525ci qəzet İsrail ordusu daha bir HAMAS komandirini zərərsizləşdirib
Icma.az bildirir, 525.az portalına istinadən.
İsrail Hərbi Hava Qüvvələri HAMAS-ın yamac paraşütü bölməsinin rəhbərini zərərsizləşdirib.
525.az APA ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, 7 oktyabr 2023-cü ildə HAMAS-ın İsrailin cənubuna havadan sızmasına rəhbərlik edən Salah Dahhamı öldürülüb.
Dahham Qəzzanın şimalındakı Cəbələ bölgəsində HAMAS-ın yamac paraşütü bölməsinin rəhbəri vəzifəsində çalışıb.

