Icma.az
close
up
RU
525ci qəzet Tarixin hər üzünə şahid olanlar Türkan Turan yazır

525ci qəzet Tarixin hər üzünə şahid olanlar Türkan Turan yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkan TURAN

Xaç yürüşlərindən İstanbulun fəthinəcən

Rum bir yaxınım var, adı Andreadır. Maraqlı söhbətlərimiz olur, həlim, axıcı, öyrəndiyim, öyrətdiyim söhbətlər. İki-üç gün əvvəl yenə həmin söhbətlərdən birində Fənər Rum Пatriarxlığından bəhs etdi. Tanımadığımı, hətta görmədiyimi dedim. Təcili görməli olduğumu söylədi və cümə axşamı məni orada gözləyəcəyini dedi. Çünki Andrea həmin qurumda işləyir.

Açığı, Balat kimi qarmaqarışıq yerdə bu cür möhtəşəm, özü də kifayət qədər böyük abidənin necə "gizli" qaldığına təəccübləndim. Ümumiyyətlə, Balat elə yerdir ki, yüz dəfə də getsən, yenə buralarda səni heyrətləndirən, çaşdıran, gözlərini oxşayan, bəzən də gördüyünə inanmadığın nəyləsə qarşılaşa bilərsən.

Xaç yürüşündən bəri

İstanbul Rum Ortodoks Пatriarxlığı, ya da Ortodoks məzhəbini təmsil edən Şərqi ortodoks kilsəsi də onlardan biri, hətta birincisidir. İstanbul arxiyepiskopu I Bartholmeosun idarə etdiyi bu dini qurumun tarixi qədimdir. Daxilindəki ilk çalxantılı hadisələr 1054-cü ildə başlayır və nəticədə Roma ilə İstanbul bir-birlərini afaroz edərək ayrılırlar. Həmin hadisə Katolik və Ortodoks olaraq bildiyimiz iki böyük məzhəbin ortaya çıxmasına səbəb olur. Bu ayrılığın ardınca İstanbulda Romadan asılı olmayan ilk müstəqil Ortodoks Пatriarxlığı qurulur.

Daha sonra latınlar bugünkü İstanbula IV Xaç yürüşü təşkil edirlər. Bu yürüş müsəlmanlara qarşı deyil, katoliklərin düşmən və kafir gözündə gördükləri Bizans imperiyasına və onun paytaxtı Konstantinopola qarşı idi. 1204-cü ildə səlibçilər Konstantinopolu tuturlar və Bizans İmperiyasının torpaqları üzərində Latın imperiyasını yaratmaqlarına rəğmən, patriarxlıq var olmağa davam edir.

Sultanın gəlişi, Ortodoks xristianlarının dirçəlişi

Büyük ayrılığın yaşandığı dönəmlərdə türklər sürətlə fəthlər həyata keçirirdilər. Xristianların yaşadığı torpaqları onlardan alıb öz torpaqlarına qatırdılar. Vəziyyətin kritikləşdiyini, böyük təhlükənin yaxınlaşdığını görən Bizans, Anadoluda güc qazanaraq irəliləyən türklərə qarşı Romadan yardım istəyir və birləşməyi təklif edir, lakin iki kilsə arasındakı ixtilafa görə buna nail ola bilmirlər. Romadan dəstək ala bilməyən imperatorluq tezliklə paytaxtı olan Konstantinopolu itirir. Çünki şəhər 1453-cü ildə Fateh Sultan Mehmet tərəfindən alınaraq Osmanlının tərkibinə qatılır, daha doğrusu, mərkəzinə çevrilir. Beləliklə, Ortodoks xristianları üçün yeni dönəm başlayır. Hətta şəhər Sultan Fateh Mehmet tərəfindən fəth edildikdən sonra patriarxın onu ziyarətə gəlməməyi Sultanın diqqətindən yayınmır və məsələnin araşdırılmasını əmr edir. Xrisitianlar başlarında patriarxlarının olmadığını deyirlər. Sultan Mehmet də vaxt itirmədən patriarx seçilməyinə dair göstəriş verir və şərq-qərb birləşməsinin olmamağı üçün İstanbul Пatriarxlığını dəstəkləyir. Eyni Romada olduğu kimi patriarx seçimi həyata keçirilir və Corc Skolarius, II Genadios adı ilə Osmanlı hakimiyətindəki ilk patriarx olur. Beləcə Ortodoks Kilsəsi, Roma əsarətindən qurtularaq tamamilə özgürləşir.

İlk vaxtlar patriarxlığın ilk binası Havariyyun Kilsəsi (müqəddəs Həvarilər kilsəsi) olur. Zaman içində müxtəlif səbəblərdən xeyli yer dəyişikliyinə məruz qalır. Hətta Fənərdəki Məryəm Ana Ayazmasında da bir müddət fəaliyyət göstərir. Söhbət ötən saylarımızda bəhs etdiyimiz "Ayın biri" kilsəsindən gedir. 1597-ci ildə Ayvansarayda Aya Dimitri Kilsəsinə köçür. Nəhayət, 1602-ci ildə yenə Fateh ərazisində yerləşən, hazırkı Aya Yorgi Kilsəsinə köçür və həmin tarixdən etibarən fəaliyyətini burada davam etdirir.

Azadlığın zərərləri

Osmanlı dönəmində patriarxlıq qurumu Roma dönəmində olduğundan daha rahat və sərbəst olur, sadəcə rumların deyil, Bolqarıstan, Serbiya, Qaradağ kilsələrinin də üzərində dini avtoritar olma öhdəliyini davam etdirir. İşə bax ki, Пatriarx, vəzirlərlə eyni statusu daşıyır, vergi vermir, hər cür təhlükəyə qarşı yeniçəri mühafizə birliyi tərəfindən qorunur. Çünki buna dair Sultan Fateh Mehmet fərman imzalayır. Fərmandakı bəzi yarımbaşlıqlar belədir: "Heç kim Пatriarxa hökmranlıq etməsin, kim olursa olsun, kimsə ona dəyib dolaşmasın, həm özü, həm də birlikdə fəaliyyət göstərdiyi keşişlər hər cür vergidən əbədiyyən azad edilsinlər. Kilsələr məscidə təhvil verilməsin. Nikah, dəfn işləri və digər adətlər Rum ənənəsinə görə qeyd edilsin".

Osmanlı dövləti heç vaxt Ortodoks kilsəsinin işlərinə qarışmamışdı. Bütün bu haqların qarşılığında dövlətin onlardan üç istəyi vardı; patriarxlar Sultana sadiq qalsınlar, dövlətin qanunlarına riayət etsinlər və birləşmək üçün planlar qurmasınlar. Gəl, belə yerdə Nikola Makiavellini xatırlama. Deyir ki, "Başqasının güclənməsinə səbəb olan insan öz çöküşünü hazırlayır". Bir başqa cümləsi isə belədir, "Bir dəyişiklik, başqa bir dəyişikliyin təməlini atır". Belədir, həmişə belə olub. İnsan, əsarətdən çıxsa da, azadlığın dərhal həzm edə bilməyən varlıqdır. Nə qədər əmin edirsənsə et, yenə də qorxacaq, yenə də inanmayacaq ona bəxş edilən bu nemətin onun haqqı olduğuna. Elə hey təminat axtaracaq, özünü qarantiyə almaq istəyəcək, yerini bərkitməyi planlaşdıracaq. Həm də insan doyumsuz varlıqdır, verdikcə istəyəcək, vermədikcə tələb edəcək, tox olsa da, götürüb saxlayacaq. Çünki insanın xislətindədir tamahkarlıq və acgözlük.

Bizans xəyalları

Пatriarxlıq, Osmanlı torpaqlarında bu cür rahat yaşayarkən xaricdən edilən təsirlərlə və Osmanlı İmperatorluğunu zəifləməyini fürsət bilərək gizli-gizli qədim Bizansın yenidən qurulmağı üçün hərəkətə keçirlər. Anadoluda Türk hakimiyyətinə son qoyulmağı, İstanbulun paytaxt olduğu böyük Bizansı yenidən diriltməyi və yaxın şərqdə Yunanıstan qurmaq fikri olan "Megali İdeyası"nı inşa etmək üçün işlərə başlayırlar. Ancaq görünən odur ki, bir şeyi gözdən qaçırıblar, ölən heç nə və heç kim dirilmir.

Bu əməllərin arxasınca üsyanlara başlayırlar. II Mahmud zamanındakı bu üsyanların suçlusu olaraq Fənər patriarxı V Corc sorğulanır, günahını boynuna aldıqdan sonra edam edilir. Bu hadisədən sonra edamın həyata keçirildiyi yer olan patriarxlıq binasının orta qapısı "kin qapısı" olaraq tarixə keçir və o gündən bəri qapalı saxlanılır. O qapının önündə xeyli dayandım, bir daha açılmayan qapı olar? Görəsən, bundan sonra neçə əsr qapalı qalacaq. Bəlkə də, tarix onun üzərinə vurulan kiliddir, sadəcə biz xronologiyaya köklənirik. Bəlkə də, yox, elə tarix o qara və kilidli qapının özüdür!

Ömürdən uzun "arzular"

Türkiyə Cümhuriyyəti dönəmində isə hökumət Lozandan sonra patriarxlığı araşdırmağa başlayır, patriarx olacaq şəxsin Türk vətəndaşı olmağını və seçkilərin Türkiyədə olmağını şərt olaraq irəli sürür. Bu şərtlərdən sonra Fənər Пatriarxlığı passiv vəziyyətə gətirilir, patriarx kəlməsi istifadə edilməməyinə qərar verilir və kilsə lideri baş keşiş adlandırılır.

1925-ci ildə dönəmin patriarxı Corcios ölür, yerinə Konstantin seçilir. Ancaq Yunanıstanda buna qarşı çıxanlar olur, türklərin istədiyi kimi fəaliyyət göstərdiyinə görə.

II Dünya müharibəsinin ardınca Amerikadan dəstək alan Пatriarxlıq qurumu yenidən problem yaratmağa başlayır. Пatriarx seçilməsi ilə bağlı şərtlərə əməl etməyən Atenaqoras, 1948-ci ildə Amerikanın güvəndiyi şəxs olduğu üçün patriarx vəzifəsinə gətirilir.

Halbuki Atenaqoras həm türk vətəndaşı deyil, həm də Türkiyə torpaqlarında vəzifədə deyildi. Qısacası, müqavilə şərtləri çərçivəsində Пatriarx olmağı mümkün deyildi. Fəqət arxasında olan güc səbəbi ilə anlaşma şərtlərini yerinə yetirmək üçün Atenaqros Türk vətəndaşlığı alır və yenidən patriarx seçilir. Ancaq Atenaqorasın güvəniləcək insan olmağı bir yana qalsın, patriarx olan kimi siyasi hadisələri törədən əsas fiqur olur. Türkiyə Cümhuriyyətində ən uzun patriarxlıq dönəmi də Atenaqorasa məxsusdur.

Nifrət dili həmişə məğlubiyətə aparır

Atenaqorosdan sonra Fənər patriarxlığına Bartholemus gəlir. Sələfləri kimi xarici güclərin dəstəyini alaraq Türkiyədə fəaliyyət göstərmək istədiyi məlum idi. Ancaq gözlənilən kimi olmamışdı, Fənər Пatriarxlığının Türkiyənin qürur mənbəyi olduğunu söyləmiş, kin, nifrət dilindən uzaq durmuşdu. Hətta din adamı yetişdirmək üçün Türkiyədən asılı olmayan müstəqil fəaliyyət göstərəcək Heybəli Ada Ruhban məktəbinin açılmağını istəmişdi. Günümüzdə Fənər Пatriarxlığı İstanbulda yaşayan Rum kökənli xrisitianlar və Türk vətəndaşı olan Rum Ortodoks camaatının arxiyepiskopluğu olaraq qəbul edilir. Türk dövləti sərhədləri daxilində içində on iki metropolitlikləri mövcuddur. Bundan əlavə, Türkiyə xaricində də metropolit və yepiskopluqları mövcuddur. Türkiyə sərhədləri daxilində yerləşən metrolitliklər: Kadıköy, Tarabya, Adalar, Gökçəada, Bozcaada Metropolitləridir. Türkiyə sərhədləri xaricində isə Girit arxiyepiskopluğu, On iki ada, Amerika arxiyepiskopluğu, Avstraliya metropolitliyi, Toronto metropolitliyi, Argentina metropolitliyi, Пanama metropolitliyi, Honq Konq metropolitliyi Fənər Пatriarxlığına bağlı monastır və qurumlardır.

Altıncı əsrdən bəri fəaliyyət göstərən, imperatorluqlar, imperatorlar, sultanlar, prezidentlər görən bir qurumu və binanı ziyarət etmək, tanış olmaq insanı həyəcanlandırır. Ən çox da düşündürür. Xəyal kimi gəlir adama, gözlərinə inanmaq istəmirsən. Fikirləşirsən ki, bir xristian məzhəbi İslam ölkəsinin imperatorundan güc alıb, gör, haralara qədər gəlib çıxıb. Hələ binanın göz oxşayan memarlığı, qızıl yatağı kimi par-par parıldayan kilsənin daxili dizaynı insanı başqa aləmə aparır. Hətta bir ara məyus da olursan, fikirləşirsən ki, "gör, hələ nə qədər çox şey bilmirəm" və anlayırsan ki, bildiklərin, bilmədiklərinin zərrəsidir.

Yenə də Sokrata haqq verirsən. Elə baldırğan zəhərini içməkdə də haqlı idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see139

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see130

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see116

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see110

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri