Icma.az
close
up
RU
525ci qəzet Böyük Yaxın Şərq: Gözləmə rejimi bitdi, dəyişikliklər mərhələsi başladı

525ci qəzet Böyük Yaxın Şərq: Gözləmə rejimi bitdi, dəyişikliklər mərhələsi başladı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Qazaxıstanın öz paytaxtını Suriyadakı vəziyyətin siyasi nizamlanması üzrə danışıqlar platforması kimi təklif etməsinin nəticəsində 2017-ci ilin yanvarında yaranan "Astana formatı"nın iştirakçıları Rusiya, Türkiyə və İranın Suriyada nail olduğu atəşkəsin Yaxın Şərqi sirkələyən "Ərəb baharı"na son qoyduğu düşünülsə də, əslində bölgədə keçid mərhələsi hesab oluna biləcək "gözləmə rejimi"ni yaratmışdı. "Gözləmə rejimi" keçid mərhələsi olduğu üçün uzun müddət davam edə bilməzdi və ona görə də "Astana formatı"nın iştirakçıları Suriyada atəşkəsi cəmi yeddi il qoruya bildilər.

İranın xarici işlər naziri Abbas Araqçı "Tasnim" agentliyinə açıqlamasında bildirib ki, Suriyadakı müxalif qrupların hücumu haqqında Tehranda məlumat olub və bu məlumatı Suriya hökuməti ilə bölüşüblər. Nüfuzlu "Reuters" agentliyinin məlumatına görə, dekabrın 8-də Dəməşqdə hakimiyyəti ələ keçirən silahlı qruplar genişmiqyaslı hücum təşkil etmək niyyətləri ilə bağlı Türkiyəni altı ay əvvəl xəbərdar ediblər. "Astana formatı"nda təmsil olunan iki ölkə - Türkiyə və İranın Suriyadakı silahlı qüvvələrinin hücuma hazırlaşdıqları haqqında məlumatlı olmaları halında Rusiyanın bilgisiz olması mümkün deyil. Belə olduğu halda Suriyada atəşkəsi təmin etməli olan "Astana formatı"nın bu missiyanın öhdəsindən gələ bilməməsi son illər baş verən geosiyasi dəyişikliklərin nəticəsidir. Ukraynaya qarşı müharibəyə başlamaqla beynəlxalq münasibətlərdən və qlobal iqtisadiyyatdan kənarlaşdırılan, 34 aylıq müharibədə nəhəng itkilər verən Rusiyanın "ikinci cəbhə"də hərbi əməliyyatlar aparmağa qadir olmaması, İsrailin HƏMAS və "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatları ilə İranın bölgədəki gücünü sarsıtması "Astana formatı"nın Suriyada atəşkəsi qorumasını mümkünsüz edirdi. "Astana formatı"nın ərəb ölkələrinin cəlb edilməsi ilə genişləndirilməsi fikirlərinin meydana çıxması da bu reallığın diktəsi olsa da, artıq gec idi. Məhz buna görə də, silahlı qrupların Suriya hökumət qüvvələrinə qarşı hücumlara başlamasından sonra Tehran və Moskvanın diplomatik cəhdləri heç bir nəticə vermədi.

"Astana formatı"nın öz missiyasının öhdəsindən gələ bilməməsi, Suriyada hökm sürən dərin iqtisadi böhran və silahlı qrupların "Gözləmə rejimi" müddətində güclərini artıraraq hökumətə qarşı çıxış etmək səviyyəsinə gəlməsi son günlər baş verən hadisələri qaçınılmaz edirdi. "Heyət Təhrir əş-Şam" terror təşkilatının öncülüyündə hərəkət edən silahlı qrupların qısa müddətdə uğur qazanaraq paytaxt Dəməşqi ələ keçirmələri və Ərəb Sosialist Bəəs Partiyasının 61 illik iqtidarına son qoyması da yuxarıda sadalanan şərtlərin yaratdığı vəziyyətdə mümkün ola bildi.

Suriyada 61 illik siyasi rejimin devrilməsinin təsirləri isə bütün bölgədə, hətta Böyük Yaxın Şərqin hər tərəfində hiss ediləcək. Məlum olduğu kimi, coğrafi baxımdan Böyük Yaxın Şərq Türkiyədən Sudana, Mərakeşdən Pakistana qədər uzanan geniş bir coğrafiyanı əhatə edir. Neft və qaz ehtiyatlarına görə dünyanın ən böyük regionlarından biri olan Böyük Yaxın Şərq həm də Avropa ilə Asiya arasında quru "körpü"lərdən biridir. Buna görə də bu çoğrafiya bütün böyük dövlətlərin maraq dairəsindədir. Eyni zamanda bu bölgədə baş verən proseslər dünyanın əksər ölkələrinə təsir edir. Məsələn, "Ərəb baharı"nın nəticəsində bölgədə siyasi sabitliyin pozulması Çinin Yaxın Şərqdə ciddi iqtisadi və siyasi itkilərinə səbəb olmuşdu. Çünki Çin enerji daşıyıcılarına (neft, qaz, kömür) olan tələbatını əsasən Yaxın Şərq ölkələrindən idxalat hesabına təmin edir.

Suriyada silahlı qrupların 11 günlük hücumu nəticəsində Dəməşqdə baş verən hakimiyyət dəyişikliyinin ciddi hadisələrə səbəb olacağını söyləməyə imkan yaradan digər bir mühüm məqam Suriyada yalnız hakimiyyət dəyişikliyinin deyil, həm də rejim dəyişikliyinin baş verməsidir. Ərəb coğrafasiyasındakı çox az sayda dünyəvi dövlətlərdən olan Suriyada bundan sonra şəriətə əsaslanan bir rejimin qurulması ehtimalı çox yüksəkdir. Suriyada şəriət rejiminin qurulması ilə bölgədəki əksər dünyəvi dövlətlərdə radikal islamçı hərəkatlarını ruhlandıracaq. Artıq bunun bəzi simptomları hiss olunur.

Suriyada 61 illik rejimin süqutu Rusiyanın Yaxın Şərq siyasətində çox ciddi uğursuzluğu hesab oluna bilər. Qeyd edək ki, Bəşər Əsəd iqtidarının devrilməsindən əvvəl də, Ukraynaya qarşı müharibənin başlamasından sonra da Rusiyanın Yaxın Şərqdə təsirinin azalması müşahidə olunurdu. Hətta bir çox siyasi müşahidəçilər Ukraynaya qarşı müharibə başladıqdan sonra Rusiyanın ərəb coğrafiyasında təsirinin azalaraq 1950-ci illərdən, ərəb-İsrail müharibələri dövründən bəri ən aşağı səviyəyə düşdüyü qənaətində idilər. Moskva uzun bir müddət ərzində ərəb dövlətlərinin əsas silah təchizatçılarından biri olub. Ukraynaya qarşı müharibə bu sahədə Rusiyanın mövqelərinin kəskin zəifləməsinə səbəb olub. Digər tərəfdən Rusiyanın Qərbin enerji bazarlarından çıxarılması da Moskva ilə regionun neft-qaz ixracatçısı dövlətlərlə münasibətlərində gərginlikləri artırıb. Rusiya iqtisadi münasibətlərin Qərbin sanksiyalarına məruz qalmaq təhlükəsinin yaratdığı qorxu da Moskvanın ərəb coğrafiyasında nüfuzunu kəskin zədələmişdi. Belə bir vəziyyətdə Kremlin dəstəklədiyi Bəşər Əsəd iqtidarının devrilməsi, keçmiş prezidentə Moskva tərəfindən sığınacaq verilməsi Rusiyanın ərəb coğrafiyasında arzuolunmaz dövlətə çevirə bilər.

Bəşər Əsədin hakimiyyətdən devrilməsinin ən güclü təsirlərini hiss edəcək ölkələrdən biri, hətta birincisi heç şübhəsiz İrandır. Suriyaya nəzarəti itirməklə İran Yaxın Şərqdə çox böyük güc itirdi. Bundan sonra İranın öz sərhədləri daxilinə çəkilməsi prosesi sürətlənəcək. HƏMAS və "Hizbullah" hərəkatının məruz qaldığı sarsıdıcı hərbi məğlubiyyətlərin ardınca Bəşər Əsədin iqtidardan devrilməsi, üstəlik, Dəməşqdə İranın qatı əleyhdarlarının hakimiyyəti ələ keçirməsi Tehranın İslam İnqilabından sonrakı xarici siyasətinin tam iflası deməkdir. Tehrandakı mövcud rejimin xarici siyasəti yenidən düzənləməsi mümkün olmadığını da nəzərə alanda, yaranmış vəziyyət İran üçün ciddi risklər yaradacaq.

Suriyada 61 illik rejimin devrilməsi "Astana formatı"nda təmsil olunan üç dövlətdən ikisi, Rusiya və İran üçün ciddi uğursuzluq olduğu halda, Türkiyənin bölgədə mövqelərini gücləndirib. Ancaq bunun qalıcı olması Türkiyənin atacağı addımlardan, bu addımlara NATO üzrə müttəfiqlərinin dəstəyini alıb-almamasından asılı olacaq. Belə demək olar ki, Türkiyə Suriyadakı 61 illik rejimin devrilməsi Türkiyə üçün imkanlarla yanaşı, risklər də yaradır.

Bütövlükdə isə Suriyada 61 illik rejimin devrilməsi Böyük Yaxın Şərqdə "gözləmə rejimi"ni bitirib, dəyişikliklər mərhələsi başlatmaqla bu coğrafiyadakı bütün ölkələrə təsir edə biləcək siyasi-ideoloji dalğa yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see615

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see273

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see254

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see149

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see144

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see143

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see136

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see135

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see135

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see134

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see134

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see132

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see131

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see129

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see128

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see123

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see123

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see122

Hepatit C diaqnozu qoyulan qadının son halı: Müayinə düzgün aparılmayıb

24 İyul 2025 00:14see118

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri