525ci qəzet Fransalı nazirin COP29da iştirakdan imtina etməsi qeyrikonstruktiv yanaşmadır Azərbaycan XİN
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir deyib ki, özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Aİ-nin aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması, konfransda iştirak etməməsi yanlış addımdır: “Ən azı Azərbaycan heç vaxt iqlim mövzusunu Fransa ilə münasibətlərinə qarışdırmır. Bizim COP-dan öncə də tədbirlərimiz olub və onların hamısına fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi, Fransanın iştirak etməməsi bu artıq onların öz seçimidir”.
Baxış sayı:111
Bu xəbər 15 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















