Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

525ci qəzet Bizim dağlar yerindəmi?!

525ci qəzet Bizim dağlar yerindəmi?!

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri

İndi neçə illərdir ki, hər görüşümüzdə daha

məndən Xızı dağlarını xəbər alan yoxdur...

...O gün elə bil saatın əqrəbləri yerində donub qalmışdı, gecə keçmirdi. Bəlkə də yuxum qaçdığından idi... Əlimə aldığım kitablar da, vərəqlədiyim səhifələr də yatmaq istəsəm də, məni yorub "qaçan yuxumu" qaytara bilmirdi.

Kitablardan bezib radionu açdım. Kanalları bir-bir tutmağa başladım. Qəmli-hüznlü bir ifa:

Yavaş-yavaş gecə keçər,

Heç bilmirəm necə keçər.

Səni durub düşündükcə

Qoşun çəkər xatirələr...

Şirin günlər, şirin çağlar

Bir-bir gəlib düşər yada,

Ürək deyər: ayrılığın

Üzü dönsün bu dünyada.

Qəfil qonaq, sən demə, heç də təkcə gözləmədiyin bir vaxtda, məqamda anidən qapını döyüb taqqıldadanlar deyilmiş. Xatirələr də elə qəfil qonaq kimidirlər. İndi gəl bu "qoşunun" qabağında duruş gətirib dur... Məmmədbağırın yanıqlı səsi məni yerimdən eləmişdi. Həmin gecə bu ifaya qulaq asa-asa "üzü dönmüş ayrılıq" bu nisgilli-xiffətli, qəmli misraların müəllifini, sevimli şairimiz, unudulmaz dostum Cabir Novruzu bir daha yadıma saldı. "Qoşun çəkdi xatirələr..."

lll

Bir arzum var, ay adamlar, qoyun deyim,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara.

lll

İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,

Bir an ömrü

milyon qızıl ölüm gələ, dəyişmərəm...

Diri üçün iynə boyda hörməti mən

Ölü üçün min heykələ dəyişmərəm...

"Sağlığında qiymət verin insanlara!" - hay-harayı ilə adamlara üz tutan Cabir Novruz elə sağlığında layiqli qiymətini almış az sayda sənətkarlardan idi.

Əməkdar incəsənət xadimi, Xalq şairi idi. Millət ona etimad göstərib öz vəkili seçmişdi. Cabir Novruz bir çağırış Milli Məclisin üzvü idi.

"Şair misrasına oxşasın gərək" deyən Cabir Novruz da elə öz misralarına oxşayırdı.

Şair misrasına oxşaya gərək,

Misrası səslənə məramı kimi,

Bütün əsrlərdə yaşaya gərək,

Həyatı şerinin davamı kimi,

Şeri həyatının davamı kimi...

Və Cabir Novruz da elə öz misralarına oxşayırdı - misraları kimi sadə idi, duru idi, isti idi, kövrək və səmimi idi...

Vətənə, el-obaya, insanlara məhəbbət məramlı misraları da şairin özünə oxşayırdı...

lll

Şairin haylı-haraylı "Tələsin, insanlar" şeirindəki:

Səs salın səmaya, suya, torpağa,

Bu yola çağırın nəsilləri də,

Tələsin, adamlar, əldən tutmağa,

Fəqət ev yıxmaqda qalın geridə.

- misraları soyuq qəlbli neçəmizi diksindirib yerindən eləmişdi, dərindən düşünə-düşünə ölçüb biçməyə vadar etmişdi.

Tələsin yaxşılıq daşımağa siz,

Onun yollarını tutub kəsməyin,

Tələsin ömr edib, yaşamağa siz,

Ölməyə, ölməyə çox tələsməyin...

...Ömrü boyu insanları "əldən tutmağa, yaxşılıq etməyə tələsin" deyən, xeyirxah işlər görməyə elə özü də tələsən, ölməyəsə tələsməməyi arzulayıb, tövsiyə edən Cabir Novruz özü isə ölümə tələsdi...

Ömrünün 69-cu ilində haqq dünyasına qovuşdu.

lll

Cabir Novruz bir şair kimi misralarının üstündə ən doğması, əzizi, ən qiymətli xəzinəsi, sərvəti kimi əsim-əsim əsirdi:

Misralarım, sözlərim,

ən mehriban kəslərim...

Doğma torpağım qədər

Doğmam, müqəddəslərim...

Şair həm də arxayın idi. İnanırdı ki:

Məndən xatirə kimi

qalarsınız, bəsimdir.

Ölüm belə bacarmaz

Hətta sizi öldürə!

Yoxdur elə bir qüvvə,

Şeri, sözü öldürə!

Kitabları əllərdə, şeirləri dillərdə gəzirdi. Sözlərinə yazılmış "Həyat, sən nə qəribəsən", "Tələsin, insanlar!", "Cavanlığım", "Məhəbbət", "Ayrılıq olmayaydı", "Tələbəlik illəri", "Dünya bir nəğmə idi", "Gözüm görə-görə qocalır anam", "Bir ana qucağında bir körpə aparırdı...", "Bulaq suyu, dağ havası", "Duyğularım", "Əlvida"... kimi nəğmələri isə dodaqlarda dolaşırdı...

lll

Aradan keçən illərin uzaqlığında böyük dostumla, şair Cabir Novruzla ilk görüşümü xatırlayıram.

Siyəzənlilər öz həmyerliləri ilə - anadan olmasının 50 illik yubleyini onlarla keçirən Cabir Novruzla görüşə gəlmişdilər.

Onda 1983-cü ilin güllü-çiçəkli bir yaz günü idi. Siyəzən şəhər Mikayıl Müşfiq adına orta məktəbin təşəbbüsü ilə neftçilərin mədəniyyət sarayında toplaşan oxucuları Cabir Novruzun anadan olmasının 50 illik yubiley tədbirinə toplaşmışdılar. Şair bu tədbirə öz qələm dostları - Ağasəfa və Hafiz Baxışla birgə gəlmişdi.

Çıxışçılar bir-birini əvəz edib şairə öz ürək sözlərini çatdırır, musiqi nömrələri bir-birini əvəz edirdi. Onsuz da kövrək olan Cabir Novruz daha da mütəəssir olmuşdu. Axır ki, söz yubilyara veriləndə, çıxışına başlayanda indiyəcən neçə-neçə belə tədbirlər görmüş şairin bu dəfə səsi titrəyirdi. Tədbirin keçirildiyi sarayın açıq pəncərələrindən içəri sərin meh dolurdu. Şairi kövrəldən bəlkə də elə o meh idi, axı, o meh doğulub boya-başa çatdığı Xızı dağları tərəfindən əsirdi...

Hər dəfə görüşlərimizdə şahidi olurdum ki, şairin yaddaşında bizim bölgə ilə bağlı neçə-neçə isti, kövrək xatirələr yaşayır...

Gənclik illərində qarlı-şaxtalı bir qış günü yük maşınının açıq banında həmyaşıdları ilə o zaman Siyəzən rayonunun mərkəzi olan Qızılburun qəsəbəsinə şagird yoldaşları ilə yaşadığı Giləzi kəndindən necə gəldikləri, burada komsomola qəbul olunduqları gün haqqında danışanda elə kövrəlirdi ki, elə bil bütün bunlar dünən olmuşdu.

lll

Həmin gün rəsmi tədbirdən sonra məktəbin direktoru, respublikamızda o illərdə tanınmış pedoqoqlardan biri olan mərhum İxtiyar Niftəliyev qonaqların şərəfinə xudmani bir süfrə açdırmışdı. Köhnə dostum ziyafət məclisinə məni də dəvət edərək təkidlə əvvəlcədən tamadalığı da boynuma qoymuşdu. Necə deyərlər, dil-dil ötən sinədəftər vaxtlarım idi. Dost məclislərində oturub durduqlarım xahiş-minnətlə adətən masabəyliyini mənə həvalə edirdilər.

Ancaq indi tanınmış, adlı-sanlı qonaqların - söz sərraflarının iştirak etdiyi bir məclisdə masabəylik etmək məsuliyyətli, ağır yük idi.

Əlbəttə, həyəcanlı idim. Əllərində dolu badələri hazır tutmuş məclis əhli deyəcəyim sağlığı gözləyirdi. Təbii ki, o vaxt dediklərimi təfsilatı ilə xatırlamasam da məzmunu hələ də yadımdadır.

...Sözümə uzaqdan başlamışdım.

...Öz yeraltı, yerüstü sərvətləri ilə çox zəngin olan bir məmləkətdə onları üzə çıxarıb hasil etmək üçün yerli kadrları yoxdursa, bu, faciə deyil. Dövlət müqavilə bağlayıb başqa ölkələrdən mütəxəssislər gətirdə bilər. Ehtiyac olan digər sahələrin mütəxəssislərini də ödənilən pulun müqabilində dəvət etmək olar.

Lakin xalqın qəlbindən-ürəyindən keçənləri, hiss və duyğularını sözə çevirməyə, tərənnüm etməyə maddi vəsait hesabına əcnəbi ölkədən qələm adamı dəvət etmək mümkün deyil. Hər bir xalqın şairi, yazıçısı öz içindən, öz aralarından çıxmalıdır! Bu gün şərəfinə açılmış məclisin səbəbkarı Cabir Novruz da belə sənətkarlarımızdandır.

Dediyim tost alqışlarla qarşılandı. Məclis əhli badələri sevimli şairimizin sağlığına nuşcanlıqla içdi.

Sözlərim, deyəsən, Cabir Novruzun da xoşuna gəlmişdi.

Uzun illər boyu davam edən yaxınlığımız-ülfətimiz də aramızda, xeyli yaş fərqi olsa da, o gündən beləcə başladı.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see325

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see234

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see229

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see227

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see214

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see212

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see209

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see208

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see207

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see207

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see205

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see205

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see202

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see201

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see199

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see199

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see181

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see178

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see178

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri