Icma.az
close
up
RU
525ci qəzet Çin və ABŞ qarşıdurmanl əvəzinə dialoqu seçməlidirlər Si Cinpin

525ci qəzet Çin və ABŞ qarşıdurmanl əvəzinə dialoqu seçməlidirlər Si Cinpin

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin və ABŞ qarşıdurma və sıfır məbləğli oyunlar əvəzinə dialoq və qarşılıqlı faydalı əməkdaşlığı seçməlidir.

525.az xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin 2024-cü il ABŞ-Çin Biznes Şurasının illik qala şam yeməyində iştirakçılara göndərdiyi təbrik məktubunda bildirib.

Çin-Amerika əlaqələrinin dünyanın ən mühüm əlaqələri arasında olduğuna diqqət çəkən Si Cinpin bildirib ki, bu əlaqələr təkcə Çin və Amerika xalqlarının yaxın maraqlarına deyil, həm də bütün bəşəriyyətin gələcəyinə və taleyinə təsir edir.

Ölkə lideri qeyd edib ki, hər iki dövlət əməkdaşlıqdan qazanır, qarşıdurmadan isə uduzur. Çin ümid edir ki, ABŞ-la təmaslar davam etdiriləcək, əməkdaşlıq genişləndiriləcək, fikir ayrılıqları aradan qaldırılacaq, yeni dövrdə hər iki ölkənin və bütün dünyanın xeyrinə Çin və ABŞ arasında uzunmüddətli sülhə nail olmaq üçün düzgün yol axtarışı davam edəcək.

Si Cinpin ticarət-iqtisadi əlaqələrin dövlətlərarası əlaqələrin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Bildirib ki, iki ölkənin maraqları bir-biri ilə sıx bağlıdır, əməkdaşlıq məkanı qeyri-məhdud və genişdir. Onun sözlərinə görə, tərəflər bərabərhüquqlu məsləhətləşmələr yolu ilə fikir ayrılıqlarını düzgün həll etməli, həmçinin əməkdaşlığın daha da genişlənməsi üçün bir-birini tamamlayan üstünlüklərdən istifadə etməlidirlər.

“Bir tərəfin uğuru digər tərəf üçün çağırış deyil, fürsət olmalıdır və hər bir tərəfin nailiyyətləri qarşı tərəfin inkişafına kömək etməli, mane olmamalıdır”, - deyən Si Cinpin əlavə edib ki, açıqlıq bəşər sivilizasiyasının tərəqqisi üçün mühüm hərəkətverici qüvvə və bütün ölkələrin çiçəklənməsi və inkişafı üçün yeganə mümkün yoldur.

O, islahat və açıqlığın Çin və dünyanın birlikdə inkişafa və tərəqqiyə nail olduğu tarixi proses olduğuna diqqət çəkib. Əmin edib ki, ölkəsi həmişə hökumətin xarici dünyaya açılmaq kimi əsas siyasətinə sadiq qalacaq, bazar prinsipləri və qanunun aliliyinə əsaslanan Amerika şirkətləri də daxil olmaqla bütün ölkələrdə müəssisələr üçün ardıcıl birinci dərəcəli beynəlxalq biznes mühiti yaradacaq, ticarət və investisiya prosedurlarının liberallaşdırılmasına və sadələşdirilməsinə davamlı kömək edəcək.

Çin lideri yeni nailiyyətləri ilə Çin tipli modernləşmənin dünyaya yeni imkanlar bəxş edəcəyinə əminliyini ifadə edib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri