Icma.az
close
up
RU
525ci qəzet Mariyanın yuxusu Türkan Turan yazır

525ci qəzet Mariyanın yuxusu Türkan Turan yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Türkan TURAN

Artıq əminəm, Fateh İstanbulun “sirlər xəzinəsidir”. Bu səmti nə qədər gəzirsən gəz, nə qədər araşdırırsan araşdır, yenə də səni təəccübləndirəcək, çaşbaş qoyacaq bir şeylə qarşılaşacaqsan. Ərazi elə bil rus matryoşkasıdır, açdıqca içindən nəsə çıxır. Bu günlərdə Fatehdə “Ayın biri” adlı kilsə olduğunu öyrəndim. Adı diqqətimi cəlb elədiyi üçün dərhal araşdırdım. Əvvəlcə öyrəndiyim məlumatlara inanmaq istəmədim. Guya, bu kilsədə dilənən diləklər gerçək olurmuş. Düşündüm ki, yəqin, batil inancın arxasınca qaçanlar vəziyyəti şişirdiblər. Çünki bura elə qarışıq toplumdur ki, “tüpürcəyim şəfadır, aç ağzına tüpürüm” deyən molla olsa, sıraya düzüləcək xeyli insan var. Belə ürəkbulandırıcı hadisələri az izləmədik, haqqında az oxumadıq. Sonra jurnalist Ayşə Armanın hekayəsini öyrəndim, xanım iyirmi il əvvəl övlad sahibi olmaq üçün bu kilsədə dilək diləyib. Daha sonra bətnindəki körpəsi ilə kilsəni təkrar ziyarət edib və oradan yazı yazıb. Kifayət qədər ciddi imzası olan jurnalistin hazırladığı reportajdan sonra kilsənin şöhrəti artıb, dildən-dilə, qulaqdan-qulağa yayılan abidənin namı ta Avropa mətbuatına qədər gedib çıxıb.

“Ayın birində” başıma gələnlər

İbadətgaha iki dəfə getdim. İlk gedişim bir neçə gün öncə, ayın birində, günorta saatlarında gerçəkləşdi. Kilsənin qarşısında dayananda gördüyüm mənzərəyə inanmaq istəmədim. Sonunun harada bitdiyini görə bilmədiyim növbə ilə qarşılaşdım. Hətta sıraya qoşulmaq üçün yarıya qədər getdim, yox, sonun sonu görünmürdü! Naümid halda qapıya yaxınlaşdım, çünki o növbəni yarıb içəri girsən, səni parçalayacaq kimi dayanan hövsələsiz, yorğun insanlar vardı. Sən demə, bu insanlar irəli düşmək üçün səhər saat 4-dən gəlibmişlər buraya. Təbii ki, bu qədər çox insana polislər tərəfindən nəzarət edilir. Əks təqdirdə nələr olar, təsəvvür edirsiniz...

Kilsə saat 8-də açılır. Axşam 7-yə qədər içəriyə daxil ola bilən bildi, bilməyənlər şansını növəti ayın birində yoxlaya bilərlər. Fateh polislərinə özümü təqdim elədiyim üçün növbədən kənar kilsənin qapısından içəri girməyimə imkan yaratdılar. Hətta hər tərəfi özləri şəxsən gəzdirdilər. Təbii ki, binadan içəri daxil olmaq mümkünsüz idi. Bundan əlavə, səhər saatlarından sıra gözləyən insanların növbəsinə girmək haqsızlıq olardı, heç etik də olmazdı. Hal belə olduğuna görə, həftə içi kilsəyə yenidən getməli oldum. İçəridə nələr olduğunu öyrənmək üçün... Heç elə bil o günkü insan seli burada olmamışdı. Cəmi səkkiz nəfər vardı, onun üçü orada işləyənlərdi. Kilsə həftənin ikinci və dördüncü günləri açıq olur.

Uzun keçmiş

Abidənin tarixi qədimdir. Nikos Atzemoğlu İstanbuldakı ayazmalarla bağlı yazdığı kitabda deyir ki, burada İmperator Anastasios dönəmində, yəni 408-ci ildə də kilsə mövcud imiş. Sonra necə olursa, 1080-ci ildə sarnıc tikilir. Ancaq kilsə dağıdıldıqdan sonramı tikilir, o, dəqiq deyil. Aradan uzun illər keçdikdən sonra Fatih Sultan Mehmet İstanbulu işğal edir, ibadətgahın müsəlman imperatorluğu dönəmi ilə xaraba günləri başlayır.

Yuxu

1750-ci ildə rum ailə çürümüş, az qalsın ovulan bu binanı alır və tezliklə ev kimi istifadə etmək üçün köçürlər. Bir gecə ailənin qızı Mariyanın gördüyü yuxu ilə evin taleyi dəyişir. Mariya yuxusunda Məryəm ananı görür. Məryəm ana həmin yuxuda ona evin altında ayazma, yəni müqəddəs su quyusu olduğunu söyləyir. Qız oyandıqdan sonra gördüyü yuxunu ailəsinə danışır. Ailə evin altında araşdırmalara başlayırlar və altında həqiqətən də ayazma olduğu ortaya çıxır. 

Xristian dinində mənəvi dəyəri olan bu su qaynağının tapılması ilə birlikdə ev 1755-ci ildə istanbullu rumlara təslim edilir, xüsusi təmir və restavrasiyanın ardınca kilsə kimi istifadəyə verilir. 

Bitməyən rəvayətlər...

Kilsənin adının “Ayın biri” olmağı ildə bir dəfə, yanvarın 1-də insanların yığılıb ayin və dua etməsi ilə bağlıdı. Ancaq sonra necə olubsa, bu ənənə hər ayın ilk gününə keçir. Amma sadəcə bu günlərdə deyil, ikinci və dördüncü günlərdə də açıqdır. 

Bura xalq arasında Vəfa kilsəsi olaraq da tanınır. Adını da yerləşdiyi ərazidən alır. Səmtlə bağlı xeyli rəvayətlər var. Bəzi mənbələr, Bizans İmperatoru Konstantinin bu ərazidə öldürüldüyünü yazır. Fateh Sultan Mehmet İstanbul savaşı zamanı Konstantinlə qarşı-qarşıya gəlir, Osmanlıya aid kölələrdən biri tərəfindən öldürülür. Son nəfəsini verərkən də onu öldürən şəxsə “Mə fa yes” deyibmiş. Yunanca “məni yedin!” mənasına gəlir. “Mə fa yes” də zamanla “Mə fa” və “Və fa”ya çevrilir. Digər rəvayətdə isə Fatehin öz dönəmində yaşamış şair və musiqiçisi Şeyx Əbül Vəfanın şərəfinə bu səmtə Vəfa adını verdiyini deyilir.

Enerji və niyyət

Hər ayın ilk günü burada tükənmiş, yorğun, dilək diləmək üçün bir-birinə hücuma hazır olan yüzlərlə insan olur. Kilsənin içərisində diləyə uyğun ev, maşın, uşaq, üzük, pul kimi simvollar satılır. Kimin nəyə ehtiyacı varsa, ona uyğun simvol alır. Bunları kilsənin xırda piştaxtasından əldə etmək mümkündür. Eyni zamanda burada açarlar və şamlar satılır, hər dilək üçün bir açar alınır. Dilək dilənir, rahib həmin simvol və açarlara dua oxuyur, sonra divarlarda şəkli olan bütün əzizlərin önündə əldə tutulan açarla dualar edilir. Kiçik şüşələrdə Mariyanın yuxuda gördüyü ayazmadan qaba su doldurulur və çöldəki xüsusi yerdə şam yandırılır. Dilək gerçəkləşəndə açar kilsəyə qaytarılır. Qayda budur; dünyanın digər ucunda da olsan, o açar kilsəyə təhvil verilməlidir. Eyni zamanda, həyata keçən diləklər üçün kilsəyə gələnlərə şokolad paylanır. Digər simvollardakı dilək də həyata keçirsə, onlar da suya atılır. Hər şey enerji və niyyətdir.

İstanbul talanı

Kilsə indiki görkəminə 1921-ci ildə qovuşur. Ancaq başı bəladan qurtulmayan ibadətgah “İstanbul talanı” adı ilə tarixə həkk olan 6-7 sentyabr 1955-ci il hadisələrində zərər görən və yağmalanan abidələrdən biri olur. Dəhşətli hadisə İstanbulda yaşayan Türkiyə yunanlarına qarşı təşkil edilmiş kütləvi hücum idi. Qladionun Səfərbərlik Təftiş Şurasının Türkiyə qolu, Kontgerilla və bugünkü Milli Kəşfiyyat Təşkilatının sələfi olan Milli Təhlükəsizlik Xidməti tərəfindən planlaşdırıldığı və dəstəkləndiyi iddia edilir. Hadisənin baş verməsinə səbəb bir gün əvvəl mətbuatda Atatürkün Saloniki şəhərində doğulduğu evin bombalandığı ilə bağlı yazılan yazı olur. Ardınca xəbərin yalan olduğu bildirilir, ancaq ox yaydan çoxdan çıxmış olur.

İlk hücum 6 sentyabr axşam saatlarında Şişlidəki dükanlarla başlanır. Daha sonra artan kütlə Unkapanı, Samatiya, Yeddiqüllə və Bəyoğluna doğru hərəkət edərək qeyri-müsəlmanların birlikdə yaşadığı bir çox məhəllələrdə öncə yunanların, daha sonra ermənilərin, yəhudilərin və hətta səhvən bəzi türklərin dükanlarına hücum edərək talan edirlər. Bu hücumlara polis müdaxilə etmir. Sentyabrın 7-si səhərə qədər davam edən hadisədə milyonlarla dollar dəyərində mallar küçələrə səpələnib talan edilir.

Kilsələr və qəbiristanlıqlar da öz paylarını alır: kilsələrin içərisindəki rəsmlər, xaçlar, ikonalar və digər müqəddəs əşyalar məhv edilir. İstanbuldakı 73 yunan pravoslav kilsəsinin hamısı yandırılır. 4214 ev, 1004 iş yeri, 73 kilsə, bir sinaqoq, iki monastır, 26 məktəb, fabriklər, otel, bar kimi məkanlar da daxil olmaqla 5317 məkan məhv edilir. Maddi zərərin, o günün pulu ilə 1 milyard lirə olduğu deyilir.

Kilsənin həyətində oturub tarixin üz qızardan hadisələrini araşdıranda insan övladının nə qədər əzazil olduğunu bir daha xatırlayırsan. Sonra nimdaş binaların, gecəqonduların ortasındakı möhtəşəm abidəyə qürurla baxıb “Halal olsun sənə, hər şeyə rəğmən, ayaqda qaldığın üçün halal olsun” demək keçir içindən. Bəlkə də deyirsən - onun da sənə göz qırpdığını təsəvvür edərək...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see160

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri