MTK vətəndaşdan pul alıb sənəd verir VƏTƏNDAŞ ŞİKAYƏTİ FOTO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtda fəaliyyət göstərən “Qurtuluş 93” Mənzil-tikinti kooperativi (MTK) ilə bağlı sakin şikayəti gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, şikayətçi iddia edir ki, kooperativ mənzilin satışı zamanı əsassız ödəniş tələb edib və bu ödəniş verilmədiyi halda sənədlərin təqdim olunmasından imtina edilib.
Vətəndaşın sözlərinə görə, o, təxminən 15 il əvvəl mənzilini təmir etdirərək orada yaşamağa başlayıb və həmin dövrdə təmir üçün tələb olunan icazə haqqını da ödəyib. Eyni zamanda, kommunal sayğaclarla bağlı məsələ də sual doğurur.
Şikayətçi bildirir ki, mövcud qanunvericiliyə əsasən sayğacların quraşdırılması dövlət hesabına həyata keçirilməlidir. Hətta bu xərclərin sakinlər tərəfindən ödənməsi nəzərdə tutulsa belə, 15 il ərzində heç bir ödəniş tələb olunmadan sayğacların istifadəsinə icazə verilməsi məntiqə uyğun deyil.
“İndi mən evi satıram deyə, bu məbləği məcburi şəkildə aldılar. Lakin təqdim olunan sənəddə ödənişin səbəbi “təmir zamanı” kimi göstərilib. Şifahi şəkildə isə deyirlər ki, guya sayğacların yeni sahibinin adına dəyişdirilməsi üçündür. Evi alan şəxs də sənədə baxıb deyir ki, bu “təmir pulu”dur və sən ödəməlisən. Bu isə tərəflər arasında ciddi problem yaradır”, – deyə şikayətçi qeyd edir.
Onun sözlərinə görə, tələb olunan məbləğ ödənilməsəydi, MTK mənzilin çıxarış sənədi ilə bağlı müraciət üçün vacib olan sənədi verməyəcəkdi və nəticədə alqı-satqı prosesi faktiki olaraq mümkünsüz olacaqdı. Şikayətçi bu vəziyyəti açıq özbaşınalıq kimi qiymətləndirir.
“Əgər bu ödənişi etməsəydik, çıxarış almaq mümkün olmayacaqdı. Belə çıxır ki, istədikləri vaxt, istədikləri adı qoyaraq vəsait tələb edə bilərlər”, – deyə o, sual edir.
Vətəndaş aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını, MTK-nın fəaliyyətinə hüquqi qiymət verilməsini və bu cür halların qarşısının alınmasını xahiş edir. O, xüsusilə bildirir ki, sakinlərin əlində əvvəlki ödənişlərlə bağlı sənəd olmaması MTK-ların bu boşluqdan sui-istifadə etməsinə şərait yaradır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 05 Yanvar 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















