Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

525ci qəzet Mənim ki sevgimin sərhədi yoxdur...

525ci qəzet Mənim ki sevgimin sərhədi yoxdur...

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ələmdar CABBARLI
Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru

Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsi Hidayətin poeziyasının qayəsini Vətən məhəbbəti, doğulduğu yurda bağlılıq, əsrarəngiz Azərbaycan təbiətinin tərənnümü, eləcə də saf məhəbbət və humanizm təşkil edir. Hidayət hələ ilk şeirləri ilə milli yaddaşa, ənənələrə, yaşı bilinməyən folklorumuza, soyuna, kökünə, eləcə də doğulduğu doğma yurduna bağlılığını poeziyanın dili ilə ifadə edirdi.

Ədibin yaradıcılığının ilk dövrlərindəki şeirlərdə əsrarəngiz Azərbaycan təbiətinin, başı qarlı dağlarımızın yüksək bədii zövqlə, sənətkarlıqla yaradılmış obrazları xüsusi silsilə təşkil edir. Əslində dağ, yaylaq, bulaq və sair kimi təbiət obrazları milli ədəbiyyatımız üçün xarakterikdir. Çünki bu obrazların hər biri xalqımızın həyat tərzi ilə bağlıdır. Görkəmli ədəbiyyatşünas Qaçev yazırdı: "Hər bir xalqın simasını müəyyən edən birinci amil təbiətdir. O təbiət ki, insanı inkişaf etdirir və həyat tərzini təkmilləşdirir". Bu mənada Hidayətin - milli ənənələrimizə, folklorumuza sadiq olan, öz yaradıcılığını milli ədəbiyyatımızın üzərində quran və inkişaf etdirən bir şairin bu mövzulara müraciəti təbiidir. Amma Hidayətin poeziyasında bu mövzuları, bu obrazları canlı edən, daha da dolğunlaşdıran əsas məqam odur ki, Hidayət bir şair olaraq bu mövzuları kitablardan oxumur, bu obrazlarla bədii əsərlərdən tanış olmur. O, bu mövzuların içindədir, bu obrazlarla baş-başadır. Dağlar haqqında şeiri Hidayət Zəngəzur dağlarının zirvəsində yazır, bulaq barəsində şeirini onun bal kimi şirin, buz kimi soyuq suyundan içə-içə sonra yazır. Məhz bütün bunlara görə ədibin təbiət şeirləri, təbiət obrazları canlı, inandırıcı olur:

Çayda duy suların təranəsini,

Meşədə astadan pıçıldar ürək.

Dağların başında zirvə şeirini,

Dərədə yarğannan yazasan gərək!

Professor Mir Cəlal Paşayev yazırdı: "Peyzajist rəssamlar olduğu kimi peyzaj lirikası ilə şöhrətlənən şairlər də vardır. Peyzaj hər sənətkarın ədəbi metoduna, zövqünə, üslubuna görə əlvandır". Bu mənada həqiqətən də Hidayətin özünəxas üslubu ilə seçilən peyzaj lirikası yüksək qiymətləndirilməlidir. Amma bir məqamı da vurğulamaq vacibdir ki, Hidayətin poeziyasında təbiət yalnız fon kimi verilmir. Şair yalnız təbiəti vəsf etməklə, təbiət haqqında danışmaqla kifayətlənmir, eyni zamanda o, təbiəti də danışdırır. Onun bu mövzuda yazdığı şeirlərdə təbiətin nəfəsini, səsini, çayın şırıltısını, şimşəyin çaxmağını, kəkliklərin şərqisini, ceyranların baxışını, dumanın bürküsünü, günəşin hərarətini, bulağın şirinliyini eşitməmək, görməmək, duymamaq mümkün olmur. Şairin "İstisu" şeiri bu baxımdan xarakterikdir:

İstisuyun dərəsiylə bir çay axar,

Səsi - nəğmə,

özü - nağıl,

suyu - şirin.

İstisuyun dağlarında şimşək çaxar, -

Odu - al qan,

hayı-şahı şərqilərin.

...Lay buludlar meşələrin çətridirmi?

Bu saf hava sağlamlığın ətridirmi?

Dar cığırlar pozulmayan sətridirmi

Bundan sonra yazılacaq neçə şeirin?!

Hidayətin yaradıcılığının ilkin ilham qaynağı doğulduğu Maralzəmi kəndi, Mığrı bölgəsi, Zəngəzur mahalıdır. Bu yerlər onun şeirinin baş obrazıdır. O, sonralar böyük şəhərlərdə yaşasa da, bir çox ölkələri gəzib-dolaşsa da, onun poeziyası və ruhu yenə də həmişə olduğu kimi bir pərvanətək o doğma yurdların ətrafında dolaşır. Xalq şairi Sabir Rüstəmxanlı Hidayətin yaradıcılığından bəhs edərkən yazır: "Hidayət bütöv Vətənin nəğməkardır, lakin Zəngəzur öz acı taleyi ilə həmişə onun oxuduğu nəğmələrin şah bəndidir".

Amma Hidayət üçün Vətən yalnız Maralzəmi ilə, Zəngəzurla bitmir. Onun Vətən sevgisi, yurd yanğısı böyük və sərhədsizdir:

Mənalı, mənasız suallar çoxdur,

Bilmirəm nə cavab verim, ey Vətən?!

Mənim ki sevgimin sərhədi yoxdur -

Sərhəddən uzaqda seviləsən sən.

Şairin "Ömrümün monoloqu" adlı şeirindəki bu misralar yalnız Hidayətin deyil, hər bir vətənsevər insanın ömrünün monoloqu kimi uca səslə, eyni zamanda səmimiyyətlə səslənir. Onun ürəyindən keçən - öz yoluna Zəngəzur dağlarından başlayan qatar Bakını, Qarabağı, Naxçıvanı da eyni sevgiylə dolaşır.

Hidayətin poeziyası öz əhatəsi, mövzuları, obrazlar sistemi ilə poetik bir məkan olaraq Azərbaycan coğrafiyası ilə məhdudlaşmır. O, bütün dünyanın taleyi, bütün insanların həyatı üçün narahatdır.

Bədii təsvir və ifadə vasitələrindən sənətkarlıqla istifadə etməsi ədibin bədii dilinə əlvanlıq, obrazlılıq və emosionallıq gətirməklə yanaşı, eyni zamanda onun əsərlərinin məzmununu da dolğunlaşdırır. Hidayətin şeirlərindəki metaforlar arasında orijinal və obrazlılıqla bilavasitə bağlı olan metaforların cərgəsi genişdir:

Nadanlar tənəsi didib qəlbimi,

Məğrur sahilimə çəkilmişəm mən.

Çilik-çilik olan arzular kimi

Xatirə selinə tökülmüşəm mən.

Hidayət eyni zamanda dramaturq, nasir, publisist və tərcüməçi kimi tanınır. Ədibin 1984-cü ildə İrəvanda nəşr edilmiş "İrəvanda xal qalmadı" adlı kitabında yer almış "Məni qınamayın", "Bu dünyanın adamları", "Məhəbbət yaşayır hələ" pyesləri, "Ömürdən uzun gecə", "İrəvanda xal qalmadı" adlı hekayələri və "Almaniya dəftəri" başlığı altında təqdim olunan publisistik qeydləri ədəbi ictimaiyyətin, eləcə də oxucuların diqqətini çəkib. Bu əsərlər təkcə janr yeniliyi və müxtəlifliyi baxımından deyil, ilk növbədə həmin əsərlərdə qoyulan problemlərin həssaslığı və şairin bu problemlərə yanaşma tərzi ilə maraq doğurur. Yaradıcı insan olaraq, Hidayət üçün, hansı janrda yazırsa-yazsın, əsas məsələ forma və janr deyil, bədii sözdür, fikirdir, onun məna yüküdür. Müəllifin adıçəkilən kitabında yer almış "Məhəbbət yaşayır hələ" pyesinin əvvəlində verilmiş "Rejissora iki söz" adlı qeydi bu baxımdan maraqlıdır: "Bu əsərdə janr axtarma, axtarmadan qabağına çıxsa, onun dalınca çox düşmə. Mən özüm bu pyesi dramatik əsərmi hesab edirəm, faciəmi, komediyamı? Bu barədə düşünməmişəm. Düzü, heç düşünmək istəmirəm də. Çünki həyatda bir də görürsən, eyni tavan altında dramatik xarakterlər də yaşayır, faciəli qəhrəmanlar da, komiklər də... Əgər tamaşaçını inandıra bilsən ki: müharibənin dəhşətləri yaşayır hələ; məhəbbət, etibar, dostluq, səmimiyyət yaşayır, yaşayacaq əbədi; pyesdəki qəhrəmanlar uydurma deyil, elə tamaşaçı salonunda əyləşən adamların bədii obrazıdır, deməli, müvəffəq olubsan". Pyesi oxuyanda aydın olur ki, ədib qarşısına qoyduğu məqsədə nail olub, həqiqətən də pyesdəki qəhrəmanlar uydurma deyil, tamaşaçı salonunda əyləşən, müəllifin əsərlərini oxuyan insanlardır, özümüzük, ətrafımızda olanlardır. Əsərin qayəsi belədir ki, hər kəs bir-birinə məhəbbətlə yanaşmalı, hər kəsin qəlbində məhəbbət çağlamalıdır: hətta müharibələrdəki zəfərlər də silahın deyil, məhəbbətin gücü ilə qazanılır. Əgər insanın Vətənə məhəbbəti olmasa, onun uğrunda döyüşməz və zəfər qazanmaz. Müəllifə görə, insan məhəbbəti uzaqlarda, dağda-daşda, sabahda, gələcəkdə deyil özündə aramalı və tapmalıdır:

Məhəbbət nə fəsildə,

Nə dağda, arandadır.

Məhəbbət ürəkdədir,

Məhəbbət insandadır.

Eyni zamanda hər cür təmtəraqdan uzaq olan ədib hər kəsi məhəbbəti məhz öz adı ilə çağırmağa səsləyir:

Demirəm, məhəbbətə

Sanballı tərif verək,

Deyirəm, məhəbbətə

Elə məhəbbət deyək.

Hidayətin poeziyası kimi nəsr əsərləri də obrazlılığı, dil-üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bütün bunlar onun sənətkarlıq xüsusiyyətlərini bir daha büruzə verir. "Məhəbbət yaşayır hələ" pyesindən götürülmüş aşağıdakı parça ilk növbədə poetik bir fakt kimi diqqəti cəlb edir: "...Müharibə acı bağırsaq kimi getdikcə uzanırdı. Üçkünc məktublar glirdi. Ünvanı: müxtəlif şəhərlər, çaylar, dağlar... bir sözlə müharibə! Sonra isə qara xəbər... Qara dəniz... Qara kağız... Məzarı dəniz oldu, sahillər başdaşı". Və yaxud müharibədə qəhrəmanlıqla həlak olan təyyarəçidən bəhs edən cümlələrə diqqət yetirək və yüksək obrazlılığın, heyrətamiz poetizmin şahidi olaq: "Göylər şahini idi! Vurdular onu, alova döndü özü də, təyyarəsi də. Məzarı göylərdə qazıldı, günəşin Özü ona başdaşı oldu".

İctimai mühitdə istedadlı publisist kimi də geniş tanınan Hidayətin "Almaniya dəftəri" başlığı altında toplanmış publisistik qeydləri, "Burdan bir atlı keçdi", "Orda - Zəngəzurda mənim ürəyimin məzarı qalıb" kimi publisistik əsərləri də öz dilinə, üslubuna görə bədii publisistikamızın ən uğurlu nümunələrindən hesab edilə bilər. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Hidayətin publisistik əsərləri də aktual mövzuları, müəllifin həmin mövzulara orijinal və cəsarətli münasibətilə yanaşı, obrazlılığı ilə də seçilir.

Şair, dramaturq, nasir, publisist, tərcüməçi, ictimai xadim Hidayət çağdaş Azərbaycan ədəbiyyatının, eləcə də ictimai fikrinin tanınmış və aparıcı nümayəndələrindən biri kimi öz yaradıcılığını və ictimai-siyasi fəaliyətini bu gün də uğurla davam etdirir. Ölkəmizin rəhbəri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərimiz ədibin yaradıcılığının yeni ilham mənbəyinə çevrilmiş, Hidayəti yeni-yeni əsərlər yazmağa sövq edib. Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsi Hidayətə möhkəm sağlamlıq, yeni yaradıcılıq uğurları arzulayırıq!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri