Cəlil Cəlilov “Sportinq”lə oyun öncəsi danışdı
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Portuqaliyanın “Sportinq” kollektivi ilə oyunda ən yaxşı nəticəni göstərməyə çalışacaq”.
Bunu “Xilasedici”nin baş məşqçisi Cəlil Cəlilov deyib.
Mütəxəssis komandanın oyuna yaxşı hazırlaşdığını bildirib.
“Hazırlıq prosesi çox yaxşı keçib. Ölkə çempionatında iki oyun keçirmişik və hər ikisində qələbə qazanmışıq. Çempionlar Liqasının matçına da bu əhval-ruhiyyədə çıxacağıq. Komandada cüzi zədəsi olan oyunçularımız var, lakin buna baxmayaraq, hamısı meydana çıxacaq”, - deyə o report.az-a açıqlamasında söyləyib.
O, rəqibin güclü kollektiv olduğunu vurğulayıb:
“Hər şey qaydasındadır, rəqibin təhlili artıq aparılıb. Təbii ki, bu voleyboldur və hər cür nəticə ola bilər. “Sportinq” güclü və köklü komandadır. Biz ən yaxşı nəticəni göstərməyə çalışacağıq”.
Qeyd edək ki, “Xilasedici” - “Sportinq” qarşılaşması bu gün Fövqəladə Hallar Nazirliyinin idman zalında saat 18:00-da start götürəcək. Tərəflər arasında cavab görüşü noyabrın 11-də təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Noyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















