Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525ci qəzet Bizim yaşıl dünyamız Mustafa Çəmənli yazır

525ci qəzet Bizim yaşıl dünyamız Mustafa Çəmənli yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mustafa ÇƏMƏNLİ

Vətənimiz Azərbaycanın rəngarəng, füsunkar təbiəti var. Min illər boyu əcdadlarımız şimallı-cənublu Azərbaycanımızın başı buludlarla öpüşən uca dağlarını, yastı təpələrini, dibi görünməyən dərələrini, yabanı çiçəklərlə bəzənmiş biçənəklərini seyr edib, qoynunda kəndlər, obalar, şəhərlər salıb, oğul evləndirib, qız köçürüb, ömrü boyu doğma təbiətlə iç-içə, təmasda, ünsiyyətdə olub, onu seyr etdikcə gözü-könlü dincəlib. İldırımın çaxmasından, göyün sinəsini qamçılayan şimşəkdən, göy qurşağından, şıdırğı yağan yağışdan, doludan, çaylarında şütəyən balıqlardan, yaşılbaş ördəklərdən, qaqqıldaşan kəkliklərdən, oxuyan turaclardan, göy üzündə süzən qartaldan zövq alıb.

Ata-babalarımız yurdumuzun dağına, dərəsinə, gədiklərinə, yaylaqlarına, biçənəklərinə, düzlərinə, çaylarına, göllərinə, bulaqlarına bir-birindən gözəl, bir-birindən qəşəng ad qoyublar, vəsf ediblər. Murova, Dəlidağa, Qırxqıza, Mıxtökənə, Kəpəzə, Beşikliyə, Babadağa, Bazardüzünə, Şahdağa, Tufandağa, Talış, Xızı dağlarına, Savalana... üz tutanda ürəkləri atlanıb, sevincləri aşıb-daşıb. Kürə Dəli Kür, Araza Xan Araz deyiblər. Çaylarında çimib, diz çöküb bulaqların gözündən içiblər. Yaradanımız xalqımıza Kəlbəcər, Laçın, Zəngilan, Xocavənd, Ağdərə, Topxana, Talıstan, Kürqırağı Tüqay, Soltanbud kimi meşələr, İstisu, Turşsu, Badamlı, Sirab, Mor-mor kimi şəfalı sular bəxş edibdir.

Ulu ozanlarımız, aşıqlarımız, ustad şairlərimiz yurdumuzun gözəlliklərindən vəcdə gələrək dağlarımızı, çaylarımızı, göllərimizi, meşələrimizi, laləli-çiçəkli düzlərimizi zaman-zaman vəsf ediblər. Rəssamlarımız, xüsusən Səttar Bəhlulzadə Azərbaycan təbiətinin gözəl mənzərələrini kətana köçürüblər. Şairlərimizin könül çırpıntıları olan bu şeirlər oxucuları təbiəti sevməyə, onu yanğınlardan, fürsətcil insanlardan, meşələrə qənim kəsilənlərdən qorumağa çağırır. Budur, dahi Nizami Gəncəvi əlimizdən tutub bizi qədim Bərdəyə aparır:

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir.

İyulda dağlara lalələr səpər,

Qışını baharın nəsimi öpər.

O yaşıl meşəsi cənnətə bənzər,

Şən ətəklərinə bağlamış kövsər.

Şair-hökmdar Şah İsmayıl Xətai də "Bahariyyə"sində bizi təbiətin oyanışını görməyə çağırır. Hökmdar şairin 500 il bundan öncəki bahar ovqatı bu gün də ruhumuzla həmahəng səslənir:

Qış getdi, yenə bahar gəldi,

Gül bitdivü və laləzar gəldi.

Quşlar qamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü.

XVI əsrdə yaşayıb-yaratmış Dirili Aşıq Qurbani yazın gəlişindən xəbər verən bənövşəni belə tərif edir:

Başına döndüyüm, ay qəşəng Pəri,

Adətdi, dərərlər yaz bənövşəni.

Ağ nazik əlinlə dər, dəstə bağla,

Tər buxaq altında düz bənövşəni.

Əlbəttə, yaşıl dünyamızı bizə sevdirən, həm də onun dağlarında, meşələrində ömür sürən maral, ceyran, cüyür, dağkeçisi, vəhşi heyvanları, kəkliyi, turacı, göyərçini, qartalı, quzğunu, ağacdələni, uzaq-uzaq ellərdən uçub gələn köçəri quşlar, həsrət simvolu olan durnalardır. Klassik şairlərimizdən Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin "Durnalar" şeirləri dillər əzbəridir. Qasım bəy Zakir şəxsi kədərini durnalara müraciətlə bölüşür, həm də bu köçəri quşu vəsf edərək bizə sevdirir:

Bir saat havada qanad saxlayın,

Rəhm edin didəmdə yaşa, durnalar!

Qatarlaşıb hansı yerdən gəlirsiz,

Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Soyuq qış fəslindən sonra baharın gəlişinə sevinməyən varmı?! Aşıq Abbas Tufarqanlı yazın gəlişini "Vaxtıdır" şeirində belə qarşılayıb:

Budur, gəldi bahar fəsli,

Dağların lala vaxtıdı.

Açılıbdı qızıl güllər,

Bülbülün bala vaxtıdı.

Aşıq Qurbaninin, Aşıq Abbas Tufarqanlının, Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Hüseyn Şəmkirlinin, Aşıq Şəmşirin, Aşıq Nabatın, Aşıq Hüseyn Cavanın, Aşıq Pənahın, şairlərdən Xurşidbanu Natəvanın, Mirzə Həsən Yüzbaşovun, Məmo bəy Məmainin, Abbas Səhhətin, Əhməd Cavadın, Cəffər Cabbarlının, Almaz İldırımın, Səməd Vurğunun, Süleyman Rüstəmin, Məhəmmədhüseyn Şəhriyarın, Mikayıl Müşfiqin, İslam Səfərlinin, Məmməd Arazın, Hüseyn Arifin, Nəbi Xəzrinin, Əli Kərimin, Xəlil Rza Ulutürkün, Musa Yaqubun, Şahmar Əkbərzadənin, Zəlimxan Yaqubun və başqa şairlərimizin yurdumuzun əsrarəngiz təbiətini vəsf edən şeirləri təkrarsız poeziya nümunələridir.

Radionun, televiziyanın olmadığı bir vaxtda məclislər, şənliklər yaraşığı olan el aşıqlarının dağları, çayları, bulaqları, ceyranı, cüyürü vəsf edən qoşmalar, gəraylılar oxuyaraq dinləyicilərini təbiəti sevməyə, onun keşiyində durmağa, Allahın bəxş etdiyi gözəlliklərin qədrini bilməyə çağırıblar. Minillik Azərbaycan poeziyasında bəs deyincə təbiət gözəlliklərini vəsf edən şeir nümunələri vardır. Dağlar qoynunda, Göyçə mahalında uzun bir ömür yaşamış Aşıq Ələsgərin aşağıdakı misraları hər zaman ruhumuzla həmahəng səsləşmirmi:

Xəstə üçün təpəsində qar olur,

Hər cür çiçək açır, laləzar olur,

Çeşməsindən abi-həyat car olur,

Dağıdır möhnəti, məlalı dağlar.

Bütün varlığı, milli ruhu ilə Vətəninə bağlı olan ölməz Səməd Vurğun "Azərbaycan" şeirində Azərbaycanın sözlə xəritəsini çəkibdir. Yəqin ki, Səməd Vurğunun bu ölməz əsərinin ən azı bir-iki bəndini bilməyən azərbaycanlı ola bilməz:

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana

Hey uçsam da, yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Bütün poetik ruhu ilə Azərbaycana bağlı olan Səməd Vurğun "Təbiət ilhama çağırır məni..." şeirində yazın gəlişini belə tərənnüm edibdir:

Yenə də yam-yaşıl geyinir dağlar,

Göz kimi durulur qaynar bulaqlar.

Əriyir güneylər döşündəki qar,

Yağış da isladır o göy çəməni,

Təbiət ilhama çağırır məni!

Azərbaycanın təbiətini çox sevən Xalq şairi Hüseyn Arif şeirlərin birində "Ən böyük anadır təbiət bizə" deyirdi. Cənublu soydaşımız Məhəmmədhüseyn Şəhriyar "Heydərbabaya salam" poemasında Heydərbaba dağına müraciət edərək qəlb çırpıntılarını dilə gətiribdir:

Heydərbaba, ildırımlar çaxanda,

Sellər, sular şaqqıldayıb axanda,

Qızlar ona səf bağlayıb baxanda,

Salam olsun şövkətizə, elizə,

Mənim də bir adım gəlsin dilizə.

Bizim doğulduğumuz məkanın, coğrafi ərazinin rəngimizə, ruhumuza, mənəvi dünyamıza, xarakterimizə təsirini yəqin ki, kimsə inkar etməz. "Aşıq gördüyünü çağırar" məsəli də təsadüfən yaranmayıb. Hər bir aşığın, şairin dünyaya ilk göz açıb gördüyü doğulduğu şəhərin, kəndin mənzərələri olur. Hər bir sənətkar gördüyü təbii mənzərədən ilham alaraq vəsf edir. Naxçıvanın Batabat gölünü görməyənlər İslam Səfərlinin vəsf etdiyi şeirində görüb sevir:

Bulaqların bir səmtədir axarı,

Salvartının xoş görünür baxarı,

Biçənəkdən at səyridib yuxarı,

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

Xalq şairi Nəbi Xəzri "Nar ağacı, nar çiçəyi" şeirində xatirələrini belə dilə gətirir:

Yenə qumlu sahil, yenə sərin bağ,

Yenə axşam düşüb meynəliklərə.

Burda sevgilimlə neçə il qabaq,

Bir nar çubuğunu basdırdıq yerə.

Ömrü boyu İsmayıllının Buynuz kəndindən ayrılmayan Musa Yaqub onu əhatə edən təbiətin gözəlliklərini vəsf etməkdən usanmazdı:

Burda hər meşənin min cür ağacı,

Burda hər ağacın yamyaşıl tacı.

Burda hər tac üstə sarmaşıq saçı,

Hər saçın küləkdən darağı vardır.

Zəlimxan Yaqubun "Bu yaşıl ağacın altı bizimdir" şeirini oxuyan hər kəs o ağacın kölgəsinə sığınmaq istər. Şair Şahmar Əkbərzadə məşhur "Mərkəzi poçtxana" şeirində kövşənliklərdəki bildirçinləri belə yad edir:

Bir quşam, mənimki gətirib belə,

Çıxmaz ürəyimdən Əppəkli dərə.

Həsrətim çatarmı görən poçt ilə

Qızıl kövşənlərdə bildirçinlərə?!

Allahın millət olaraq bizə bəxş etdiyi təbiətin bütün gözəlliyi, onun nemətləri insana məxsusdur.Təbiətimiz ancaq boz səhralardan, kol-kosdan ibarət olsaydı, mənəvi dünyamız çox yoxsul olardı. İnsan təbiətin bir parçasıdır, onu - bizi əhatə edən İlahi nemətdən uzaq təssəvür belə etmək olmaz. Ona görə də hər bir insan təbiətin qədrini bilməlidir, onun keşiyində durmalıdır. Dövlətimiz gələcək nəsillərə əmanət olaraq min hektar-larla ərazilərdə dövlət qoruqları yaradıb. Elə bir il olmaz ki, respublikanın ayrı-ayrı bölgələrində ağacəkmə kampaniyası həyata keçirilməsin. İşğal dövründə Qarabağın yerüstü və yeraltı sərvətlərinə, meşə fonduna faşist xislətli ermənilər qənim kəsilmişdi. İşğaldan azad edilmiş torpaqlarımızda bu gün Qarabağda təkcə evlər tikilib, təmir edilmir, həm də meşələr yenidən bərpa olunur. Yeni ağaclar, bəzək kolları əkilir, su hövzələri, anbarlar yaradılır. Biz heç bir zaman gözlənilməz iqlim dəyişikliklərini gözardına vurmamalıyıq, əksinə, daim diqqətdə saxlamalıyıq. Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubleyi münasibətilə bir gündə 650 min ağac əkildi.

Vaxtilə təbiətə qarşı dağıdıcı, etinasız münasibəti görərək dərin təəssüf hissi keçirən Ulu öndər Heydər Əliyev demişdi: "Mən 1993-cü ildə Bakıya gələndə bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir!"

Dahi Nizami Gəncəvi isə hələ səkkiz əsr bundan qabaq yazırdı:

Bir gün bar götürər ağac əkənlər,

Xəzinə aparar zəhmət çəkənlər.

8 iyul 2024-cü il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri