Icma.az
close
up
RU
525ci qəzet Ədliyyə Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri dəyişib

525ci qəzet Ədliyyə Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri dəyişib

Nazirlər Kabineti Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında qərarına dəyişiklik edib.

525.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Ədliyyə Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri,
yenidən qurulması, bərpası) ilə bağlı daxilolmaların 1,0 faizinə qədər, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

seeBaxış sayı:31
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri