Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Daşınmaz əmlak bazarında qiymət artımı baş verir

Daşınmaz əmlak bazarında qiymət artımı baş verir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan araşdırmanın nəticələri açıqlanıb. Qiymətləndirməyə əsasən, 2026-cı ildə paytaxtda ötən ilin oktyabr ayı ilə müqayisədə torpaq sahələri, yeni və köhnə tikili mənzillər, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə qiymətlər artıb.
Newscenter.az-ın məlumatına görə, araşdırma göstərir ki, Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak növlərində eyni səviyyədə olmayıb. Artımın tempi əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.
AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını araşdırılıb. Rayonlar üzrə orta göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb.
Torpaq bazarında ən yüksək artım Səbaildə qeydə alınıb
AQC-nin hesablamalarına görə, 2026-cı il oktyabr ayı üzrə Bakı şəhərində torpaq sahələrinin qiyməti orta hesabla 17,9% artıb. Rayonlar üzrə ən yüksək artım Səbaildə qeydə alınıb – 29,1%. Yasamalda qiymətlər 27,1%, Nəsimidə 24,5%, Nizamidə isə 22,3% yüksəlib. Xəzər rayonunda artım 20,2%, Nərimanovda 19,7%, Xətaidə 16,5% təşkil edib. Nisbətən aşağı artım Binəqədidə (14,9%), Sabunçuda (12,3%), Suraxanıda (11,2%), Pirallahıda (8,6%) və Qaradağda (8,0%) müşahidə olunub.
Köhnə tikililərdə qiymət artımı 10,8% olub
Köhnə tikili mənzillər üzrə Bakı şəhərində orta qiymət artımı 10,8% səviyyəsində müəyyənləşib. Bu seqmentdə ən yüksək artım Səbail rayonunda – 20,5%, Yasamalda – 19,9%, Nəsimidə – 15,9%, Nərimanovda isə 14,0% olub. Xətai rayonunda köhnə tikili mənzillərin qiyməti 12,6%, Suraxanıda 11,8%, Sabunçuda isə 11,1% artıb. Qaradağda artım 5,3%, Pirallahıda 5,2%, Xəzərdə 6,3%, Binəqədidə isə 6,9% təşkil edib.
Yeni tikililərdə artım 14,0%-ə çatıb
Yeni tikili mənzillər üzrə Bakı şəhərində orta qiymət artımı 14,0% təşkil edib. Ən yüksək göstərici Səbail rayonunda qeydə alınıb – 21,8%. Yasamalda artım 20,4%, Xətaidə 18,6% olub. Nəsimidə 17,4% Nərimanov rayonunda qiymət 17,2%, Nizamidə 16,0%, Binəqədidə isə 14,0% artıb. Digər rayonlarda artım daha aşağı olub. Belə ki, Suraxanıda 9,8%, Sabunçuda 9,8%, Pirallahıda 7,4%, Xəzərdə 6,0%, Qaradağda isə 5,4% artım qeydə alınıb. AQC-nin qiymətləndirməsinə əsasən, yeni tikili mənzillərdə qiymət artımına yeni layihələrin yerləşməsi, tikinti keyfiyyəti, infrastruktura çıxış, nəqliyyat əlçatanlığı və yaşayış komplekslərinin imkanları ilə yanaşı, müasir mənzillərə olan tələbat da təsir göstərir.
Fərdi yaşayış evləri
Fərdi yaşayış evləri üzrə Bakı şəhərində orta qiymət artımı 13,2% olub.
Bu seqmentdə də ən yüksək göstərici Səbail rayonunda qeydə alınıb – 22,8%.
Nizamidə artım 16,8%, Nərimanovda 15,9%, Xəzərdə 15,6%, Nəsimidə 14,1%, Sabunçuda isə 13,2% təşkil edib.
Binəqədidə fərdi yaşayış evlərinin qiyməti 12,0%, Suraxanıda 10,9%, Yasamalda 10,1%, Xətaidə 9,4% artıb.
Qaradağda artım 6,5%, Pirallahıda isə 7,8% səviyyəsində olub.
media-picture4
Qeyri-yaşayış obyektlərində də Səbail öndədir
Qeyri-yaşayış obyektləri üzrə Bakı şəhərində orta illik qiymət artımı 13,1% təşkil edib.
Ən yüksək artım Səbail rayonunda qeydə alınıb – 27,1%.
Nəsimidə artım 24,4%,
Nərimanov rayonunda qeyri-yaşayış obyektlərinin qiyməti 24,3%, Xətaidə 17,1%, Yasamalda 12,7%, Nizamidə isə 12,5% artıb.
Xəzərdə artım 11,0%, Binəqədidə 10,8%, Suraxanıda 9,1%, Sabunçuda 7,4% olub.
Qaradağda qiymətlər 5,7%, Pirallahıda isə 3,1% yüksəlib.
AQC-yə görə, bu seqmentdə qiymətlərin formalaşmasında obyektin yerləşdiyi ərazi, piyada və avtomobil axını, kommersiya potensialı, ətraf ərazinin inkişaf səviyyəsi və biznes fəaliyyəti üçün əlverişli şərait əsas rol oynayır.
AQC-nin 2026-cı ilin sentyabr – oktyabr ayları üzrə aylıq qiymətləndirməsi də Bakı daşınmaz əmlak bazarında bahalaşmanın davam etdiyini göstərir.
Əmlak kateqoriyaları üzrə aylıq orta artım belə olub:
Torpaq sahələri – 1,39%
Yeni tikili mənzillər – 1,10%
Köhnə tikili mənzillər – 0,86%
Fərdi yaşayış evləri – 1,04%
Qeyri-yaşayış obyektləri – 1,03%
Bütün əsas əmlak kateqoriyaları üzrə Bakı şəhərində aylıq orta qiymət artımı 1,08% təşkil edib.
Ən yüksək aylıq artım torpaq sahələrində qeydə alınıb. AQC bunu əsasən torpaq təklifinin məhdud olması və müəyyən ərazilərdə torpağa tələbin daha yüksək olması ilə əlaqələndirir.
Köhnə tikili mənzillərdə 0,86%-lik artım isə bu seqmentdə qiymətlərin digər əmlak kateqoriyaları ilə müqayisədə daha sabit dəyişdiyini göstərir.
Bakı bazarında artımın tempi rayonlara görə dəyişir
AQC-nin araşdırması göstərir ki, Bakı daşınmaz əmlak bazarında vahid qiymət artımı modeli formalaşmayıb. Eyni şəhər daxilində ayrı-ayrı rayonlarda və əmlak seqmentlərində əhəmiyyətli fərqlər mövcuddur. 2026-cı il üzrə orta göstəricilərə əsasən, ən yüksək artım torpaq sahələrində – 18,0% olub. Sonrakı yerlərdə yeni tikili mənzillər – 14,0%, fərdi yaşayış evləri – 13,2%, qeyri-yaşayış obyektləri – 13,1% və köhnə tikili mənzillər – 10,8% qərarlaşıb.
Rayonlar üzrə nəticələrdə Səbail, Yasamal, Nəsimi və Nərimanov bir sıra əmlak kateqoriyalarında daha yüksək artım göstəriciləri ilə seçilir. Digər tərəfdən, bəzi rayonlarda qiymət artımı daha aşağı səviyyədə qalıb.
Bakı mənzil bazarında ən yüksək orta qiymət də Səbail rayonunda qeydə alınıb
AQC-nin 2026-cı ilin oktyabr ayı üzrə araşdırması göstərir ki, Bakı şəhərinin rayonları arasında mənzil qiymətləri baxımından ciddi fərqlər mövcuddur. Təhlilə əsasən, orta qiymət göstəricisi üzrə ən yüksək nəticə Səbail rayonunda – 4 256 manat, ən aşağı göstərici isə Pirallahı rayonunda – 1 474 manat təşkil edib.
Maksimum qiymətlər üzrə Nəsimi rayonu 6 742 manatla ilk sırada qərarlaşıb. Bu göstərici Səbail rayonunda 6 259 manat, Nərimanov rayonunda isə 5 218 manat olub. Minimum qiymətlərə gəldikdə isə ən yüksək hədd Nəsimi rayonunda 2 977 manat, ən aşağı hədd isə Pirallahıda 1 037 manat qeydə alınıb.
Orta qiymətlər üzrə Səbail və Nəsimi rayonlarından sonra Nərimanov (3 978 manat), Xətai (3 427 manat), Yasamal (3 452 manat) və Sabunçu (3 319 manat) rayonları fərqlənir. Bakı şəhəri üzrə rayon göstəricilərinin orta həddi maksimum qiymətlərdə 3 981 manat, orta qiymətlərdə 2 905 manat, minimum qiymətlərdə isə 1 989 manat təşkil edib.
Nəticələr göstərir ki, paytaxtın mənzil bazarında qiymət səviyyəsi rayonların yerləşməsi və əmlak bazarının xüsusiyyətlərindən asılı olaraq dəyişir. Xüsusilə Səbail, Nəsimi və Nərimanov rayonlarında yüksək qiymət göstəriciləri, Xəzər və Pirallahı rayonlarında isə nisbətən aşağı qiymət hədləri müşahidə olunur.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Noyabr 2026 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri