Icma.az
close
up
RU
525ci qəzet Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilib

525ci qəzet Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilib.

525.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 1 ay qalmış təsdiq ediləcək. Əvvəl bu müddət 3 ay idi.

Həmçinin, qərara əsasən, işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə əcnəbi işçi qüvvəsini cəlb etmək niyyətində olan işəgötürənlər hər il avqust ayının 1-dək Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə (o cümlədən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində) tələbat haqqında proqnoz-məlumat (forma əlavə olunur) təqdim edəcəklər. Əvvəl bu məlumatı may ayının 1-dək təqdim edirdilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları hər il sentyabr ayının 15-dək Komissiyaya təqdim edəcək:

-növbəti il üçün əmək bazarı və demoqrafik inkişaf proqnozlarını;

-mövcud əmək ehtiyatları potensialı, həmçinin işsizlər və sərbəstləşən işçilər üzrə proqnozları;

-işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsi, eləcə də əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr üzrə işsizlərin və sərbəstləşən işçilərin peşə hazırlığına və yenidənhazırlığa cəlb olunması imkanlarına dair proqnoz-məlumatı;

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz və ya işaxtaran kimi qeydiyyatda olan şəxslərin müvafiq peşələri barədə məlumatı;

-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən əcnəbilərin iş icazəsi əsasında qüvvədə olan əmək müqavilələri üzrə təhlillər (iqtisadi fəaliyyət növləri, əməkhaqqı qrupları, peşə və vəzifələr və s. üzrə)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakıları hər il sentyabr ayının 15-dək Komissiyaya təqdim edir:

- ölkənin iqtisadi inkişaf prioritetləri üzrə məlumatı;

- növbəti il üçün ölkənin makroiqtisadi vəziyyəti, o cümlədən sosial-iqtisadi artım, məşğulluq və onun iqtisadi fəaliyyət növləri üzrə bölgüsü haqqında proqnozları.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər il sentyabr ayının 15-dək növbəti il tam orta təhsil bazası üzrə ümumi təhsil müəssisələrində, peşə və ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsillərini başa çatdıracaq Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatı Komissiyaya təqdim edir
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti aşağıdakıları hər il sentyabr ayının 15-dək Komissiyaya təqdim edir:

- cari və ötən il ərzində ölkəyə gələn, ölkədən gedən, ölkədə müvəqqəti olan və müvəqqəti yaşayan əcnəbilərin sayı haqqında məlumatı;

- cari və ötən il ərzində ölkədə qeyri-leqal haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması aşkar edilmiş əcnəbilər haqqında iqtisadi fəaliyyət növləri üzrə məlumatı;

- Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları (bu Qaydanın 4.4.3-1-ci yarımbəndində göstərilən məlumatlar istisna olmaqla);
haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları;[9]

-iş icazələrinin müddətinin uzadılması tendensiyası əsasında il ərzində müddətlərinin uzadılması gözlənilən iş icazələrinin sayı üzrə proqnozları (iqtisadi fəaliyyət növləri üzrə);

-cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair məlumatı (iş icazələri qüvvədə olan əcnəbilərin adlı siyahısı göstərilməklə);

- işəgötürənlərin növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş proqnoz-məlumatı.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti aşağıdakıları hər il sentyabr ayının 15-dək Komissiyaya təqdim edir:

- Hasilatın Pay Bölgüsü sazişlərinin icrası ilə bağlı növbəti il üçün podratçı və subpodratçı şirkətlər də daxil olmaqla, əcnəbi işçi qüvvəsinə peşə və ixtisaslar üzrə tələbat haqqında proqnoz-məlumatları;

- Hasilatın Pay Bölgüsü sazişləri ilə müəyyən edilmiş yerli və əcnəbi işçi qüvvəsi nisbətinə əməl olunması vəziyyətinə dair məlumatı.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il oktyabr ayının 15-dək Komissiyaya təqdim olunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinə təqdim edir.

Komissiya bu Qaydaya uyğun olaraq əcnəbi işçi qüvvəsinə tələbatı proqnozlaşdırır və iqtisadi fəaliyyət növləri üzrə növbəti il üçün kvota ilə bağlı təkliflər hazırlayaraq hər il noyabr ayının 10-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək. İndiyə qədər bu məlumat sentyabrın 15-dək təqdim edilirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see183

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri