Icma.az
close
up
RU
525ci qəzet Etnik təmizləmənin ən ali etirafı

525ci qəzet Etnik təmizləmənin ən ali etirafı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1993-cü ilə aid videosu yayılıb. Söhbət videobloger Albert İsakovun özünün yutub kanalında Levon Ter-Petrosyanın Ermənistan prezidenti olduğu 1993-cü il iyulun 27-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosundan gedir. Həmin görüş Ağdamın işğalından 4 gün sonra çəkilib.

Prezident çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu deyib: “Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Sevanı (Göyçəni - red.) müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır (Ağbaba). Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün artsax, o cümlədən, daha bir çox torpaq ermənilərin əlindədir”.

İsakov bildirib ki, Ter-Petrosyan bu sözləri ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyib.

Əslində Ter-Petrosyanın dediyinin əksinə olaraq, Ermənistandan 170 min deyil, 300 minədək azərbaycanlı qovulub. Bu zaman yüzlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti alıb, on minlərlə ailənin əmlakı qarət olunub.

Əslində, Ter-Petrosyanın bu fikirləri təəccüb doğurmalı deyil. Çünki Ermənistanın rəhbərləri Azərbaycana qarşı indiyədək ən amansız cinayətləri törədiblər, soydaşlarımızı soyqırıma, etnik təmizləməyə məruz qoyublar. Bu etnik təmizləmə isə xüsusi amansızlıqla, dinc sakinlərə qarşı zorakılıqla, həyata keçirilib. Amma burda bir məqam var ki, digər cinayətkar xunta rejiminin liderlərindən fərqli olaraq məhz Ermənistanın birinci prezidenti özünü “demokrat”, “liberal” düşüncəli, “kompromisə” meyilli şəxs kimi qələmə verirdi. Bununla da faşist mahiyyətini gizlədirdi. Amma yayılmış video əslində Ter-Petrosyanın ondan sonra Ermənistana rəhbərlik etmiş digər hərbi cinayətkarlar - Koçaryan və Sarkisyandan fərqlənmədiyini göstərdi.

Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq məqsəd bir olub - azərbaycanlıları Ermənistandan, öz dədə-baba yurdlarından qovmaq, Qarabağı işğal etmək. Hər iki məqsədlərinə çatandan sonra isə yəqin ki, bunun belə də davam edəcəyini düşünürdülər. Amma indi Qarabağ beşinci ilə keçib ki, öz azadlığına qovuşub,

İndi suallardan biri də eks-prezidentin bu videosunun niyə məhz indi, üstündən otuz ildən çox müddət keçdikdən sonra yayılmasıdır. Ermənistanın indiki Baş naziri Nikol Paşinyan bundan əvvəl ölkənin ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Albert İsakovun təqdim etdiyi videogörüntülər isə L.Ter-Petrosyanın bütün mahiyyətini ortaya qoyur. Şübhəsiz, bu video indiki Ermənistan rəhbərliyi tərəfindən bilərəkdən ortaya atılıb. Mümkündür ki, bu addım həm də daxili auditoriyaya yönəlib. Bunu da müəyyən mənada siyasi mübarizə vasitəsi saymaq olar. Ancaq bu detallar onların öz işidir.

Məqsədin nə olmasından asılı olmayaraq, bu video Ermənistan rəhbərliyinin faşist ideologiyasına xidmət etdiyini təsdiqləyir. Məhz bu üç fiqur - Ter-Petrosyan, Koçaryan və Sarkisyan Azərbaycan xalqına və bütövlükdə bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub məsuliyyətə cəlb edilməlidirlər. L.Ter-Petrosyan Qərbi Azərbaycandan, yerdə qalanlar isə Qarabağ və ətraf ərazilərdən azərbaycanlıların qovulmasında, ev-eşiklərindən məhrum olmalarında, törədilən soyqırımılarında birbaşa iştirak edib, tapşırıqlar veriblər.

Mövzunu “525”ə şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, böyük ehtimalla, bu, Nikol Paşinyanın ətrafından mediaya, sosial şəbəkələrə sızılan bir materialdır: “Yada salmaq istəyrəm ki, Paşinyan sabiq prezidentlər Levon Ter-Petrosyanı, Robert Koçaryanı, Serj Sarkisyanı debatlara dəvət etmişdir. Onlar da yekəxana şəkildə onun təklifini rədd etdilər. Düşünürəm ki, Koçaryanla, Sarkisyanla bağlı da belə videolar yayılacaq. Onlar öz yaramaz, insanlığa zidd siyasətləri nəticəsində vəziyyəti böhran həddinə gətirib çıxardılar”.

Deputat əlavə edib ki, Levon Ter-Petrosyan özünü daim liberal, geniş baxışları olan, kompromislərə meyilli siyasətçi kimi təqdim edirdi: “O, Nikol Paşinyana təklif edirdi ki, hakimiyyəti ələ alan kimi Azərbaycanla kompromisə getsin, işğal olunmuş ərazilərin bir qismindən çıxsın, özü bunu etmədi və nəticəsi pis oldu. İndi yayılmış həmin video onu göstərir ki, bütün hadisələrin kökündə elə Levon Ter-Petrosyan özü durub. Onun həyata keçirdiyi etnik təmizləmə siyasəti olub. Mənim üçün hər halda burda bir yenilik yoxdur. O dövrdə onlar hamısı belə düşünürdülər. Ola bilsin ki, indi də belə düşünürlər ki, hə, Ermənistanı təmizlədik, amma təəssüf olsun ki, Qarabağ tam şəkildə əlimizdən çıxdı.

Bundan sonra da dünya qarşısında Azərbaycan “etnik təmizləmə” edib deyə zarısalar, dilləri qısa olacaq. Düşünürəm ki, kimsə bizə “etnik təmizləmə” barədə nəsə desə, o zaman deyəcəyik ki, əvvəl bir buna bax, sonra Azərbaycana hansısa iradı tut. Bu, ermənilərin saxta “etnik təmizləmə” məsələsinə balta vurdu”.

R.Musabəyov deyib ki, ümumiyyətlə münaqişə nəticəsində demək olar ki, əhalinin dəyişməsi baş verib: “Azərbaycanlılar Azərbaycanda, ermənilər isə Ermənistanda. Bunu dəyişmək istəyən hansısa tərəf gəlib deyir ki, Qarabağ erməniləri ilə danışmaq lazımdır. Onların qaytarılması şərti, yaxud kompensasiya ödənilməsi və s. Azərbaycan deyir ki, bu, yalnız bərabər şəkildə ola bilər. Biz Qarabağ erməniləri ilə o vaxt danışacağıq ki, siz də Qərbi azərbaycanlılarla bir masada oturacaqsınız. Siz danışmaq istəmirsinizsə, onda ağzınızı yumun, Azərbaycandan gəlib nəsə istəməyin. Biz indi məcburən Qərbi azərbaycanlıları ora qaytara bilmərik. Ancaq əgər "yox" və "hə" varsa, bu, hamı üçün olmalıdır. Konkret arqument budur ki, ya danışıq ikitərəfli olmalıdır, ya da heç biri olmamamlıdır. İndi bizim təklifimiz təkcə ondan ibarət deyil ki, hamı ora köçürülsün. Sadəcə olaraq onların hüququ tanınmalıdır. Gedib yurdlarına baş çəksinlər, ata-babalarının dağılmış məzarını bərpa və ziyarət etsinlər. Amma hələlik münasibətlər formalaşmayıb, hələ bir-birimizi dövlət kimi tanımırıq. Ona görə də ayrı ölkənin vətəndaşlarına heç bir təminat yoxdur. Bu, sonranın məsələsidir. Bu gün gündəlikdə belə bir məsələnin gerçəkləşməsi yoxdur”.

PƏRVANƏ

ABŞ-nin çağırışından sonra Gürcüstana səfəri təxirə saldı (SEKİL- ATET)

ATƏT PA-nın SƏDRİ SƏFƏRLƏ BAĞLI HƏRTƏRƏFLİ MÜZAKİRƏ APARACAĞINI BİLDİRİB

ABŞ-nin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Co Uilson Pia Kaumanı Gürcüstana səfər etməməyə çağırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Uilson ATƏT PA-nın sədri Pia Kaumaya açıq məktubunda Gürcüstan rəsmilərinin bu səfəri “hakimiyyətin legitimləşdirilməsi vasitəsi” kimi istifadə edəcəyini deyib.

“ABŞ vergi ödəyicilərinin pulu qeyri-legitim hökumətin tanınması üçün istifadə edilməməlidir”, - deyə Uilson qeyd edib.

Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili isə bunun Gürcüstanın avropalı və amerikalı tərəfdaşlarının ortaq narahatlığı olduğunu qeyd edib.

“ATƏT PA sədri Pia Kauma, bu, Gürcüstanda sabitlik, demokratiya və insan haqlarının qayğısına qalan Gürcüstanın bütün avropalı və amerikalı tərəfdaşlarının ortaq narahatlığıdır. Sizin yeganə hədəfiniz bu olmalıdır ki, ATƏT tövsiyələri əsasında yeni seçkilər keçirilsin”, - Zurabişvili qeyd edib.

8-10 yanvar tarixlərində Pia Kaumanın rəhbərlik etdiyi ATƏT nümayəndə heyətinin Gürcüstana səfəri gözlənilir.

Bu çağırışdan sonra ATƏT PA-nın sədri Pia Kauma Gürcüstana səfərini təxirə saldığını açıqlayıb.

Bu barədə Kauma "X" paylaşımında qeyd edib.

O, hərtərəfli müzakirələrdən sonra Gürcüstana səfərin daha effektiv olacağı vaxta qədər təxirə salındığını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Yanvar 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri