Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

525ci qəzet Bizans imperatorluğunun göz bəbəyi Türkan Turan yazır

525ci qəzet Bizans imperatorluğunun göz bəbəyi Türkan Turan yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkan TURAN

Ayın Biri Kilsəsindən çıxarkən xeyli uzaqda, evlərin arasından gözoxşayan abidə ucaldığını gördüm. Bütün cazibəsi ilə gəl-gəl edən və maqnit kimi özünə çəkən yerin nə olduğunu öyrənmək marağı güc gəldi. Yolu keçib arxadan görünən qırmızı binaya necə gedə biləcəyimi soruşa-soruşa hədəfə doğru irəlilədim. Dar yolda səkkiz, bəlkə də on qara çadralı qadınla qarşılaşdım. Hamısı tez-tələsik sağ tərəfdəki qəbiristanlığa doluşdular. Qədim məzarın başına toplandılar və başlarını, əllərini daşa sürtməyə başladılar. Sonra susdular və hamısı ədəb-ərkanla heç nə olmamış kimi oturdular. Təbii ki, təəccüblənmədim, cəhalət hər tərəfdən o qədər çox fışqırır ki, artıq belə hallar adi görünür gözə. Qadınları hasarın dəmir barmaqlıqları arasından bir az izlədikdən sonra yoluma davam elədim. Bu vaxt qara paltarlılardan biri "axşam yaxınlaşır, ora getmə" dedi. Səbəbini soruşdum, "qorxarsan" dedi. Getsəm də, başımı örtməyi məsləhət gördü, əks halda kimlərinsə məni aparacağını söylədi. Qadının üzünü o yana tutmağı ilə mənim binaya tərəf götürülməyim bir oldu. Gülərək öz-özümə - "Ah maraq, səninlə nə edəcəyəm mən", - dedim. Açıq qapıdan içəri keçəndə önümdə dayanan binanın sehrinə qapıldım. Yaxınlaşıb divarlarına toxundum, uzaqlaşıb pəncərələrini baxdım, kənardakı pilləkənə çıxıb gümbəzlərini seyr elədim. Sağına, soluna keçdim və "Molla Zeyrək Məscidi" yazısını oxudum. Buranın məscid olduğuna inanmaq istəmədim. Ən azından məscid olaraq inşa edilməyi beynimə yatmadı. Tərəddüdlərim boşa çıxmadı. Sən demə, bu valehedici abidə Ayasofyadan sonra dünyada mövcud olan və Bizans dönəmindən qalma ikinci böyük monastır imiş.

Pantokrator monastırı

Əsl adı Pantokrator olan monastır Haliçin təpə yerlərindən birində, Unkapanında geniş ərazidə inşa edilib. Bizans dönəmində bu abidənin yaxınlığında əlavə iki kilsə də varmış. Hazırda mövcud olan bina İmerator II İoannes Komnenosun həyat yoldaşı Macar Kralı Laszlonun qızı Eirene tərəfindən 1124-cü ildə inşa edilib. On ildən sonra həyat yoldaşı ölən İmperator kilsənin ətrafında "Şəfqətli Məryəm ananın şərəfinə" bir kilsə inşa etdirir. Bu həm də vəfat edən xanımına ehtiram idi. Üçüncü və sonuncu bina 1136-cı ildə iki kilsənin ortasında baş mələk Mikayılın adına inşa edilir və beləliklə, ərazi monastır kompleksinə çevrilir.

Hətta tezliklə xəstəxana binası da tikilərək monastırın gücünü daha da artırırlar. Bundan əlavə, kitabxana, qocalar evi, tibb məktəbi, əczaxana kimi bölmələr də açırlar. Şöhrəti hər yerə yayılır. Hətta bura o qədər əhəmiyyətli bir yer olur ki, başda imperator və imperatriçə olmaqla Komnenos və Palaiologos xanədanlarına mənsub ailə fərdlərinin dəfn edildiyi yer olaraq istifadə edilir.

Talan və yağmalama

Bizansın imperatorluq olduğu müddətdə şəhərin sayğı duyulan abidələri arasında olan monastır, Latın işğalı əsnasında venesiyalı Katolik din adamları tərəfindən istifadə edilir. Həmin ərəfədə abidələrin zəngin kilsə əşyaları, xristian əzizlərinə aid bəzi müqəddəs xatirələr, hətta abidə materialları başda Venesiya olmaqla, Avropanın fərqli şəhərlərinə aparılır. Abidə, İstanbul şəhərinin İmperatorluğun paytaxtı olduğu 57 il boyu fərqli məqsədlər üçün istifadə edilir. Yarım əsr ərzində təmir və restavrasiya görməyən Pantokrator Kilsəsi bütün qiymətli əşyaları tükənənə qədər yağmalanır.

Monastırdan mədrəsəyə

İstanbul Fateh Sultan Mehmet tərəfindən alındıqdan sonra gedişat dəyişir və Fateh külliyəsinin inşasından əvvələ qədər bura mədrəsə kimi fəaliyyət göstərir. Dönəmin bir çox alimləri burada dərs keçirlər.

Sonra necə olursa kilsəyə yepiskop seçilir və yenidən monastır kimi fəaliyyətini davam etdirir. Yenə necə olursa, bina ayaqqabıçılar və çuxaçıların əlinə keçir və onlar tərəfindən istifadə edilməyə başlanır. XV əsrin sonlarında isə abidə onu məscidə çevirəcək olan Molla Zeyrəkə verilir. Beləliklə, monastır bütün funksiyasını itirir. Bu parlaq memarlıq incisinin bütünündən geriyə ayaqda bu kilsə qalır.

Hər şeyə rəğmən...

Abidənin hər tərəfi qədim hekayələrlə doludur. Məsələn, mehrabın sağında yerləşən mərmər divar üstündə yazılanlardan anlamaq olur ki, bura vaxtilə bir vikinqli tərəfindən ziyarət edilib və monastır haqqındakı xoş fikirlərini, memarlığını necə bəyəndiyini həmin mərmərin üstünə oyma üsulu ilə yazıb. Abidənin qiblə tərəfində yerləşən sütunlarda qədim kilsədən qalma, içərisindən keçməyin müqəddəs olduğuna inanılan altı qapı var. Bundan əlavə, xüsusilə yeni doğulan uşaqların arınma törəni olaraq adlandırılan "vaftiz" bölümünü yenə olduğu kimi görmək mümkündür. Binanın altında sarnıç və məzarlar olduğu deyilir. Görünən odur ki, abidəyə sonradan əlavə edilən yerlərin təməlində qalan həmin məzarlar imperatorluq ailəsinin məxsusdur.

Rəvayətlər, cəfəngiyyatlar, cin məsələləri

Abidə ilə bağlı həddən artıq rəvayətlər, qorxulu hekayələr, inanılmış uydurmalar mövcuddur. İşə bax ki, bu cəfəngiyyatın çoxu kilsənin məscid elan edilməyindən sonra yayılır. Deyilənə görə, bu ərazidə tövlə varmış. Tövlənin də içində bir quyu, altında isə zirzəmi mövcud imiş. Gecələr buradan qışqırıq, fəryad səsləri ucalırmış, tövlənin var olduğu dönəmlərdə hətta mal sahibləri heyvanlarını bağlamaq üçün axşamlar bura getməyə qorxurlarmış. Bundan əlavə, tövlənin altından Ayvansaraya gedən naməlum tunelin varlığından bəhs edilir. Məsciddə gecələr yüksələn qəribə səsləri Türk folklorunda dərin kökləri olan cinlərlə, türk və Altayların inancında isə "Körmöz" ilə əlaqələndirirlər. Körmözlər həm yaxşılıq, həm də pislik edən ruhların ümumi adıdır və üç əsas kateqoriyaya bölünür: Yer üstündə, torpaq altında, göydə yaşayan ruhlar. Bu varlıqlar bəzən Tanrı tərəfindən vəzifələndirilən, bəzən də şeytan olaraq təsvir edilir. Xüsusilə günəş batanda və doğanda oyandıqlarını və bu vaxtlarda insanların ruhlarını ələ keçirdiklərinə inanılır. Görünən odur ki, bu naməlum məxluqların Qədim abidələrin və ruhani məkanların ətrafında aktiv olduqlarına yönəlmiş uydurmalar bu dedi-qoduları xeyli böyüdüb. Deyəsən, qarşıma çıxan qadın ona görə bura tək gəlməməyi məsləhət görürmüş. İşə bax də, insanlar özlərindən qüsursuz cəfəngiyyat uydururlar, buna tərəddüdsüz şəkildə inanırlar və öz inanclarını başqalarına da sırımağa çalışırlar. Belə yerdə Kərəmi ağlamaq tutmasın, neyləsin?

Memarlıq texnikası

Bura gizli kərpic hörgüsü ilə inşa edilən imperatorluq kilsəsidir. Divarda dərin işçilik var. Binanın hər tərəfində Bizansa məxsus xüsusi texnikadan istifadə edilərək, betonlama işləri aparılıb. Şərq və qərb yönü xaç şəklindədir, künc koordinatlarda qeyri-adi pəncərələr mövcuddur. Pəncərələr nişlərlə əhatələnib. Kilsənin cənub yönü daha böyükdür. Şimal yönündə isə imperatorluq ibadətgahına uzanan narteks mövcuddur. İki böyük qübbəsi var. Əl işi texnikasından istifadə edilərək rəngli mərmərdən hazrlanmış, insan və heyvan fiqurlarının təmsil edildiyi döşəmə qatındakı mozaiklərin üstü nəhəng xalça ilə örtülüb. Yəni hazırda namaz həmin mozaiklərin üstündə qılınır. Ətrafdakı rəngli şüşələrdən məlum olur ki, burada bir vaxtlar əzizlərin fiqurları və təsvirləri ilə dolu virtajlar varmış. Həvarilər və İsanın həyatını təmsil edən mozaiklər XVIII əsrdə vandallığa məruz qalmağına baxmayaraq, hələ də görülə bilir. Abidə beşik tağlarla örtülüdür. Binanın yaxınlığında Pantokrator Monastırına aid olan kiçik Bizans abidəsi olan Şeyx Süleyman Məscidi mövcuddur. Dəqiq olmasa da, bir vaxtlar buranın kilsəyə bağlı kitabxana olduğu ehtimal edilir. Bu monastır kompleksi bütünlükdə Orta Bizans memarlığının İstanbulda varlığını davam etdirən ən mükəmməl örnəklərindəndir və 1986-cı ildə UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib.

Əslində, burada insanı düşündürən başqa şeydir. Qarşında yüz illər əvvəl inşa edilən bir abidə, möhtəşəm memarlığı, keşməkeşli mərhələsi var, sənin gəlib işi cinə, şeytana bağlayıb, bu nəhənglikdə abidəni məişət səviyyəsinə endirməyin, əlbəttə, insanı incidər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see382

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see318

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see294

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see291

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see259

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see254

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see248

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see244

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see229

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see220

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see207

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see206

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see205

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see205

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see178

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see140

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see133

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri