525ci qəzet Əsəd Məcid Xan: “Energetika İƏT çərçivəsində əməkdaşlığın ən vacib sahələrindən biri olaraq qalır”
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Energetika İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın ən vacib sahələrindən biri olaraq qalır.
525.az xəbər verir ki, bunu təşkilatın baş katibi Əsəd Məcid Xan COP29 çərçivəsində ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılışında bildirib.
"Son bir neçə il ərzində biz dayanıqlı enerji keçidini enerji gündəliyimizə daxil etməyə xüsusi diqqət yetirmişik. Biz ayrı-ayrı üzv ölkələrin bu keçidi həyata keçirmək əzmini görməkdən məmnunuq. UNIDO ilə birlikdə Bakıda Təmiz Enerji Mərkəzinin yaradılması İƏT-də kollektiv iradəmizin mühüm təzahürüdür", - o qeyd edib.
Baş katib əlavə edib ki, bu layihənin əsas məqsədi dövlətlərin müasir, ucuz, etibarlı və davamlı enerji xidmətlərinə çıxışını genişləndirmək, həmçinin enerji təhlükəsizliyini təmin etmək və energetikaya mənfi təsirləri azaltmaqdır.
Mərkəzin açılış mərasimi Mavi zonada yerləşən Azərbaycan pavilyonunda keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 15 Noyabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















