Icma.az
close
up
RU
525ci qəzet COP29un nəticələri Azərbaycanın diplomatik qələbəsidir Rusiyalı nazir

525ci qəzet COP29un nəticələri Azərbaycanın diplomatik qələbəsidir Rusiyalı nazir

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıda (COP29) qəbul edilən yekun sənəd Azərbaycanın diplomatik qələbəsidir".

525.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov "İnterfaks"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, konfrans iştirakçıları inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi üzrə yeni hədəf razılaşdırıblar. İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətinə hər il azı 300 milyard dollar ayrılmasını təmin etməlidirlər.

M.Reşetnikov əlavə edib ki, Bakıda inkişaf etməkdə olan ölkələr üçün yeni iqlim maliyyələşdirmə hədəfinin razılaşdırılması üzrə müzakirələr son dərəcə gərgin olub.

"Fikir ayrılıqlarına baxmayaraq, konfransın bütün iştirakçı ölkələri yekun sənədi razılaşdırıblar. Burada Azərbaycanın sədrliyinin əsas rolunu və onların komandasının danışıqlardakı ustalığını xüsusi qeyd etmək istərdim. Bu, şübhəsiz ki, onların diplomatik qələbəsidir", - nazir qeyd edib.

O COP29-un nailiyyətləri arasında karbon vahidlərinin beynəlxalq ticarəti üzrə qaydaların təsdiqlənməsini vurğulayıb: "Bakı konfransının daha bir danışıqlar qələbəsi və müsbət nəticəsi odur ki, iştirakçılar karbon vahidlərinin beynəlxalq satışı qaydalarını təsdiqləyiblər. Əldə edilən razılaşmalarda ölkələrin yaradılan karbon bazarları infrastrukturuna bərabər hüquqlu çıxış prinsipinin təsbit edilməsi vacibdir. Rusiya layihələri və karbon vahidləri siyasi motivli məhdudiyyətlərlə üzləşməməlidir".

COP29-da qalıq yanacaqlardan imtina məsələsi və bu mövzuda danışıqların gedişatını şərh edən M.Reşetnikov bildirib ki, Rusiya ondan istifadədən imtina etməyi planlaşdırmır: "Biz heç nədən imtina etmirik. Ötən il qlobal karbon neytralllığına nail olmaq üçün balanslaşdırılmış tədbirlər toplusu formalaşdırmaq mümkün oldu. Buraya həm də bərpa olunan enerji mənbələrinin, elektrik nəqliyyatının, atom energetikasının inkişafı, enerji səmərəliliyinin artırılması daxildir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see168

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see148

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see130

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see129

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see128

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see127

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see126

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see121

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see118

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see117

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see115

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see115

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see114

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see114

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see114

Lissabondan Vladivostoka velosiped sürərkən Rusiyada həbs edilib

08 Sentyabr 2025 00:45see114

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see114

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri