Icma.az
close
up
RU
“Paşinyan kilsəni siyasi idarəetmə alətinə çevirir”

“Paşinyan kilsəni siyasi idarəetmə alətinə çevirir”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Ermənistanda son günlər kilsə ətrafında baş verənlər təsadüfi deyil. Nikol Paşinyan yaxınlaşan seçkilər öncəsi özünə təhlükə hesab etdiyi bütün strukturları nəzarətə götürməyə çalışır. Xüsusilə də kilsə rəhbərliyinə təzyiqlərin artması, dörd yüksək rütbəli keşişin saxlanılması göstərir ki, proses planlı şəkildə həyata keçirilir və hədəf Katolikos II Qarekinin komandasıdır”

Bunu millət vəkili Könül Nurullayeva “Xalqcəbhəsi.az”-a açıqlaması zamanı deyib

O qeyd edib ki, dekabrın 12-də keçirilməsi nəzərdə tutulan Yepiskoplar Şurasının iclasının Paşinyan tərəfindən əngəllənməsi də onun kilsə institutuna birbaşa müdaxiləsinin bariz nümunəsidir: “Məqsəd II Qarekinə yaxın din xadimlərini tamamilə sıradan çıxarmaq və kilsəni siyasi idarəetmə alətinə çevirməkdir. Katolikosluğa qarşı kampaniyaya artıq xarici diplomatların da cəlb olunması diqqət çəkir. ABŞ-dakı erməni apostol kilsəsinin Qərb yeparxiyasının primatı arxiyepiskop Hovnan Terteryanın Paşinyanın əsas namizədi kimi hazırlanması barədə xəbərlər təsdiqlənir. Bir ay əvvəl Terteryanın Ermənistanın ABŞ-dakı səfirinin şərəfinə təşkil etdiyi dəbdəbəli şam yeməyi və onun Paşinyana ünvanladığı mədhiyyə dolu məktub bu planın bir hissəsi kimi görünür. Ermənistanda yeni, daha çox Qərb mərkəzli siyasi mühit formalaşdırılır. Avropa İttifaqının Ermənistana ayırdığı 12 milyon avronun “xarici təsirlərlə mübarizə” adı altında Paşinyanın mövqelərini gücləndirməyə yönəldilməsi də bunu sübut edir.

Könül Nurullayeva əlavə edib ki, Paşinyanın hədəfi yalnız kilsə ilə məhdudlaşmır: “O, eyni zamanda müxalifəti və medianı da nəzarətə almağa çalışır. Bütün bunların fonunda baş nazir 2026-cı il seçkilərindən sonra ölkəni yeni mərhələyə — böyük ehtimalla qərbyönümlü Hovnan Terteryanın katolikosluğu ilə — aparmaq niyyətini gizlətmir. Bu isə gələcəkdə Ermənistanda ciddi siyasi qarşıdurmaların dərinləşəcəyindən xəbər verir.”

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Dekabr 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri