Icma.az
close
up
RU
Qızardılmış toyuq yeyənlərə xəbərdarlıq: Ciddi risk yaradır

Qızardılmış toyuq yeyənlərə xəbərdarlıq: Ciddi risk yaradır

Icma.az, News24 saytına istinadən bildirir.

Sürətli həyat tərzi bir çox insanı, xüsusilə böyük şəhərlərdə yaşayanları hazır yeməklərə meyilləndirir. Amma mütəxəssislər xəbərdarlıq edirlər ki, küçədə və ya restoranlarda satılan qızardılmış toyuq qısa müddətdə enerji versə də, uzunmüddətli dövrdə ürək, mədə və böyrək xəstəliklərinə səbəb ola bilər.

News24.az xəbər verir ki, qidalanma üzrə ekspertlərin sözlərinə görə, yüksək temperaturda qızardılan toyuqda akrilamid və heterosiklik amin kimi zərərli maddələr yaranır. Bu maddələr mədə, bağırsaq və mədəaltı vəzi xərçəngi riskini artırır.

Toyuğun dadını artırmaq üçün istifadə edilən dadlandırıcılarda isə çoxlu duz, şəkər və qatqı maddələri olur. Bu da tənəffüs və həzm sistemi problemlərinə, allergiyalara və yüksək təzyiqə yol aça bilər.

Mütəxəssislər hazır qızartmalar əvəzinə evdə bişirilmiş yeməklərin seçilməsini, toyuğun isə sobada və ya qaynadılaraq hazırlanmasını tövsiyə edirlər. Bu üsul həm qida dəyərini qoruyur, həm də zərərli maddələrin yaranmasının qarşısını alır.

Bundan başqa toyuğun yanında təzə tərəvəz və ya qatıq kimi məhsulların qəbul edilməsi həzmi asanlaşdırır.

Eyni zamanda hazır burgerlər və küftələr də yüksək yağ və duz tərkibli olduğundan xolesterin və artıq çəki riskini artırır. Uzun müddət eyni yağda bişirilən qızartmalar isə damar tıxanmasına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, ən təhlükəsiz üsul yeməklərin ev şəraitində, təmiz və nəzarətli şəraitdə hazırlanmasıdır.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Oktyabr 2025 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri