Icma.az
close
up
RU
Bizim dağlar yerindədir

Bizim dağlar yerindədir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Kəndə çatdığım andan duyğularım dağlara sarı qanad çalır. Ürəyim də, gözüm də özümdən qabaq dağlara çatır. Gözəldağın gözəlliyi göz oxşayır. Dağlar qoynundakı səngərli, ləngərli Faxralı kəndi elə vüqarlı görünür ki!.. Deyirəm nə yaxşı, bizim dağlar yerindədir.

Amma düz ilqarlı, məğrur kəndimin köksündə vüqarlı həsrət də, könül göynədən pərişanlıq da yox deyildir. Çox da ki, otu bitir, suyu axır. Otbiçən oğullar şəhərdədir, ya hardadır? Ağsaqqalların, ağbirçəklərin isə gözləri yollarda, könülləri intizardadır.

Kim gözlədi, kim unutdu,
Kim bu dərdi xəbər aldı?
Oğulları dava uddu,
Nəvələri şəhər aldı.
Ağ saçları dərd eləmə
Yaşıl-yaşıl otlar varsa,
Göyü tutub dövrələmə.
Ağlayan buludlar varsa,
Ağlama, Bənövşə nənə.
Yazırsan, gözüm yoldadı,
Yazırsan boynum bükülü.
Ot biçən əllər hardadı,
Otlar saralır, tökülür...

Ana kəndimin çağdaş mənzərəsinin gerçək görüntüsü bu şeirdəki kimidir. Kənddə güzəranını mal-qaranın ağartısı ilə quranlar yaylaqlarda, ruzisini torpağı əkib-becərməkdə tapanlar isə aranda olur. Kənd adamının əli işdən, ayağı yerişdən qalmır. Əgər belə olmasa, aranda tutdan, dağda qurutdan olar.

Şairin sözünə qüvvət, torpaqla ortaq olan zəhmət adamları ilə görüşəndə əli əl isidir, qanı qan çəkir. Torpaq adamının içi qabar, üstü damar əllərindən əlimi çəkəndə qabarsız əllərimdən utandım. Əmimoğlu, uşaqlıq dostum Qara sovetlər dövründə Faxralı sovxozunun aparıcı mütəxəssislərindən olub. Sovxoz dağıldıqdan sonra nə doğma el-obadan, nə də torpaqdan ayrılıb. Öz alın təri ilə qazandığı halal nemətlə yaşayır. Kərənti götürüb ot biçir, torpaqda əkdiyini əkir, becərir, sahələri suvarır. Mexanizator Əhməd də öz dəmir atını kənddə qoyub şəhərə üz tutmayıb. Bir ayağı dağda, biri arandadır. Dağı arana, aranı dağa daşıyır. Durnaları yola salandan sonra dağdan arana köçür. Elə onun aran köçü, dağ köçü də durna qatarına bənzəyir.

Kəndin cavan icra nümayəndəsi Novruz Ayvazov el-obasının qayğılarının içində sözünü-söhbətini nikbin notlar üzərində kökləyir. Kənd üçün gözəl təşəbbüslərlə çıxış edib və ümidləri doğruldub. Onun atası, rəhmətlik Şərif həkimin yüksək insani keyfiyyətlərinə hələ uşaqlıq illərindən bələd idim. Novruz da Şərif həkimin öyüd-nəsihətləri ilə böyüyüb. El üçün çalışdığı hər halından bəllidir.

Kəndin işığı, qazı, fasiləsiz gələn içməli suyu var. Amma kəndin sabahı naminə onu düşündürən incə mətləb və zərif məqamların ortağı, dayağı da lazımdır. Kəndin taleyi ilə bağlı məsələlərdə, xüsusilə Rusiyada yaşayan və işləyən eloğlular xüsusi həssaslıq göstərirlər. Bu kəndin çörəyi, suyu ilə böyüyüb kənddən qıraqda yaşayan digər maddi imkan sahibləri də bir az el-oba qayğıları ilə yaşasalar, yaxşı olar. İmkanları özlərinə qismət olsun. Gərək imkanlıdan imkansıza da pay düşsün.

Kəndə yol saldıran, su çəkdirən, körpü tikdirən kişilərin ad-sanını tarix yaşadır. İnsan özünün qurub yaratdığı işlərində yaşayır. Belə insanların ürəklərdə xatirəyə dönən əməlləri gələcək nəsilləri də daim xeyirxahlığa səsləyir. Ürəyində Vətən, yurd, el- oba sevgisi olan digər yurddaşlarımızın da yeni təşəbbüsdə bulunacağına, kəndin qayğılarına daha da həssaslıqla yanaşacaqlarına çox inanıram.

Qismətimizdə ana kəndimizin həsrəti ilə yaşamaq da varmış. Gürcüstanla sərhəddə quru yolların bağlanması həsrətimizi bir az da artırıb. Beş-altı ildir bu həsrət bizi izləyir. Ümid edirik ki, çox çəkməz, quru yollar açılar, ürəyimizdəki həsrətin alovu da öləziyər. Məlum həsrətə görə, məni kəndimizdən dadlı xatirələr ayırır.

Bir neçə il bundan əvvəl uşaqlıq dostum Qara Gülməmmədov məni başı dumanlı, səfalı dağlarımıza qonaq aparmışdı. Yaylaq yerlərimizin gözü sayılan, dumanlı dağlarımızın başı üstündə qartal kimi qıy vuran Xramı sanki ilk dəfə görürdüm. Heç mahir rəssamların fırçası da bu sehri yarada bilməz. Ömrümdə bu boyda gül dənizi görməmişdim.

Xram Ehramın təhrifə uğramış adıdır. Gül Ehramı, çiçək Ehramı! Gözümüzü, könlümüzü nura bələyən ahəng, ülviyyət. Güllər adamın, adam da güllərin üzündən öpür.

Bizim dağların sehrindən sirri dərindir. Bilən varmı divsizin dağları nəvaxtdan doğram-doğram olub, yastıq-yastıq çınqıla dönüb?! Təbiət alimlərinin güzarını burdan salması doğrudanmı hünər istəyir?! Hansı memar daşlara bu cür can verə bilər? Hansı fotoda danışan daşların ruhunu beləcə hiss etmək olar? Mümkünsüzdür!

Daşların sinəsindən cənnət çiçəklərinin cığır açdığını heç yerdə görməmişdim. Beş addım o yanda dizə çıxan tala-tala qar idi. Beş addım bu yanda dağ çiçəkləri ilə bəzənmiş bahar idi. Gözüdolusu görsün, dostum Qara Gülməmmədov. Könlümün, gözümün sevinməsinə vəsilə oldu. O, kəndimizin dəyərli oğludur. Bolnisi rayonunda böyük nüfuz sahibidir. Bizim dağların hər qarışına bələddir. Məni yaylaq adamlarının binələrinə qonaq apardı. Çobanların dəyəsində gecələyəndə onların dağlar qoynundakı eşqi sönməz həyatına heyran oldum.

Qaranın rəhmətlik atası Yasin Qara oğlu nə az, nə çox, düz 60 il o dağların Xançobanı olub. Elimizin şair oğlu Məmmədəli Yusif də o dağ qartalının şərəfinə qələm götürüb belə yazıb:

Salam dağlar oğlu Yasin lələmə,
Mərd Şeşəpapaqlar Faxralıdadır.
Yeyək çoban dəyəsində dələmə,
Gülüzlü qaymaqlar Faxralıdadır.

Yasin Qara oğlundan sonra onun oylaqlarında Çoban Camal və Almaz kimi dağlara keşik çəkən qurd ürəkli oğullar var:

Güləndə dağların günəş camalı,
Yayılır yamaca sürüsü, malı.
Dağlar balasıdır Veylər Camalı,
Tərlanlar oylağı Faxralıdadır.

...Quzu mələrtisi dağları başına götürmüşdü. Qoyun quzuya qarışanda çoban Almaz kiçik yaşlı oğlanları Ayvazı və Niyazalını səslədi. Bir göz qırpımında qoyunu quzudan ayırdılar. Tuncay və Gəncay kimi kişiqırıqları da dağda-daşda nəğmə oxuya-oxuya kəklik kimi səkirdilər. Onların səsi, nəğməsi quşların səsinə qarışmışdı. Elə bil, könülləri şikəstə üstündə köklənmişdi. O səs hələ də qulaqlarımdadır...

Həzi HƏSƏNLİ,
şair-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see342

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see304

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see294

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see281

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see280

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see264

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see252

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see251

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see247

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see240

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see237

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see236

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see236

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see228

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see224

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see223

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see193

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see190

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri