Icma.az
close
up
RU
525ci qəzet Ehtişamına süpürgə çəkilən şəhər: Əski Kırım

525ci qəzet Ehtişamına süpürgə çəkilən şəhər: Əski Kırım

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Minaxanım NURİYEVA (TƏKLƏLİ),
Professor
(Azərbaycan Dövlət Pedaqoji Universiteti)

Artıq bir çox illərdir ki, Altaylardan başlamış Türk aləminin hər bir guşəsində eşidib öyrəndiyim xalq əfsanə və rəvayətlərini toplayaraq onların əsasında hekayələr yazmaqdayam. Ümid edirəm ki, bu fəaliyyətimin bəhrələri Türk torpaqlarının əsl tarixi, habelə Türk düşüncə tərzi və amallarını üzə çıxarmaqla ortaq nöqtələri açığa tutmağa da yardım edəcək.

Cənnət vətən deyib gəldim Kırıma,

Bülbül qısqandıran bağlar yox olmuş.

Bu halı görüncə getdi ağrıma,

Ölülər məzarsız, sağlar yox olmuş...

Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur Türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi.

Viranə küçələr

İndiki Kırım ölkəsinin adının da vaxtilə bu varı-dövləti aşan-daşan məntəqənin adından yarandığı söylənilir. İnanmaq lazım gəlir... Səyyahi-aləm Övliya Çələbi də "qədimi taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırımkirman olduğunu yazır. Kırımın Rus imperiya ordusu tərəfindən tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı hərfən rus dilinə tərcümə olunaraq Starıy Kırım adlandırılıb.

Qədim tarixi bir yana, hələ nisbətən yaxın keçmişə nəzər salsaq, 13-cü əsrdə Qızıl Orda imperiyası idarəsinə keçdiyi zamandan Kırım Kermen adlı bu şəhərin o zamanlar "Kırım Yurdu" adlanan ölkənin inzibati mərkəzi olduğuna və ölkə əmirinin iqamətgahının burada yerləşdiyinə şahid oluruq. Misir sultanı Baybarsın elçisinin 1263-cü ildə Qızıl Orda hakimi xan Bərkə ilə görüşündən bəhs edən qeydlərində şəhərdə Qıpçaq və Alanların yaşadığını xəbər verilir.

Şəhərin mərkəzində mərmərdən yapılmış tikililər - məscid və digər ictimai binalar, xüsusən mərmər daşlar ilə çəmbərlənmiş məktəb səyyahların heyrətinə səbəb olarmış.

 Özbək xan məscidinin qalıqları

Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri - xariqə sənət əsərlərini, yaşı bilinməz abidələri sadaladıqca insan, bunların indi xarabalıqları qalsa da, əslində onların mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal dönüb təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: "Əgər məndən təsvir etdiyim bu qədər əsərləri və binaları bəs nerədən bulub yaza bildin?" - deyə sorsalar, "hələ də burada insan əlindən çıxmış yüz minlərlə əsər - bina, qübbələr durmaqdadır", söylərəm onlara... Həm də "Kırım şəhərinin qapısının iç üzündə, Mengli Gəray xan camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətlərinin, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar", - deyərək cavablarını verərəm".

"Vaxtilə Əski Kırımda möhtəşəm əsərlər olan Özbəkxan məscidi (14 əsr), Baybars məscidi (13 əsr), Ətirli məscid (14 əsr), Qurşunlu caminin bugün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İşğallar, istilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin "Allahın bəlasına tuş oldu", - deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək bunları yazırdı: "Kırım əhalisi həm varlı, həm də xəsis idi; kasıba əl tutmaz, məzluma-fəqirə kömək etməzdilər. Günahlarının çoxluğunun qorxusundan belə gözəl məscid tikdirmişdilər. İndiki Starıy Kırım məntəqəsi həmin qədim və zəngin şəhərin yoxsul qalıqlarıdır..."

Övliya Çələbi isə elə övliya zəndi ilə bütün bunların səbəbini qəzavü-qədərə, "etdiklərinin cəzasını bir gün görəcəksən" ibrətinə bağlayır və biz də onun sehrkar nağılvari söhbətinə dalırıq: əvvəlcə xalqı son dərəcə zəngin tüccarlar olmuş, mallarının zəkatını verməz, güclü olanları həccə getməz, yoxsullara və düşkünlərə yardım etməz, müsafir sevməz, alim-salih və qəriblərdən üz çevirmiş kimsələr olmuşlar.

Səyyah-aləm yenə bizi bir qissəvarı şirin və əsrarəngiz hekayətə çəkir: Allahın hikmətindəndir ki, bir soyuq gecə zəif, yoxsul bir dərviş qışın qiyamətində ac-yalavac varlı evlərin pəncərələri qabağında titrəyir, Allah rizasına yardım istəyir. Lakin onun səsini eşidirlərsə də, üzünə kimsə baxmayır, yalvarışlarına kimsə etina etməyir, qapıdan-qapıya qovurlar. Dərviş dünya görmüşdü, şaxtanın iliklərə işləyən gecəsində səhərə salamat çıxmağın yolunu bilirdi: odur ki, darvaza qabağında atılıb qalmış bir süpürgəni əlinə alıb küçələri süpürməyə başlayır. Yazıq sail dərviş Kırım Kirmanın küçələrini süpürə-süpürə sabaha çıxır, donub ölməkdən canını qurtarır. O, canını qurtarırsa da, acığı, kini dəryaya dönüb çalxalanır, donmuş bədənini lərzəyə gətirir. Və bəxtəvər Əski Kırımın qara günləri başlayır bundan sonra.

Belə ki, qərib dərvişin ah-nalə ilə açdığı sabah şəhər xalqına düşmür; fəlakət qapının ağzını alır. Sanki o gündən şəhər əhalisi qarğışa düşür; işlər günü-gündən tənəzzülə uğrayır. Var-dövlətlərinə süpürgə çəkilir, adamlar müflis olub bu lənətlənmiş şəhərdən çıxıb vəbadan-taundan qaçar kimi qaçırlar...

Övliya Çələbi "əgər yıxıq evlərin, abidələrin tarixini yazsam, bir kitab olar... deyə mübaliğəli düşüncələrə dalır. "Bu bəlalı şəhər indiquşlara və heyvanlara yuva olmuş bir xərabə  şəhərdir" desə də, yenə də Övliya səyyah öz şirin nağıllarından yan keçə bilmir: "Deyirlər, vaxtilə cah-cəlalı bu şəhərdə bir varı, dövləti aşan-daşan tacir cami tikdirmək istəyirmiş. Bu zaman şəhərə Xütən, Çin və Maçin müşk-ənbərini gətirən tacirdən onun bütün dəvə karvanı olan ətir yükünü alıb tikilinin palçığına su əvəzinə qatışdırıb yoğurtdurmuşdu. Caminin adı da buradan yaranmışdı: Ənbəri-Çin camisi. İndi Əski Kırımın Kafa qapısının dibində viran bir haldadır. Nə vaxt yağış yağır, ətir qoxusu hər yanı tutur. Maraq üçün özüm bir parça götürüb oda tutdum. Həqiqətən ətir qoxumağa başladı.

 "Əski Kırım". Rəssam K.Boqayevski

Övliya Ata xaraba şəhərin ziyarətgahlarına - əbədi şöhrət soraqlı yadigarlara, salamat qalan xatirələrə üz tutur, böyük fəxarət hissi ilə "Kamal Ata Sultan, Aləmdar Sultan, Pəncəli Baba Sultan kimi övliyalar burada yatmaqdadır", - yazır. Bunların sırasında Əski Kirimin viran olmasına səbəb olan "Dərviş xarabı" adlanan məzarı da var ki, xalq onu ziyarət etməyib, lənət deyib keçərlər. Övliya Ata isə: "Allah hamısına rəhmət eləsin", - deyə şəhərdən ayrılır...

İndi mən də "sürgün şairi" Şükrü Bilgilinin çox-çox sonradan meydana çıxsa da, bir növ bu qədim faciənin məzmununa-fikrinə işıq tutan vətən sevgili şeiri ilə başladığım kimi həmin intizar və nisgilli şeirin başqa bir bəndi ilə sözümü tamamlayıram:

Sormayın dostlarım, halım pərişan,

Əski vətənimdən qalmamış nişan.

Vətən-vətən deyib dənizə qoşan

Çeşmələr  qurumuş, çaylar yox olmuş...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2024 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri