Icma.az
close
up
RU
525ci qəzet İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB

525ci qəzet İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

525.az xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətinin Qubadlı rayonuna səfərinin əhəmiyyətinə toxundu, orada Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq uşaq bağçasının inşasının önəmini vurğuladı, buna görə bir daha minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bunu Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin həmin ərazilərdə törədilən dağıntıları, eyni zamanda, keçmiş məcbur köçkünlərin oraya tezliklə köçürülməsinin təmin edilməsi üçün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, Həştərxan nümayəndə heyətinin orada gördüyü dağıntılar bütün Qarabağ və Şərqi Zəngəzurda - böyük bir ərazidə də var.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yenidənqurma və bərpa işlərinə, o cümlədən sosial-infrastrukturun yaradılmasına verilən hər cür dəstək, xüsusilə dost ölkələr tərəfindən göstərilən dəstək çox mühüm əhəmiyyət və böyük rəmzi xarakter daşıyır.

Görüşdə Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi, eləcə də ölkəmizin Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı.

Prezident İlham Əliyev bu il Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin inkişafında çox əlamətdar bir hadisə olduğunu dedi, bu səfərin həm forma, həm də məzmun cəhətdən çox səmərəli və dolğun olduğunu vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyası Hökumətinin Sədrinin ölkəmizə səfərinin də əməkdaşlığımızın genişlənməsi işinə töhfə verdiyini qeyd etdi.

Qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu gün Qubadlı rayonuna səfərinin həmin əraziləri və orada həyata keçirilən işləri öz gözləri ilə görmələri üçün yaxşı imkan yaratdığını dedi, orada uşaq bağçasının inşasının önəmini qeyd etdi.

İqor Babuşkin Azərbaycanla iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün konkret tədbirlərin həyata keçirildiyini bildirdi.

Söhbət zamanı nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə olundu.

Qubernator İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

525.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see206

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see170

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see163

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see157

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see155

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see141

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see141

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see137

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see134

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see132

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see131

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see126

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see126

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see125

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri