Icma.az
close
up
RU
525ci qəzet Ermənistan yeni müharibəyə hazırlaşır

525ci qəzet Ermənistan yeni müharibəyə hazırlaşır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Son günlər Ermənistanın daha sürətlə silahlanması, revanşizm əhvali-ruhiyyəsinin artması müşahidə olunur ki, bu da təcavüzkar dövlətin Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını deməyə əsas verir. Eyni zamanda, İrəvanın sülh istiqamətində real addım atmaması, Qərbin diktəsi ilə hərəkət etməsi, onun maraqlarının təmin edilməsinə çalışması regionda onsuz da kövrək olan sülhə, sabitliyə ciddi təhlükə yaradır.

Fransanın və digər güclərin silahlandırdığı Ermənistan sülh prosesini uzatmaqla vaxt qazanmağa və bununla da regionda yaranmış yeni reallığı dəyişəcəyinə ümid edir. O da bəllidir ki, Baş nazir Nikol Paşinyan əvvəlki nüfuza sahib deyil.

Bunu sorğuların nəticələri də təsdiqləyir. Belə ki, "Gallup İnternational"ın keçirdiyi son sorğunun nəticələrinə görə, respondentlərin 34,5 faizi Paşinyanı dəstəkləyib, 54,1 faizi onun fəaliyyətindən narazı olduqlarını bildirib. Paşinyanın reytinqi getdikcə aşağı düşür. Ermənistan hökumətinin rəhbəri həm də populist kimi tanınır. O, adətən öz reytinqi artırmaq üçün populist xarakterli açıqlamalar verir. İndi Paşinyanın nüfuzunu bərpa etməsi üçün yeniliyə ehtiyacı var. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür.

Qeyd etdiyimiz kimi, Ermənistanın müharibəyə hazırlaşmasında, bölgədə eskalasiya yaradılmasında Fransa və Avropa İttifaqı aparıcı rol oynayırlar. Hər iki tərəf müharibədən keçən müddət ərzində Ermənistanı sülhə deyil, müharibəyə, yeni hərbi təxribatlara təhrik edirlər. Üç ilə yaxındır ki, Ukraynada davam edən müharibədə Qərb gözlədiyi nəticələri əldə edə bilməyib. Fransa, həmçinin Avropa İttifaqı bunu aydın dərk edirlər, vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa istiqamətə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə, resurslarını tükətməyə çalışırlar. Hədəf kimi isə Cənubi Qafqazı görür, bu regionda yeni münaqişə ocağı yaratmaq istəyirlər. Qərb məhz bu planını reallaşdırmaq üçün Fransa Ermənistana silah tədarük edir, Hindistandan və Yunanıstandan silahlar alınır.

Məlumat üçün bildirək ki, Yunanıstan S-300 zenit-raket komplekslərini Ermənistana vermək niyyətindədir. Bu, təbii ki, Azərbaycanın hava hücumundan müdafiə sistemlərinə qarşı əlavə təhdidlər yaradır. Ermənistan təcavüzkar dövlətdir, 30 ilə yaxın qonşu ölkənin torpaqlarını işğal altında saxlayıb. Üstəgəl, həmin əraziləri yerlə-yeksan edib. Belə bir dövlətin yenidən silahlandırılmasının hansı təhdidlər yaratdığı aydındır. Deməli, həmin ölkələrin istəyi də Cənubi Qafqazın yenidən alovlanması, yeni müharibənin başlanmasıdır. 44 günlük müharibdən bu yana Fransa Ermənistanı öldürücü silahlarla təmin edib. Bura "CAESAR" markalı özüyeriyən artilleriya qurğuları, onlar üçün mərmilər və s. daxildir. Hətta silah satışı ilə paralel olaraq bir müddət əvvəl bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış etmişdilər. Açıq-aydın görünür ki, Fransa regionda təxribat törətməyə çalışır.

Təbii ki, burada başqa bir məqam Avropa İttifaqının Ermənistandakı missiyasıdır. Adını mülki müşahidəçi missiyası qoyduqları bu missiya əslində hərbçilərdən ibarətdir və hərbi hissələrin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürür. Rəsmi Bakı bu missiyadan narazılığını dəfələrlə bəyan edib. Çünki bu missiyaya heç bir ehtiyac yoxdur. Amma Fransanın birbaşa təhriki ilə təşkil edilən missiyanın öz fəaliyyətini davam etdirməsi üçün cəhdlər göstərilir. Bütün sadalanan addımlar beynəlxalq hərbi balans prinsiplərinin pozulmasına səbəb olmaqla yanaşı, Ermənistanın hərbi təxribatlara daha da cəsarətlənməsinə şərait yaradır.

Göründüyü kimi, Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, "Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın".

Azərbaycan bu cür pozucu qüvvələrdən fərqli olaraq Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır. Regionun lider dövləti olaraq Azərbaycan qeyd edilən istiqamətdə ardıcıl şəkildə öz siyasətini davam etdirir, regional əməkdaşlığın, təhlükəsizliyin bərqərar olmasına çalışır.

Eyni zamanda, Bakı bütün təhdidlərə adekvat cavab verməyə hazırdır. Dövlət başçısı dəfələrlə bəyan edib ki, "Əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin". Müharibə ab-havasında olan Ermənistan, onu bu sevdaya salan və hazırlaşdıran Qərbdəki qüvvələr də öz məkrli planlarından, oyunlarından əl çəkib, regionda sülh və sabitliyi təhdid edən addımlardan çəkinməlidirlər.

Mövzunu "525"ə şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov hesab edir ki, Ermənistanda revanşizm əhval-ruhiyyəsinin olması danılmaz bir faktdır. Bu, xüsusilə müxalifət dairələrində bəzi siyasi ekspertlər, eyni zamanda erməni diasporu arasında müşahidə olunur. Açıq şəkildə ifadə edirlər ki, Azərbaycanla sülh müqaviləsi onları qane etmir, bu dairələrin ürəyindən, ağlından keçən Ermənistanın yenidən silahlandırılması və Azərbaycana qarşı gələcəkdə yeni müharibənin başlanması və azad olunmuş ərazilərimizi yenidən işğal etməkdir. Onun sözlərinə görə, bu, danılmaz bir faktdır, biz bunu onların çıxışlarında, yazılarında, müşahidə edirik.

"Məsələnin ikinci tərəfi, Ermənistanın hazırda belə bir gücə sahib olub-olmaması ilə bağlıdır. Ermənistan 44 gün davam edən İkinci Qarabağ müharibəsində elə bir məğlubiyyətə düçar olub ki, hazırda yenidən Azərbaycana qarşı hərbi təcavüz törətməsi mümkün deyil. Ermənistanın bunu etməyə hərbi gücü yoxdur. Ancaq eyni zamanda, Fransa və Hindistan kimi dövlətlərin Ermənistanı silahlandırması revanşist dairələrdə müəyyən ümidlər yaradır ki, bu silahlanma Ermənistanın hərbi gücünün bərpasına və geosiyasi konyuktura imkan verdiyi təqdirdə Azərbaycana qarşı yeni təcavüzə şərait yaradacaq. Bəs Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı mövqeyi nədən ibarətdir? Düşünürəm ki, hazırda Ermənistanın Azərbaycana qarşı müharibəyə başlayacaq hərbi gücü yoxdur. Paşinyan yaxşı başa düşür ki, belə bir addım atması onun hakimiyyətinin və hətta fiziki varlığının sonu ilə nəticələnə bilər. Çünki onsuz da 2020-2023-cü illərdə ağır məğlubiyyətə düçar olmuş Ermənistan xalqı hökumətə qarşı çox qəzəblidir və növbəti hərbi avantüra və məğlubiyyət Ermənistan Baş nazirinin sonunu gətirə bilər. Bu kimi səbəbərə görə Ermənistan tərəfindən yeni bir hərbi əməliyyatın başlayacağı real deyil, amma danılmaz faktdır ki, Ermənistanda güclü revaşist qüvvələr mövcuddur, onlar Fransanın, Hindistanın Ermənistanı silahlandırmasından həvəslənirlər. Həmin qüvvələrdə ümid yaranır ki, erməni diasporu, xüsusilə ABŞ və Fransadakı erməni dairələri onların institutları, həmçinin Avropa və ABŞ-dakı havadarları bu revanşist qüvvələrin güclənməsinə və onların Ermənistanın xarici siyasətinə təsir etməsinə şərait yaradırlar. Bu o deməkdir ki, təəssüflər olsun ki, Ermənistan və Azərbaycan arasında mövcud ixtilaflar hələ uzun müddət davam edəcək, çünki bu ölkədə Azərbaycana qarşı təcavüzkar siyasətin davam etməsini müşahidə edirik. Bu revanşist dairlərin xəyalları, torpaqları işğal etmək xəyaları hələ də qalmaqdadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see271

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see140

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see130

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see117

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri