Icma.az
close
up
RU
525ci qəzet Ermənistan hərbi büdcəsini 46 faiz artırıb, silahlanmaya 2 milyard dollar xərcləyib Ekspert

525ci qəzet Ermənistan hərbi büdcəsini 46 faiz artırıb, silahlanmaya 2 milyard dollar xərcləyib Ekspert

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqaz qlobal güclərin müharibə arealına çevrilə biləcək riskli bölgələrdən biri sayıla bilər. Çünki burda iki qlobal gücün Azərbaycan, Gürcüstan və Ermənistan üzərindən siyasi və hərbi strateji maraqları toqquşur. Bunlar Avropa İttifaqı, Rusiya və onu dəstəkləyən qüvvələrdir.

Bu barədə 525.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Onun sölərinə görə, siyasi münasibətləri kəskin fazaya keçənlər üçüncü ölkələrdə böhran yaradırlar və bu, daha sonra müharibə səbəbinə çevrilir: “Bunun nümunələri də var. Əslində Cənubi Qafqaza gəlməzdən əvvəl presidentlər artıq var idi. Gürcüstan, Moldovadakı hadisələr, indi də Ukrayna. Üç ildir ki, Ukrayna müharibədən çıxa bilmir. Dördüncü coğrafiya olaraq Ermənistanı qeyd etmək olar. Ermənistanla indi bu planın həyata keçirilməsi Azərbaycan-Ermənistan münasibətləri baxımından daha uyğun görünür. Bu səbəbdən Ermənistanın silahlanması da təsadüfi deyil. Yəni, bu silahlanma böyük planın bir hissəsidir”.

E.Şıxəliyev deyib ki, silahlanmanın əsas moderatoru Avropa İttifaqı və NATO adına Fransadır: “Ermənistana Fransadan, Hindistandan, Yunanıstandan, İrandan, Rusiyadan, çox fərqli istiqamətlərdən fərqli silahlar tədarük edilir. Xüsusən də nə qədər bunu özünün müdafiə silahları adlandırsa da, biz görürük ki, ən azından Fransadan aldığı “Sezar”  özüyeriyən artilleriya sistemi 28 km dərinliyində zərbə endirə biləcək silahdır. Hindistandan alınan ATAGS-an isə yedəkdə daşınan haubitsalardır və 30 km-ə yaxın məsafədə zərbələr  endirə bilir. İndi bunun içində Hindistanın “Akaş” hava hücumundan müdafiə raket sistemləri də var. Pinaka reaktiv yaylım atəş sistemləri də eyni dərinliyə qədər zərbələr endirə bilən artileriya və raket sistemləridir. Bundan başqa,  Hindistandan Ermənistana “Pralay” raket siistemləri də tədarük olunacaq. Bu raket sistemlərinin zərbə endirmək gücü 500 km-dir. Eyni zamanda, Yunanıstandan S-300 hava hücumundan müdafiə komplekslərinin silahlanmaya daxil edilməsi müzakirə olunur. Ümumiyyətlə, son illər Ermənistan öz hərbi büdcəsini də artırıb. İki il ərzində bu ölkə hərbi büdcəsini 46 faiz artıraraq, silahlanmaya 2 milyard dollara yaxın vəsait xərcləyib. 2025-ci ildə də bu tempin daha da aktiv fazaya keçəcəyini demək olar”.

Ekspert hesab edir ki, Ermənistanı və onu dəstəkləyən qüvvələrin planları sırf İrəvanı silahlandırmaq və sonradan bu və ya digər formada sülh sazişinin bağlanmamasına təhrik etməklə, günün birində şərti sərhəddə hər hansı bir münaqişə yaratmaq, onu böyük çaplı əməliyyatlara çevirməkdir: “Fransa sülh sazişinin imzalanmamasında daha çox maraqlı görünür. Çünki sülh sazişi imzalananda bütün qeyd edilən ehtimallar sıfırlanacaq, sülh sazişi olmayanda atəşkəsin müharibə formasına keçməsi asanlaşır. Hazırda həmin qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin üzərindən cəbhə açmaqla yanaşı, Rusiya ilə Ermənistanı qarşı - qarşıya gətirib ikinci cəbhə açmaq planları da var. İndi Ermənistan Rusiyanın təhlükəsizlik çətiri altından çıxıb, NATO-nun təhlükəsizlik çətiri altına keçmək uğrunda mübarizə aparır, Rusiya isə bunu özünün qırmızı cizgisi hesab edir. Ermənistanın ərazisində Rusiyanın 102-ci hərbi bazası mövcuddur. Bir yandan Türkiyə ilə sərhəddə Federal Sərhəd Xidmətinin hərbçiləri var, digər tərəfdən tərkibində NATO-ya daxil olan ölkələrin  hərbçiləri də olan Avropa İttifaqının “mülki missiyası” Ermənistan ərazisindədir. Onların arasında Fransadan, Kanadadan hərbçilər var.  Bu qədər fərqli cəbhələrdə olan iki qütbün həbçilərini, mütəxəssislərini ərazisinə cəlb edən Ermənistanın təbii ki, bunun içərisindən müharibəsiz, münaqişəsiz çıxması çətin olacaq”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri