Təcrübə və təhsilin qovşağında: Sumqayıt Peşə Mərkəzinin nadir imkanları
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıt Sənaye Parkının Peşə Təhsil Mərkəzinin açılışı 2020-ci il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, altı korpusdan ibarət olan mərkəz 500 nəfər tələbənin təhsil alması üçün nəzərdə tutulub.
Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, kitabxana, kompüter otağı, akt zalı, yeməkxana, idman zalı və inzibati otaqlar var.
Peşə Təhsil Mərkəzi Sumqayıt Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və sənaye müəssisələrinin tam əhatəsində yerləşir.
Təhsil müəssisəsinin tələbələri mütəmadi olaraq bu sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və nəzəri biliklərini praktik əsaslarla təkmilləşdirirlər.
Mərkəzdə çalışan müəllimlərin əksəriyyəti bu sənaye müəssisələrinin peşəkar mühəndisləridir. Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir.
Savadlı və təcrübi dərslərdə fəal olan tələbələrin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür.
Sumqayıt Sənaye Parkının Peşə Təhsil Mərkəzindən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















