Icma.az
close
up
RU
525ci qəzet Sürətlə dəyişən dünyamız və bizim missiyamız

525ci qəzet Sürətlə dəyişən dünyamız və bizim missiyamız

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Asif BƏKİRLİ
Əməkdar mühəndis, Beynəlxalq sertifikatlı auditor, peşəkar kouç

Texnoloji tərəqqinin müsbət və mənfi yönlərinin balanslaşdırılması cəmiyyətin davamlı inkişafı baxımından olduqca zəruri və aktualdır. Bir çox fərqli amillər səbəbindən hazırda baş verən və gələcəkdə başvermə ehtimalı olan müxtəlif proseslər zamanı mümkün risklərin düzgün idarə edilməsi yolu ilə bu günün və gələcəyin texnologiyalarının törədəcəyi zərərlərin minimuma endirilməsinə, faydalarının isə maksimum həddə çadırılmasına nail ola bilərik.

Biz istəsək də, istəməsək də, dünyamız daim dəyişir, həm də dayanmaq bilmədən, böyük sürətlə dəyişir. Bir yandan da, dəyişən təkcə dünyamız deyil - dünya ilə bərabər, bu dünyanı dəyişən insanlar özləri də dəyişirlər. Texnoloji, ekoloji, iqtisadi və sosial sahələrdə baş verən, çoxşaxəli istiqamətləri əhatə edən, bir-biri ilə qarşılıqlı təsirə malik dəyişikliklər, analoji qaydada, mədəni münasibətlərdən qaynaqlanan insani dəyərlərin, etik davranış və normaların dəyişməsinə də səbəb olur. Bu proseslərdə ən çox dəyişən isə həyatımızın bütün sahələrinə nüfuz edərək digər dəyişikliklərə yol açan texnoloji inkişafdır. Bu mənada texnoloji tərəqqinin müsbət və mənfi yönlərinin balanslaşdırılması cəmiyyətin davamlı inkişafı nöqteyi-nəzərindən olduqca zəruri və aktualdır. Bir çox fərqli amillər səbəbindən həm dövrümüzdə baş verən, həm də gələcəkdə başvermə ehtimalı olan müxtəlif proseslər zamanı mümkün risklərin düzgün idarə edilməsi yolu ilə bugünün və gələcəyin texnologiyalarının törədəcəyi zərərlərin  minimuma endirilməsinə, faydalarının isə maksimum həddə çadırılmasına nail ola bilərik.

Texnoloji inkişaf fərdi qaydada yeni uğurların qazanılmasına və biznes mühitinin daha rəqabətədavamlı, əhəmiyyətli nailiyyətlərə yönəlmiş templə inkişafına ciddi stimul verir. Texnologiyaların tətbiqi ilə bir çox proseslərin avtomatlaşdırılması əməliyyatların insan müdaxiləsi olmadan daha sürətli və səmərəli şəkildə icrasına, ən başlıcası, məhsulun keyfiyyətli şəkildə və təhlükəsiz qaydada istehsalının təmin edilməsinə imkan yaradır. Texnoloji nailiyyətlər hər bir müəssisə və qurum üçün önəmli olan data analizinin daha sürətlə, daha dəqiqliklə, daha geniş miqyasda aparılması və strateji qərarların qəbulu baxımından böyük əhəmiyyət daşıyır. Yeni texnologiyaların ərsəyə gətirdiyi rəqəmsal və mobil cihazlar vasitəsilə müxtəlif məkanlarda çalışan işçilər arasında səmərəli əlaqələrin qurulması sayəsində əməliyyatların daha məhsuldar səviyyədə icrası təmin olunur. Bu tipli fəaliyyətlərin həyata keçirilməsində ən əsas və ən dəyərli resurs olan işçi qüvvəsinin onlayn təlimlərdən yararlanaraq öz bacarıq və səriştələrini artırmaq imkanı qazanmaları da müsbət amillər sırasındadır. Bir sözlə, texnologiyanın tərəqqisi insanlara bütün fəaliyyət sferalarında daha səmərəli və məhsuldar olmaq, tələblərə daha çevik cavab vermək imkanı qazandırır.

Texnologiyanın inkişafı təkcə iş həyatında deyil, təhsil sistemində - zaman və məkandan asılı olmayaraq tələbələrin dərslərdə iştirakına, həmçinin müxtəlif fəaliyyət sahələrdində - alış-verişdən və digər xidmətlərdən daha səmərəli qaydada istifadəyə də əlverişli şərait yaradır. Bir neçə il öncə bütün dünyanın yaşadığı kabusu - koronavirus pandemiyası dönəmini xatırlayaq: texnoloji imkanların köməyi ilə onlayn platformalardan yararlanaraq işçilər məsafədən çalışmaq, tələbə və şagirdlər təhsillərini davam etdirmək imkanı qazandılar, rəqəmsal imza xidmətindən bəhrələnməklə zəruri sənədlərin imzalanması prosesləri sürətlə həyata keçirildi və bütün bunlar çətin bir dönəmdə sabitliyi, məhsuldarlığı və səmərəliliyi qoruyub saxlamağa yardımçı oldu.

Müasir texnologiyaların tətbiqinin terrorizm və cinayətkarlıq kimi bəşəri problemlərə qarşı mübarizədəki rolunu da xüsusilə vurğulamağa ehtiyac var. Bu zaman önləyici tədbirlərin görülməsi nəticəsində bir çox faciələrin qarşısının alınmasının mümkünlüyünü xüsusilə qeyd etməliyik.

Texnologiyanın inkişafının yuxarıda sadaladığımız bir çox müsbət məqamları ilə yanaşı, şübhəsiz ki, mənfi tərəflərinin də olması qaçılmaz və təbiidir.

Texnoloji tərəqqi bütün fəaliyyət sahələrində insan əməyindən istifadəni azaldaraq, işsizliyin artmasına, cəmiyyətdə sosial fərqlərin yaranmasına səbəb olur. İşsizlərin maddi vəziyyətlə bağlı, digər çalışanların isə texnoloji avadanlıq və məhsullardan istifadə nəticəsində formalaşan yeni həyat tərzi onlarda sağlamlıq problemləri ilə üzləşmək riski ortaya çıxarır.

Bundan əlavə, texnoloji yeniliklərin sərhədsiz imkanlarından yararlanan kibercinayətkarların müdaxiləsi ilə insanların şəxsi məlumatlarının, şirkət və müəssisələrin kommersiya sirlərinin qorunub saxlanılmasında da risklərin yaranması gözləniləndir.

Böyük vüsət alan texnoloji inkişaf prosesində milli-mədəni dəyərlərin tamamilə dəyişməsi, bəzi hallarda hətta itirilməsi halları da müşahidə oluna bilər.

Texnoloji inkişafın törədə biləcəyi başlıca fəsadlardan biri də, şübhəsiz, ekoloji məsələlərlə bağlıdır. Hətta artıq bu fəsadlar özünü büruzə verməyə də başlayıb. Dünyada müşahidə olunan böyük texnoloji inqilabın ekologiyaya və ətraf mühitə təsirləri zaman-zaman daha qabarıq şəkildə özünü göstərməkdədir. Elektron avadanlıq və cihazların, enerji resurslarının izafi istifadəsi ilə təbiətə atılan təhlükəli tullantılar ətraf mühitin çirklənməsinə və nəticədə qlobal iqlim dəyişikliyinə yol açmaqdadır. Uzağa getməyək, iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə dünya ölkələrinin bir araya gəldiyi platforma - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının ötən ay Bakıda keçirilən 29-cu sessiyası (COP29) iqlim maliyyəsi, karbon bazarları və emissiyaların azaldılması istiqamətində fəaliyyətlərlə yanaşı, dayanıqlı rəqəmsal təcrübələrin təşviqi, enerji istifadəsinin sülh və təhlükəsizliklə əlaqələndirilməsi, eləcə də yaşıl innovasiyalara sərmayələrin artırılması ilə inkişaf etməkdə olan ölkələrə dəstək verilməsi kimi aktual məsələləri də özündə ehtiva edirdi.

Beləliklə, əvvəldə də qeyd etdiyimiz kimi, texnologiyanın inkişafı ilə bu gün baş verən və gələcəkdə baş verə biləcək proseslərdə mümkün riskləri düzgün idarə etməklə müsbət təsirlərdən maksimum faydalanmağa, mənfi təsirləri minimuma endirməyə çalışmaq birbaşa insana bağlı proseslərdir. Bunun üçün isə başlıca şərt dürüst qanunvericilik, qabaqcıl təhsil və münasib insan resurslarıdır. Həm indiki, həm də gələcək istifadəçilərin texnologiyalarla doğru-düzgün rəftarı ilə bağlı maarifləndirmə işlərinin təşkili və təmini həddindən artıq zəruridir. İnsanların hüquqlarının bütün sferalarda qorunması üçün müvafiq strategiyaların hazırlanması, qanunvericilikdə və məlumatların mühafizəsini təmin edən normativ aktlarda kibertəhlükəsizlik və məxfilik məsələlərini tənzimləyən müvafiq standartların müəyyənləşdirilməsi prioritet məsələlərdəndir.

Sürətli inkişaf müxtəlif sahələrdə liderlik və idarəetmə bacarıqlarının artırılması vacibliyini də önə çıxarır, müasir texnologiyalarla davrana bilən peşəkar, səriştəli kadr və mütəxəssislərə tələbatı daha da aktuallaşdırır. Yaranan təhlükələrin düzgün idarə edilməsinə yalnız informasiya texnologiyaları və proqramlaşdırma, verilənlərin toplanması, analizi və interpretasiyası bacarığını, məlumatların qorunması, kibertəhlükəsizlik risklərini anlamaq və müdafiə strategiyalarını tətbiq etmək səriştəsini mənimsəməklə, məlumatların mühafizəsi, kreativ yanaşmalar, yaradıcı düşüncə, komanda işi, etik prinsiplərə müvafiq qərarlar vermək, resurslardan düzgün yararlanmaq, dəyişən texnoloji mühitə uyğunlaşmaq, gələcək trendləri proqnozlaşdırmaq və mükəmməl strateji planlar hazırlamaq, insan resurslarını effektiv idarə etmək kimi vərdişlərə yiyələnmək və texnoloji yeniliklərdən maksimum dərəcədə faydalanmaqla nail olmaq mümkündür. Zənnimcə, istənilən zaman kəsiyində digər bütün resursları idarə edən və ən dəyərli resurs olan insanların özlərinin də doğru-düzgün idarə olunması liderlərin yuxarıda sadaladığımız funksional səriştə və təcrübələrindən çox, onların davranış səriştəsindən və fərdi keyfiyyətlərindən asılıdır. Bu üstünlüklər həmin liderlərin həm öz komandaları, həm də bütövlükdə cəmiyyət qarşısında məsuliyyətini əks etdirir. Liderlər öz vətəndaşlıq borclarını, vətənə sevgilərini əməli fəaliyyətləri ilə təsdiqləməklə, milli maraqların qorunması və cəmiyyətin rifahı naminə çalışmalı, milli resurslardan və insan potensialından peşəkarcasına yararlanmalı, öz missiyalarını ədalətlə, qayğıkeş davranışla, dürüstcəsinə və şərəflə yerinə yetirməlidirlər. Bir fərd bu liderlik mərtəbəsinə dövlət siyasətini, təmsil etdiyi təşkilatın dəyərlərini sözdə yox, əməldə qorumaqla, tutduğu vəzifəni mənəvi prinsiplərə uyğun, vicdanla icra etməklə, öz etikası və mədəniyyəti ilə digər işçilərə nümunə olmaqla yüksələ bilər. Bütün bunlar bir liderin öz insanlıq missiyasının icrasından əlavə, həm də tabeliyndəki işçi heyətin motivasiyasını və məmnuniyyətini artırmaqla daha ədalətli və səmərəli iş mühitinin formalaşmasını təmin etmiş olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see220

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see170

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see137

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see127

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see121

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see114

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see113

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri