Icma.az
close
up
RU
525ci qəzet İstanbulun kiçik Fransası Türkan Turan yazır

525ci qəzet İstanbulun kiçik Fransası Türkan Turan yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Türkan TURAN

İstanbulda - Bəyoğlunun Tomtom məhəlləsində 158 il əvvəl inşa edilmiş, köhnə, nimdaş, dəmirləri paslanmış, pəncərələri çərçivə-hədəqəsindən çıxmış, qapısı çürüməyi çoxdan boynuna almış bir abidə var. Bağını ağaclar, güllər, çiçəklər bəzəyən 5275 kvadratmetrlik geniş bir əraziyə yayılan bu məkan Fransız yetimxanası adlanır. 1866-cı ildə Sultan Abduləzizin dönəmində inşa edilib.

Rəvayəti isə belədir ki, "Əziz Vinsent de Paulun Xeyirsevər Qızları" adlı cəmiyyətin vəba günlərində istanbullulara çox yardımları dəyir, Sultan Abduləziz bunun müqabilində cəmiyyətə təşəkkür əlaməti kimi fərman imzalayır və bu ərazini onlara hədiyyə edir. Şərt olaraq da yetimxana qurulmasını istəyir. 1957-ci ilə qədər fəal olan bu bina yetimxananın Bəbək səmtinə köçməsi ilə fəaliyyətini itirir və sonralar məkandan tütün deposu kimi istifadə olunur. Daha sonra qurum İstanbulun şah əsəri sayılan bir çox tarixi və önəmli abidənin gips kant (lepka) atelyesi kimi fəaliyyətə başlayır. Kayserili lepka ustası Parseh Cəzayirliyanın iş yerinə çevrilən bina oğlu Qarabet Cəzayirliyan, onun yetişdiyi Kamal Cınbız və onun oğlu Camal Cınbızın ustalıqlarına ev sahibliyi edir. Dolmabağça sarayı, Ulduz sarayı, Pera Palas, Əmək Sineması, Türkiyə Böyük Millət Məclisi, Adilə Sultan Sarayı, Sait Halim Paşa Köşkü və Malta Köşkü kimi abidələrin lepka işləri burada hazırlanıb. Cəzayirliyanlardan bəri əhəmiyyətli və dəyərli olan 150 illik qəlibləri qoruyan Camal Cinbiz yaxın zamanlara qədər bu atelyeni istifadə edirdi. Lakin sonra Bəyoğlu Bələdiyyəsi binaya əl qoydu, abidənin həyətini xalqa açıq çay bağçasına çevirdi. Fransa konsulluğunun etiraz etməyinə və iş məhkəməyə qədər gedib çıxmağına rəğmən, bələdiyyə geri addım atmadı. Qapısı kilidli olan abidəni görmək, şəkil çəkdirmək, çay içmək üçün hər gün buraya onlarla insan gəlir.

Amma bir yandan da keçmişə dalırsan, yetimlərə yuva olan binanın hüznü ruhuna çırpılır. Fikirləşirsən ki, bizim tarixi yer kimi ziyarət etdiyimiz abidə neçə-neçə anasız, atasızları qucaqlayan yer olub. Görəsən, burada nələr yaşayıblar, nələrə məruz qalıblar, neçə dəfə gülüb, neçə dəfə ağlayıblar, incidiliblər, küsdürülüblərmi deyə düşünürsən. Yaxşı, bəs təsəllini nədə tapıblar, bu buz kimi divarlarda, bağında açan çiçəklərdə, yoxsa iri gövdəli ağacların köksünə sığınmaqda?

Tomtom məhəlləsi

Abidənin yerləşdiyi Tomtom, Bəyoğlundan Tophanəyə tərəf uzanan məhəllədir. Geniş bağı, atriumlu şux binaları ilə 1890-1960-cı illər arasında İstanbulun ən dəyərli səmtlərindən idi. Osmanlı dönəmindən etibarən İtalyanların sarayına, Fransız sarayına, Rus səfirliyi, Niderland səfirliyinə ev sahibliyi edirdi. Sonralar səfirliklər Ankaraya köçsə də, konsulluqlar həmin binalarda fəaliyyət göstərməyə davam edir.

Məşhur məhəllə 1940-1950-ci illərdə burada yaşayanların çoxunun "atlarına minib" getməkləri ilə parlaqlığını və populyarlığını itirir. Binalar baxımsızlıqdan çürüməyə, tökülməyə, hətta ovulmağa başlayır. Bu günün özündə də həmin binaların bəzilərini görmək mümkündür. Son on ildə isə Tomtomun sönmüş işığı yenidən yanmağa başladı. Məhəllə keçmiş zənginliyini, görkəmini yenidən qazandı. Binalar yeniləndi, butiklər modern tərzdə dizayn edildi, mağazalar, sənət qaleriyaları, kafelər açıldı. Muzey binları fəaliyyətə başladı. Onlardan ən məşhuru Orhan Pamukun yazdığı roman əsasında açılan Məsumiyyət Muzeyidir. Muzey məhəllənin ən gözəl yerində, qırmızı binada fəaliyyətinə davam edir. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, bura Pamukun damla-damla yığdığı, zərrə-zərrə topladığı, əl əməyi, göz nuru olan muzeydir.

Ağızın dediyini qulağın eşitdiyi yer

Tomtom Bəyoğlunun daxilində xüsusi yerə sahibdir. Karaköy ilə Qalatasaray arasında özünə yer edən, Çuxurcumaya qonşu olan bu məhəllə konsulluqlar, məktəblər, saraylar və qocaman bağçalarla əhatələnmiş bənzərsiz bir sahədir. Galataport layihəsinin reallaşması ilə Karaköy ilə İstiklal küçəsinin bir-birinə bağlayan Boğazkəsənə ciddi axın başladı. Bu dəqiqə əraziyə böyük maraq var. Amma o demək deyil ki, bura digər turistik yerlər kimi basırıq, ağız deyəni qulaq eşitməyən yerdir, əksinə, həddən artıq hüzurlu və dinclik bəxş edən yerdir.

Fransızların məskəni

Tomtom küçəsi deyəndə ilk ağıla gələn Fransa və fransızlardır. Burada onlara məxsus kilsələr, məktəblər, saraylar, keçmiş səfirlik, hazırkı konsulluq binaları və digər tikililər var.

Məsələn, lap əvvəllər küçənin aşağısında mövcud olan sarı rəngli Fransız məhkəmə binasında səfirliyin himayəsindəki fransız vətəndaşlarının işlərinə baxılırmış. Məhkəmənin qonşu binası olan Venesiya sarayı da köklü keçmişi olan fransız binası imiş. Bugünkü görkəmini böyük Pera yanğınından sonra qazanan Fransız Sarayının memarlığını parisli memar Pier Lauresque öhdəsinə götürmüşdü. Ecazkar görünüşü olan bina hazırda baş konsulluq üçün ayrılıb. İçərisində olan kilsəsi, məktəbi, institutu ilə Bəyoğlunun mərkəzində kiçik Fransa ab-havası yaradır. Tarixi 1850-ci illərə gedib çıxan köhnə Fransisken rahiblərinin qaldığı ev və yanında yerləşən binalar isə 2000-ci illərdə başladılan restavrasiya işləri ilə yenilənəndən sonra Avropa saraylarından fərqlənməyəcək görünüşə qovuşur. Hətta deyərdim ki, barokun ən zərif nümunələri bu küçədədir.

Əntiqlərin əsas ünvanı

Məhəllə, İstanbulun ən yaxşı əntiqçilərinin toplandığı yerdir. Buranı kəşf etməyin ən gözəl yolu isə özünü dar küçələrinə atmaqdır. Sanki zamanın dayandığı Çuxurcumadakı kiçik dükanları gəzərkən bir addımlığındakı İstiklal caddəsinin hay-küyündən, qarmaqarışıqlığından uzaq qalmağına və sakit atmosferinə təəccüblənməmək qeyri-mümkündür.

Boğazkəsən küçəsi isə qaleriyadan sənətkarlıq atelyesinə, dizayn mağazasından yemək-içmək məkanlarına qədər tanış ola biləcək xeyli ünvanlar var. Küçə fotosessiyalar üçün idealdır.

Yeri gəlmişkən, burada 1898-ci ildə Romada dörd nəsil boyu özünü sənətə həsr edən ailəni təmsilən qurulan Russo Art Qaleriyası var. Mərkəz italyan sənətçilərin əsərlərini sərgiləyir. Əl işi yastıq, örtük, şalların, əl əməyinin, göz nurunun verildiyi məhsulları ərazidəki mağazalardan tapmaq mümkündür. İstifadə edilmiş şəkər kisələri, reklam afişaları, qılınclar, dəbilqələr, qalxanlardan bol yerdir. Əntiq mağazalarından birinin sahibi ilə tanış oldum. Qılıncların, dəbilqələrin qiyməti mənə maraqlı gəldi. Hətta tələb varmı deyə soruşmaq istədim. Sən demə, xeyli qılınc həvəskarı varmış. Mağazada qiyməti yüz minə qədər olan qılınclar, qalxanlar satılır. Alıcısı da var. Çox insan özünü hədiyyə edirmiş, evində, ofisində dekor kimi istifadə etmək üçün... Görünən odur ki, bəziləri gücünü isbat etmək (fərqi yoxdur kimə və ya nəyə, bəlkə də, özünə), bəziləri özünü padşah kimi hiss etmək üçün belə əşyalara ehtiyac duyur. Bəlkə də, tarixə maraq, həvəs duyduqlarına görə alırlar.

Tomtom Gardens

Tomtom məhəlləsinin ortasında adını məhəllənin yaşıllığından alan başqa bir bina var. "Ən yaxşı bina" mükafatına layiq görülən "Tomtom Gardens" üç atriumlu ərazinin ən yaxşılarındandır. İtalyan peyzaj memarının əsəri olan bu kompleks görülməyə dəyər yerlərdəndir. Ümumiyyətlə, ərazidə sənət və dizayn məkanları həddən artıqdır. Məsələn, "Tomtom Gardens"in ikinci bölməsi Boğazkəsən küçəsində Fransız yetimxanası ilə qonşu olan binada yerləşir. Əsas binadan fərqi həcminin kiçik olmağıdır. Yuqoslaviya məktəbi, Avstriya-Macarıstan məktəbi, Baltazzi binası, İtalia Dakar oteli kimi qədim binalar da buradadır. Fransa və Avropa tərzində olan məhəllədir Tomtom, amma iplərində asılan paltarlarla, künc-bucağındakı piştaxtaları, küçə-küçə gəzib "boza var" deyən səyyar satıcıları ilə də sapına qədər İstanbuldur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2024 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see216

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see180

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see145

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see142

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see135

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see129

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see128

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see123

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see122

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri