Icma.az
close
up
RU
525ci qəzet İndoneziya COP29da Yaponiya ilə 50dən çox layihənin həyata keçirilməsinə dair müqavilə imzalayıb

525ci qəzet İndoneziya COP29da Yaponiya ilə 50dən çox layihənin həyata keçirilməsinə dair müqavilə imzalayıb

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İndoneziya Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaponiya ilə 10 milyard ABŞ dollarından çox məbləğdə karbon emissiyası kvotaları ticarəti üçün qarşılıqlı tanınma sazişi (MRA) imzalayıb.

525.az İndoneziya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ətraf mühit naziri və İndoneziya Ekoloji Nəzarət Agentliyinin rəhbəri Hanif Faysol Nurofik bildirib.

"COP29-da İndoneziya nümayəndə heyəti bir sıra strateji tərəfdaşlarla ikitərəfli əməkdaşlıq qurub. İlk dəfə olaraq Birgə Kredit Mexanizmi (JCM) çərçivəsində Yaponiya ilə 50-dən çox layihənin həyata keçirilməsi üçün 10 milyard ABŞ dollarından çox məbləğdə karbon emissiyası kvotalarının ticarəti üzrə saziş imzalanıb", - o bildirib.

H.Nurofikin sözlərinə görə, gələcəkdə karbon kvotaları ticarətində maraqlı olan digər ölkələrlə də oxşar sazişlərin imzalanması üçün səylər göstəriləcək.

Nazir əlavə edib ki, karbon bazarının inkişafı üçün “Gold Standard” və “LEAF Coalition” kimi beynəlxalq təşkilatlarla da razılaşmalar əldə edilib: “İndoneziya karbon ticarəti imkanlarını optimallaşdırmaq və qeyri-effektiv karbon kreditlərinin yaranmasının qarşısını almaq üçün milli nəzarət mexanizmlərini gücləndirmək niyyətindədir”.

H.Nurofik bildirib ki, ölkə hökuməti kömür elektrik stansiyalarından tam imtina etmək niyyətində deyil, lakin onların sayını tədricən azaldacaq:

"Gələcəkdə İndoneziya ümumi gücü 103 QVt olan elektrik stansiyalarının tikintisini planlaşdırır. Bunun da 75 %-i külək, hidroelektrik, geotermal stansiyalar və s. daxil olmaqla bərpa olunan enerji mənbələri ilə işləyəcək. Həmçinin atom enerjisinin inkişafı və 700 giqaton karbon qazını uda bilən karbon tutma və saxlama sistemlərinin (CCS) tətbiqi planlaşdırılır".

Onun sözlərinə görə, İndoneziya, həmçinin genişmiqyaslı meşə bərpası aparmaq və sosial meşə təsərrüfatını inkişaf etdirmək niyyətindədir: "12,7 milyon hektar kritik əhəmiyyətli torpağın bərpası planlaşdırılır. Bu siyasət və proqramlar İndoneziyada istixana qazı emissiyalarının azaldılmasında və karbonun udulmasının artırılmasında əsas rol oynayacaq" (“Report”).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri