Icma.az
close
up
RU
525ci qəzet Qaranlığın cazibəsi Türkan Turan yazır

525ci qəzet Qaranlığın cazibəsi Türkan Turan yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkan TURAN

Bu günlərdə qısamüddətli bir səyahət üçün yola çıxdım. Yorğun və yuxusuz idim, amma gecə yarı olsa da, gözümə yuxu getmədi ki, getmədi. Təyyarənin bioqrafik filmlər siyahısına göz gəzdirdim. 2011-ci ildə erkən yaşda dünyadan köçsə də, səsi ilə sehrləməyə davam edən, üsyankar xarakteri ilə yaddaşlarda qalan ingilis müğənni Emi Vaynhauz haqqındakı "Back to black" film dərhal diqqətimi çəkdi. Rejissor Sam Teylor Consonun çəkdiyi, bu ilin may ayında ekranlara çıxan film aşıb-daşan fitri istedadın, eyni zamanda sənət böhranı keçirən bir sənətçinin həyat hekayəsidir.

Filmin kino tarixinə damğa vuran sənət əsəri olduğunu iddia etməyəcəyəm. Amma həm sənətçinin yaşadığı həyat, həm də bəzi epizodlar var ki, insanı həddən artıq düşündürür. Hətta bu, günlərlə davam edir. Ən çox da Emi Vaynhauzun tərs və inadkar yönləri ilə şou verilişlərinin, maqazin proqramlarının hədəfinə çevrilməsi qəddar bir zamanda  yaşadığımızı şiddətlə insanın üzünə çırpır. Jurnalistlər, fotoqraflar onsuz da sənətçinin kələ-kötür olan həyatını əsl xarabalığa çevirirlər. Ümumiyyətlə, insanların nəfəs aldığı çox yerdə vəziyyət belədir: bir balaca qanadın varsa, bir az uçmağı bacarırsansa, dərhal qanadını qırmaq üçün sıraya düzülürlər.

Qulp qoyanlar, qüsur axtaranlar...

Marisa Abela, Eddi Marsa, Cek Konnel, Lesley Manville kimi peşəkar sənətçilərin çəkildiyi film Fransa-İngiltərə-Amerikanın ortaq layihəsidir. Filmin ssenarisi Metyu Qrinhalqa məxsusdur. Hamımızın yaxşı bələd olduğu kimi, bioqrafik filmlərdə hər kəsi məmnun etmək mümkün deyil, hərə bir qulp qoyur, qüsur tapır. Təsəvvür edin, bütöv bir həyatı bir neçə dəqiqəlik filmə sığışdırırsınız, biri "niyə bu qədər qısadır", digəri "filan məsələlər niyə filmə daxil edilməyib" söyləyir, bir başqası "belə film çəkməyə nə var" deyir və beləcə ucu-bucağı görünməyən tənqidlər baş alıb gedir. Amma "Back to black" filmində belə bir məqam var: sənətçi qısa ömür sürdüyündən filmdə onun həyatının böyük qisminə yer verildiyini görürük.

Şöhrətin ayaqları altında qalmaq

Film daim narahat həyat tərzi keçirən, ziddiyyətli xarakterə malik Eminin şöhrətə gedən yolda yaşadıqlarından, xarakterinin zəif yönləri ilə məşhurluğun ayaqları altında qalmasından bəhs edir. Ana və atası ayrılmışdı. Ailəsində özünə ən yaxın hiss etdiyi insan nənəsi idi. Ona görə də, qadının ölümü gənc qızın uçurumu oldu.

Həyatın ona yüklədiyi ağırlıqlardan xilas olmağın yolunu içkidə gördü, sərxoş olub bütün baş verənləri unutmağa çalışırdı. Bulanıq həyat yaşadığı günlərin birində aşiq oldu. Amma təəssüf ki, həmin şəxs özündən daha betər həyat yaşayan Blek Civil olur və iki qaranlıq ruh bir müddət bir-birini bəsləyir. Amma sonra hər ikisi eyni bataqlığın içində çabalayırlar.

Emini canlandıran aktrisa Marisa Abela çox təsirlidir. Atası ilə sevgilisini canlandıran olan aktyorları da bəyəndim. Doğrudur, bəzi əcnəbi tənqidçilər Taylor-Consonun işini bəyənməyiblər. Məsələn, rejissorun Eminin atasını həddindən artıq ucaltdığını, Bleykin gerçək kimliyindən daha üstün göstərildiyinə dair xeyli iradlar var. Amma bütün fikirlərə rəğmən, "Back to black"i canlandıran sənətçilərin oynadıqları rolun haqqını verdiklərini düşünürəm.

Asılılıq

Şiddəti insana görə dəyişsə də, şübhəsiz ki, eşq məntiqi yarıb keçən asılılıq halıdır. Hə, Emi və Blek cütlüyünün sevgisini xülasəyə çevirəcək kəlmə budur: asılılıq!

Blek ilə həmyaşıd idi. Tanış olanda Emi şöhrətli deyildi. Dostlarının təbirincə desək, ikilinin münasibətini izləmək sürətli irəliləyən iki qatarın hər an toqquşacağını gözləmək kimi idi. Bir-birinə həddən artıq zidd olan cütlük tanış olduqları gündən özlərini gözü qara romantizmin ağuşuna atmışdılar.

Yaxşı, nə idi romantizmi bu qədər təhlükəli edən?

Blek narkotik istifadəçisi idi. Narkotikin ən ağır növündən - heroindən istifadə edirdi. Emi isə onunla tanış olana qədər narkotikin axmaqlar üçün olduğunu söyləyən, ailə həyatı qurub çoxlu övlad dünyaya gətirməyi arzulayan gənc qız idi. Təbii ki, xəyallar sadəcə qurulur, amma son sözü gerçəklər deyir.

Emi Bleki o qədər çox sevirdi ki, onun adını ürəyinin üstünə döymə etdirmişdi. "Qəlbim Blekə aiddir" mənasına gələn həmin döyməni sonralar dəfələrlə sildirmək, üstünü başqa bir döymə ilə örtmək istəyəcəkdi. Emi elə bir burulğanın içərisində idi ki, onu heç bir güc dartıb çıxarda bilmirdi. Blek isə vecsiz, kefinə düşkün, eqoist idi. Eminin həyatı dəyişdikcə Blekin şərtləri də çoxalırdı. Hətta sənətçi şöhrətə, pula çatanda Blekin vəzifəsi də dəyişdi. Özünü müğənninin prodüseri kimi təqdim etməyə başladı. Halbuki Emidən əvvəl onun narkotik alveri ilə məşğul olduğunu hamı bilirdi. O, 14 yaşlı qardaşını kokainə alışdıracaq qədər pis insan idi. Anası hər iki oğlunu reabilitasiya mərkəzinə göndərmək üçün gözəllik salonunu satmışdı. Eyni zamanda, onun Emini ən ağır narkotikdən tutmuş bir çox pis alışqanlıqların aludəçisinə çevirdiyi də hamıya bəlli idi. Əlbəttə, Blek Emini başına silah dirəyərək narkotikə öyrəşdirməmişdi. Fəqət yenə ailə üzvlərinin açıqlamalarından başa düşülür ki, Emini ona ayaq uydurmağa məcbur etməklə qızı narkomana çevirməyi bacarmışdı. Emi çıxdığı yolda başına gələcəkləri bilə-bilə sevgilisini itirməyi gözə almadı. "Rehab" mahnısında dediyi kimi, "sevgilimi itirəcəyimi söylədim, reabilitasiyaya getməyəcəyimi dedim". Dediyini elədi və getmədi. Gedəndə isə artıq çox gec idi.

Cəhənnəmin başlanğıcı

Narkomanın xarakteri olmur, deyirlər. Blek də amansız narkoman olaraq tamamilə yoldan çıxmış və narkotik almaq üçün hər yola əl atan xaraktersiz bir varlığa çevrilmişdi. Eminin də bu bərbad həyat tərzi ilə birlikdə iradəsi çökmüşdü; narkotiklə nəfəs alan Blekə asılılığı gündən-günə artırdı. Bir gün necə oldusa hər şeyə yenidən başlamağa qərar verdilər və 2007-ci ildə evləndilər. Bu evlilik isə yeni bir cəhənnimin başlanğıcı oldu. Artıq Eminin şöhrətini və pulunu qısqanan ər intiqamını onu mütəmadi aldadaraq alırdı. Dostlarının etiraflarına görə, Blek Emiyə "sənə maraq və sevgi göstərməyimi, səni öpməyimi istəyirsənsə, mənə pul verməlisən" deyirdi. Bu tərz hərəkətləri o, Eminin ən depressiv, ağır məqamlarında edirdi. Müğənni əlbəttə ki, səssiz qalıb, quzu kimi itaət etmirdi. Ona qarşı sevgisi nə qədər böyük olsa da, nəticədə o, nəhəng Emi Vaynhauz idi. Davaları dəhşətli olurdu, qapını, pəncərəni yerindən çıxardırdılar. Bir-birlərini al qana qərq edib sonra elə o vəziyətdə küçəyə, jurnalistlərin, insanların içinə çıxırdılar. Bu, onlar üçün adi hal idi. Çünki Blek hər dəfə özünü əfv etdirməyin yolunu tapırdı. Evlilik 2009-cu ildə bitdi.

Və son...

Eminin atasının dediyinə görə, qızı Blekdən ayrılandan sonra çox xoşbəxt dönəm keçirməyə başladı. Sürətlə sağlamlığına qovuşurdu. Mütəmadi yazıb yaradır, bəstələyir, çalışırdı. Lakin qurtulmaq o qədər asan olmadı.

Bir gün, "sən ona geri dön, mən qaranlığa qayıdıram" sözlərindən ibarət olan "Back to black" mahnısını yazıb bəstələyərək hər kəsin ürəyinə paslı bir xəncər kimi sancdı. Emi "Black" kəlməsini Blek kimi deyirdi. Çünki bu mahnı Eminin Blekdən sonra başqalarında sevgi axtarması, tapa bilməməsi və qapqaranlıq olsa da, ona geri dönməyindən bəhs edirdi. Emi çox çalışdı, çox cəhd elədi, başqalarını sevdi, ya da sevdiyini zənn etdi, içkidən qurtulmağı yoxladı. Özünü işə verdi, yazdı, yaratdı, bəstələdi, hətta bir günün içində beş "Qremmi mükafatı" alaraq musiqi tarixinə damğa vurdu. Bu dönəm başqa qadın ilə münasibəti olan Blek hələ də Emi ilə əlaqə yaratmağa, ona qarmaq atmağa davam edirdi. Emi də dərhal tora düşürdü. Freydin dediyi kimi, "sevildiyindən əmin olan insan nə qədər də qorxusuz və sayğısız olur". Dəfələrlə Emi ilə bağlı müsahibələrdə onun ləyaqətinə toxunan açıqlamalar vermişdi. 

Ölümündən iki həftə əvvəl necə oldusa, son dəfə görüşdülər. Guya, Emi özünü pis hiss edirdi, Blek isə narkotiki tərgitmiş və ona dəstək olmaq üçün görüşdüklərini deyirdi. Həmin ərəfələrdə Blekin başqa qadından oğlu dünyaya gəlmişdi.

Heç cür kəsilib atılmayan qanqrenaya olan münasibət Eminin sonunu hazırladı və bir gün dünya müğənninin ölüm xəbəri ilə sarsıldı.

Hekayə necə bitdi? Həmişəki kimi... Blek yaşamağa davam elədi, həyat dağıdan, ümid qıran, ömür yıxan digər insanlar kimi! Hətta ikinci övladı da dünyaya gəldi. Eminin isə solğun çöhrəsi, üsyankar səsi, dünya durduqca yaşayacaq mahnıları qaldı.

Filmə gəldikdə isə izlənməsi mütləq olan siyahıya əlavə edilsin. Ən azından toksik insanlardan, travmalı münasibətlərdən qorunmaq üçün real bir referans olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri