş şair narahat və nigarançılıqla, həyəcanla xalqına-oxucularına üz tutub hay-haray salmışdı:

Müqəddəs, ulu xalqım,

Gözümün nuru, xalqım...

Ən dəhşətli zamandır,

Özünü qoru, xalqım...

lll

Millət əzər, əzilər də,

Kaş millətdə ruh yaşasın...

Əyri qəddi düzələr də,

Kaş millətdə ruh yaşasın...

Xalqın ağrılı-acılı, məşəqqətli, çətin günlərində, demə, şair milləti öz dar sinəsindən çıxarıb cılız niyyətlərə düşənlərə üz tutub göynəyən ürəyini ovxalaya-ovxalaya əlindən yerə qoyduğu qələmi təzədən götürürdü:

- Bu millət vəzifə dəlisi imiş,

Şan-şöhrət "ölüsü", "rütbə" düşkünü,

Vəzifə çoxunun mərəzi imiş,

Həmi "qara" günü, həmi "xoş" günü...

Bu yanıqlı misraların müəllifinə şərik olan oxucuları da şairlə birgə köks ötürüb ah çəkirdilər:

- Cavan da, qoca da sevir tacü taxt,

Gəda da istəyir şah ola hətta...

Dava da qurtarar, qurtarmaz heç vaxt

Vəzifə davası bu məmləkətdə...

lll

Cabir Novruz indi hər yadıma düşəndə xatirələrdən üzü-gözü nurlanan, sonra çöhrəsinə o illərin xiffətinin kədəri, kövrəkliyi çökən bir şair gəlir gözlərim önünə.

Cabir Novruzla iş yerlərində - istər katiblərindən biri olduğu Azərbaycan Yazıçılar Birliyində, istərsə də sonralar baş redaktoru olduğu "Azərbaycan" jurnalında, "Ədəbiyyat qəzeti"ndə görüşərkən şair ilk əvvəl üzünü bizim tərəflərə sarı tutub uca bir səslə: "Bizim dağlar yerindəmi?" deyə məndən xəbər alar, sonra əl tutub görüşər, hal-əhval bilərdi...

lll

İndi aradan 25 ildən də çox vaxt keçib. İndi daha məndən o yerlərin qəribçiliyini, həsrətini çəkə-çəkə "Bizim dağlar yerindəmi?" soruşan yoxdur.

Amma yəqin ki, axirət günündə ilk görüşümüzdə yenə də məndən narahat-nigaran bir səslə xəbər alacaq:"Bizim dağlar yerindəmi?"

Elm sübut edib ki, demə, dağlar da qərar tutduqları yerlərindən bizim gözlə ayırd edə bilmədiyimiz bir tərzdə, şəkildə tərpənirlər...

Narahat-nigaran qalma, unudulmaz dostum! Xızı dağları öz yerlərindədir. Bir vaxtlar qoynunda gəzən övladları sarıdan o dağların ayrılıq həsrəti, nisgili-xiffəti də elə özləri qədər qəlbi imiş, uca imiş, ağır imiş..

lll

Hər dəfə Xızı dağlarına tərəf boylandıqca mənə elə gəlir ki, onlar da öz Cəfəri, Müşfiqi, Cabiri üçün yamanca darıxır. Başları üstündəki duman-çən köks ötürüb çəkdikləri ah, aramsız əsən küləklərin qarışıq səsləri isə dilə gətirə bilmədikləri oxşamaları, ağılarıdır.

Dilə gələ bilsəydilər, yəqin ki, elə Cabir Novruzun öz misralarıyla haray çəkərdilər:

Ölüm, dad əlindən, aman,

Tanımırsan yaxşı, yaman...

...Əməlindən haray, ölüm.

Səni öləsən, ay ölüm!

Daşa dönəsən, ay ölüm!

lll

Doluxsuna-doluxsuna hərdən fikirləşirəm ki, görən Cabir Novruz son nəfəsində oğlanlarına (onların hər üçünə - Mirzəyə, Vüqara, Müşfiqə qəni-qəni rəhmətlər), yastığının dibini kəsdirmiş doğmalarına-yaxınlarına vəsiyyət edə bilibmi, edibsə, nələr deyib? İndi bunu kimdən soruşasan...

Ancaq... Bəlkə də şair son nəfəsi gedib gələ-gələ çoxminli oxucularına vəsiyyətini ürəyində pıçıldayıb:

Şeirlə yasımı saxlayın,

Şeirlə tapşırın torpağa...

Mən sözdən xəzinə topladım,

Axirət günümə qoymağa...

Axirətdəki yerin rahat olsun! Rahat uyu, xeyirxah insan, gözəl şair, unudulmaz dost!

Sentyabr, 2024

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri