Icma.az
close
up
RU
Deputat: Prezident Qarabağda 180 dən çox layihənin təməlini qoyub

Deputat: Prezident Qarabağda 180 dən çox layihənin təməlini qoyub

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev Qarabağda 180-dən çox layihənin təməlini qoyub.

Banco.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildə əldə etdiyi zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb: "İşğal dövründə tamamilə dağıdılan və xarabalığa çevrilən ərazilərimiz artıq bərpa olunur və yenidən qurulur. Əlbəttə ki, ilk mərhələdə nəqliyyat, sosial və digər infrastrukturun formalaşdırılması, paralel olaraq isə məskunlaşma prosesinin həyata keçirilməsi istiqamətində işlər görülür. Ötən müddətdə dövlət büdcəsindən yalnız işğaldan azad olunmuş ərazilərə 26 milyard manata yaxın vəsait ayrılıb. Nəqliyyat, logistika və digər infrastruktur layihələrinin reallaşdırılması nəticəsində artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır".

"Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizdə ümumi uzunluğu 3 720 kilometr olan 64 avtomobil yolunun tikintisi həyata keçirilib. İndiyədək həmin yollardan ümumi uzunluğu 1,4 min kilometr olan 17-si tamamilə başa çatdırılıb və yenidən qurulub. Eyni zamanda, strateji əhəmiyyət daşıyan üç beynəlxalq hava limanı istifadəyə verilib. Təbii ki, bütün bunlar fonunda intensiv məskunlaşma prosesinin də şahidi oluruq. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır, təhsil alır və işləyir. Noyabrın 1-nə olan məlumata əsasən, həmin ərazilərdə 41 213 keçmiş məcburi köçkün artıq məskunlaşıb. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Belə ki, rayonda 8 300 keçmiş məcburi köçkün yaşayır. Cəbrayıl rayonunda isə bu göstərici 7 112 nəfər təşkil edir", - deyə deputat əlavə edib.

V.Bayramovun sözlərinə görə, infrastrukturun formalaşdırılması növbəti illərdə, eləcə də qarşıdakı aylarda məskunlaşma prosesinin daha da intensivləşməsinə imkan verəcək: "Təbii ki, hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif ediləcək və heç kim bu prosesdən kənarda qalmayacaq. Bu, möhtərəm Prezidentin siyasi iradəsidir. Artıq bu iradəyə uyğun olaraq intensiv məskunlaşma prosesinin şahidi oluruq. Ötən müddət ərzində Prezident işğaldan azad olunmuş ərazilərimizə 600 dəfədən çox səfər edib. Bu səfərlər və tədbirlər çərçivəsində dövlət başçısı 180-dən çox layihənin təməlini qoyub, 170-dən çox obyektin açılışında iştirak edib. Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məskunlaşma prosesi birbaşa Prezidentin diqqət mərkəzindədir. Bu diqqət və siyasi iradə məskunlaşma prosesinin daha da sürətlənməsinə, keçmiş məcburi köçkünlərimizin daha qısa müddətdə öz ata-baba yurdlarına qayıtmasına imkan yaradacaq"

report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://banco.az
archiveBu xəbər 03 Noyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri